Məlik Dadaşov — 85

 

Xarakterik rolların nadir ifaçısı

 

Hər dəfə Məlik Dadaşovu xatırlayanda onunla ilk görüşüm gözlərim önündə canlanır. O gün Məlik müəllimin 50 yaşı tamam olurdu. Hamı onu təbrik edirdi. 1974-cü il iyun ayının 27-də keçirilən tədbir zamanı Məlik Dadaşovun necə böyük sənətkar olduğuna bir daha əmin oldum. Sənətşünaslar, rejissorlar, aktyorlar, respublikamızın ziyalıları onun haqqında çoxlu xoş sözlər dedilər. O isə sonda: “Doğrudanmı, mən bu qədər təriflərə layiqəm, siz mənim üzərimə böyük məsuliyyət qoydunuz” — dedi. Və bir də dedi ki, mən 50 il öz ömrümü, bundan da çox qəhrəmanlarımın ömrünü yaşamışam.

 

Məlik müəllimlə sonralar canlı görüşlərimiz çox olsa da, onunla teatrda və filmlərdəki görüşlərimdən, daha doğrusu, sənət aləmində görüşlərimdən aldığım təəssüratları oxucularla bölüşmək istədim.

Mənə belə gəlir ki, Məlik müəllimin sənətdə bəxti gətirmişdi. Ona həmişə elə rollar verilirdi ki, elə bil, necə deyərlər, boyuna biçilmişdi. Hansı rolda çəkilirdisə qarşısına uğur çıxırdı. Onun yaratdığı qəhrəmanlar həm teatrımızın, həm də kinomuzun çox qiymətli nümunələrinə çevrilirdi. “Atayevlər ailəsi”ndəki qəhrəmanı da, “Axırıncı aşırım”dakı Qəmlosu da, “O dünyadan salam”dakı Şeyx Nəsrullahı da, “Dəli Kür”dəki Molla Sadığı da belə yaddaqalan obrazlar idi.

Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.

Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı.

Bu böyük sənətkar 1924-cü il iyunun 27-də Bakıda doğulmuşdu. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov və digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.

Azərbaycan aktyorluq məktəbinin formalaşmasında onun xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.

Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, (“Axırıncı aşırım”) Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, “Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a... Kərbəlayiifadəsi hamıya yaxşı tanışdır.

Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə akademik teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə , ona görə mərhum kinorejissor T.TağızadəÖlülərpyesi əsasında ekranlaşdırdığı “O dünyadan salamfilmində Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.

Tarixi şəxsiyyətlər Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. “26 Bakı komissarıfilmində o, M. Əzizbəyovun çox real tarixi obrazını ekranda əbədiləşdirə bilmişdi.

Xalq yazıçısı İ.ƏfəndiyevinAtayevlər ailəsipyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.

Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) “sovetinmükafatını ala bilməz. bir Dəli Kür”dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.

M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin “On ikinci gecə”, L.TolstoyunCanlı meyit”, S.VurğununFərhad Şirin”, Ş.QurbanovunSənsiz”, İ.QasımovunNağıl başlananda s. tamaşalarda onun yaratdığı obrazlar bu gün xatirələrdən silinməmişdir. Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor olduğu dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində aktyor sənətindən dərs deyirdi. Oğlu, xalq artisti Rəfael Dadaşov onun sənətini davam etdirir.

Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində yaşayır.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 7.