Qaxda ümumrayon
tədbiri
Qax rayonunda 15 İyun — Milli Qurtuluş
Gününün növbəti ildönümünə həsr
olunmuş rayon tədbiri keçirilmişdir. Ulu öndərimiz
Heydər Əliyevin abidəsi önünə əklil və
gül dəstələri qoyulmuş, sonra ümumrayon tədbiri
başlanmışdır.
Toplantını
giriş sözü ilə rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə
açmış, “15 İyun tariximizin parlaq səhifəsidir”
mövzusunda məruzə oxumuşdur. Sonra məruzə ətrafında
çıxışlara başlanmışdır.
Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, Qaxıngilov
kənd orta məktəbinin direktoru Natella Otaraşvili, Rayon Mərkəzi
Xəstəxanasının həkimi Mədinə
Süleymanova, Rayon Məhkəməsinin sədri Atabəy
Kiçibəyov çıxış edərək 15 İyun
— Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən
söz açmış, əlamətdar gün münasibətilə
toplantı iştirakçılarını və onların
timsalında bütün xalqımızı təbrik
etmiş, ümummilli lider Heydər Əliyevin xalqımız
üçün göstərdiyi misilsiz xidmətlərindən
danışmışlar.
Daha sonra Rayon Qeydiyyat
Şöbəsinin yeni binasının açılış
mərasimi olmuşdur. Tədbiri giriş sözü ilə
RİH başçısının təhsil, səhiyyə və
mədəniyyət üzrə müavini Ziyafət
Xasıyeva açmışdır. Azərbaycan Respublikası
Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini
Mehman Soltanov çıxış edərək möhtəşəm
binanın açılışının xoş günə
təsadüf etdiyindən, yeni binanın rayon
üçün əhəmiyyətindən və son illər
respublikada aparılan geniş tikinti-quruculuq işlərindən,
Prezident İlham Əliyev cənablarının
apardığı uğurlu və uzaqgörən siyasətdən
söz açmışdır.
Daha sonra RİH-in
başçısı Mübariz Əhmədzadə yekun
söz söyləmiş, Qeydiyyat şöbəsinin
binasının açılışını bildirən
lent kəsilmiş və yeni bina ilə tanışlıq
olmuşdur.
İ. MUSAOĞLU,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 9.