Ağsaqqal sözünün siqləti

 

Zaman sürətli dağ çayı kimidir: axıb gedir, qarşısına çıxanları da özü ilə aparır, yaşadığımız bu gün sabah tarixə çevrilir. Əsrlərin sınağından çıxmış bayatılarımızda deyildiyi kimi, “ günya bir pəncərədir, hər gələn baxıb keçər”. Lakin hər bir insan “həyat” adlı “pəncərə”dən sadəcə baxıb keçmir, bu “müvəqqəti evin” sakini olur, ömür sürür, yaşayıb-yaradır, bir çoxu yaxşı əməlləri ilə uzun illər boyu xatirələrdə yaşayır. Yeri görünən belə insanlardan biri də qədim Oğuz yurdu Zəngəzurun Gürcülü kəndində anadan olmuş, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, ötən əsrin 40-cı illərinin sonlarından 1953-cü ilədək Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləmiş Nəzər Heydər oğlu Heydərovdur.

 

Müasirləri Nəzər Heydərovu xalqına və dövlətinə son dərəcə sədaqətli, təmiz, sözübütöv, gözü-könlü tox, şəffaf və şərəfli ömür yolu keçmiş mətin bir dövlət xadimi, kimi tanıyırdılar. Əlləri kimi işi də, əqidəsi də, məsləki də təmiz idi. Bu təmizlik isə ona söz demək, sözün düzünü deməkdən çəkinməmək üstünlüyü vermişdi. Azərbaycan SSR-in o vaxtkı rəhbəri Mir Cəfər Bağırov bu keyfiyyətlərinə görə onu sözünü eşidirdi.

Düz danışmaq, həqiqətin gözünə qorxmadan baxmaq bəzən insana zərər yetirə bilir. Elə buna görə Moskvanın 1953-cü ildə Azərbaycan partiya təşkilatında rəhbər kadrların dəyişdirilməsi barədə qərarının selinə-suyuna qataraq, yaşına görə onu da pensiyaya göndərdilər. Gözdən könüldən uzaq düşən Nəzər Heydərov aldığı pensiya ilə çox sadə bir həyat tərzi keçirirdi. İki oğlu vardı: Qaçay Heydərov Xalq Təsərrüfatı İnstitutunda iqtisadi tarix kafedrasının müdiri, tarix elmləri namizədi, dosent idi. Kiçik oğlu Arif Heydərov (sonralar Azərbaycan SSR daxili işlər naziri işlədi başında qətlə yetirildi) dövlət təhlükəsizliyi orqanlarında əmək fəaliyyətinə başlamışdıtezliklə ittifaq miqyasında sayılıb, seçilən, təmiz cəsur bir kadr kimi tanınmışdı.

1968-ci ilin dekabrın axırları idi. Nəzər Heydərov qəflətən yorğan-döşəyə düşdü. Həkimlər yaxınlarına bildirmişdilər ki, hazırlıq görsünlər, kişi bir neçə gününqonağıdır”. Odur ki, dost-tanış, qohum-əqrəba xəstənin yanını boş qoymurdu. Dəstə-dəstə gəlib gedirdilər. Lakin hamını narahat edən bu idi ki, kiçik oğlu Arif uzaqda idi, SSRİ-nin Türkiyədəki səfirliyində məsul bir vəzifəni yerinə yetirirdi. Onu işdən ayırmaq çox çətin idi. Bəs etməli? Qaçay müəllim çox düşünüb-daşındıqdan sonra o zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyən Heydər Əlirza oğlu Əliyevə müraciət etdi. Heydər Əliyev bu ailəyə çox yaxın idi, həm Arifin xətrini istəyirdi. Vəziyyətdən halı olan Heydər Əliyev dərhal Moskva ilə danışaraq Arifin gəlməsi üçün razılıq aldı.

Arif Heydərov Türkiyədən gələndən sonra da xəstənin yanına gediş-gəliş səngimədi. Yenə bir gün Nəzər müəllimə baş çəkməyə gəlmişdik. Ağdamdakı qohumları, Nəzər müəllimin qardaşı oğlu Ədalət Heydərov, bacısı oğlanları Hüseyn Əbdürrəhim Şirinovlar başqaları da orada idi. Çay süfrəsi açılanda iki nəfər dövlət məmuru da gəldi salam-kalamdan sonra xəstənin halını soruşub əyləşdilər. Ancaq Nəzər kişinin vəziyyəti heç həkimlərin düşündükləri kimi, ağır deyildi, çarpayıda sakitcə uzanmışdı, şikayətlənmirdi, hərdən söhbətin gedişinə bir-iki sözlə müdaxilə edirdi, sifətinin rəngi, yaddaşı-düşüncəsi öz yerində idi.

Bir az keçmiş Süleyman Rəhimovla Əli Vəliyev, daha sonra isə Kamran Hüseynov bığ yeri təzəcə tərləmiş bir oğlanla gəldi. Dövlət məmurlarından biri uşağın kim olduğunu him-cimlə Kamran Hüseynovdan soruşanda, o: oğlumdur, — yad deyil, gətirmişəm ki, əmilərini görüb tanısın, fani dünyadır, biz bu gün varıq, sabah yox.

Çox yaxşı, çox gözəl, ay Kamran, vallah, mən neçə dəfə demişəm, yenə təkrar edirəm, — deyə Süleyman Rəhimov Kamran Hüseynovun çiyninə vurdu. — Bax, bu Kamran hamımızdan ağıllıdır, — deyib cavan oğlanın alnından öpdü. — Bax, dədənin yolunu getsən, bəsindi!

Bundan sonra söhbətin istiqaməti Azərbaycanın çətin durumuna, iqtisadi sosial sarsıntılar keçirməsinə yönəldi. Süleyman Rəhimov dedi: “Kənddəkilər elə danışırlar ki, adamın ayağı altından yer qaçır. Qubadlıda onlarca kənd var ki, hərəsində 6 ailə yaşayır, onlar da əsasən qocalıb əldən düşmüşlərdir. Cavanları kəndə cəlb edən heç bir maraqlı sahə yoxdur”.

Kamran Hüseynov da onun sözünə qüvvət verdi: “Hər həftə Qubadlı, Masallı, Laçın başqa rayonlardan Sumqayıta onlarca ailə gəlir... Əslində, heç şəhərlərdə ürəkaçan yoxdur, fabriklərdən buraxılan məhsullar satış mərkəzlərinə çatmamış qiymətləri ucuzlaşdırılsa da, yenə alınmır, dövlətdən gizli sexlər fəaliyyət göstərir, qarşısını almaq mümkün olmur... Azərbaycanın neft sənayesi ittifaq tabeliyində olsa da, istehsal diqqətdən xeyli kənardır, hasilat 7-8 milyon tona düşüb, çünki Volqa-Ural, Sibir, Tümen yataqları kəşf edilib, onlar ildə 400—450 milyon ton neft verir.

Əli Vəliyev kənddəki ağır vəziyyətdən danışdı: —Kəndli əkin-biçindən, öz dədə-baba peşəsindən uzaqlaşıb, taxılın istehsalı 1 milyon tona, pambıq isə 280 min tona düşüb, ət-süd, çay, meyvə-tərəvəz belə, əhaliyə yalançı, fırıldaqçı sədrlər başçılıq edirlər, qədər işləsələr əlləri boşdadır, onlar daha heç kimə, heç bir təsərrüfat başçılarına inanmırlar. Təsərrüfat sahəsində əhalinin inamsızlığı çox qorxulu bir haldır, indi oğul deyirəm ki, Azərbaycanı bu amansız, iyli-qoxulu bataqlıqdan xilas edə bilsin. Çox maraqlı bir ziddiyyət yaranıb, başbilənlərimiz inciyib deyirlər ki, xalq bizi eşitmir, çünki onlar hələ qəflət yuxusundadır. Xalq da cavabında bildirir ki, başçılarımız hələ qış yuxusundadır. İndi top-top oyunu gedir... Görəsən, bu binəva kəndlilərin, xalqın günahı nədir?

Dövlət məmuru da söhbətə qoşuldu:

Azərbaycanın indiki vəziyyəti sizin düşündüyünüzdən ağırdır. Ən başlıcası, Moskvanın Azərbaycana münasibəti kəskin dəyişib, bəlkə , ərazi bütövlüyü məsələsi olmasaydı, Moskva Azərbaycandan əl çəkərdi. Adi bir fakt: Bu gün Ermənistanın əhalisi 3,5 milyon nəfər, Gürcüstanın əhalisi isə 4,5 milyon nəfər olduğu halda, Azərbaycanın əhalisi 5,5 milyon nəfərdir. Əhali arasında fərqlər belə ciddi olmasına baxmayaraq, həm Ermənistan, həm Gürcüstan dövlət büdcəsindən Azərbaycana nisbətən daha çox maliyyə vəsaiti alır, bu barədə heç kəs düşünmür. Bir sözlə, indi oğul istəyir ki, xalqı bu böhrandan xilas etsin...

Elə bu məqamda qapı açıldı. Heydər Əliyev general formasında içəri daxil oldu, arxasınca da, səhv etmirəmsə, polkovnik Maqsud Məmmədov tanımadığımız bir mayor. Heydər Əliyev hamı ilə səmimiyyətlə görüşdü. Ariflə qucaqlaşdılar. Nəzər kişidən hal-əhval tutdu. Stul gətirdilər. Yox-yox, gedirik, — deyə etiraz etdi. Arif astaca dedi:

— Hara gedirsiniz, Ağdamdan qohumlar gəlib, yaxşı lavaş, axtarma motal pendiri gətiriblər...

Heydər Əliyevin çöhrəsinə təbəssüm qondu:

Neynək, onda hərəyə bir dürmək yeyərik, — deyərək mətbəxə keçdilər.

Bu yerdə Nəzər Heydərov başını yüngülcə qaldıraraq dilləndi:

Uzağa getməyin, sizin axtardığınız adam bax budur, dediklərinizin öhdəsindən ancaq o gələ bilər...

Həkimin dediyi gün yetişdi, Nəzər Heydərov 30 dekabr 1968-ci ildə dünyasını dəyişdi. Müdrik ağsaqqalın dedikləri bundan təqribən 7 ay sonra gerçəkləşdi, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçildi. O zaman da, sonralar da Heydər Əliyevin hakimiyyət prinsipinin əsasını insan amili tutmuşdu. Çoxlarının qəflət yuxusunda hesab etdiyi azərbaycanlıları ayağa qaldırdı, kadr islahatları apardı, ən fəal təsərrüfatçıları, işbilənləri rəhbər vəzifələrə gətirdi.

Tezliklə kənd əhalisi öz sözünü dedi, pambıq istehsalı 280 min tondan 550—600 min tona, sonra isə 1 milyon tona qaldırıldı. Bu inkişaf digər sahələrdə də özünü büruzə verdi.

Bu gün biz həmin o iki kəlmə sözün deyildiyi dövrü yox, müstəqil dövlətçiliyimizin 18-ci ilini yaşayırıq. Azərbaycan Cənubi Qafqazda lider dövlət olub, Heydər Əliyevin dövlətçilik və neft strategiyası Azərbaycanı bütün dünyada qabaqcıl bir dövlət kimi tanıdıb.

Azərbaycan xalqı əmindir ki, daimi inkişafa, müstəqil dövlətçiliyin əbədiliyinə yalnız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla nail olmaq mümkündür.

 

 

Xanış MƏMMƏDOV,

31 saylı Ağdam orta məktəbinin

sabiq direktoru, əmək veteranı

 

Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 5.