23 iyun Dövlət
qulluqçularının peşə
bayramıdır
Dövlət qulluqçuları ölkənin
dinamik inkişafına
sanballı töhfələr
verirlər
Qaxda peşə bayramı təntənə ilə
qeyd edilmişdir
Qax rayonunda 23 iyun Dövlət
qulluqçularının peşə bayramı münasibətilə
tədbir keçirilmişdir. Ulu öndər Heydər Əliyevin
abidəsi önünə gül-çiçək
qoyulması ilə başlanan toplantını giriş
sözü ilə RİH-nin başçısı Mübariz
Əhmədzadə açmış və Azərbaycan
Respublikasının, eləcə də rayonun bütün
dövlət qulluqçularını peşə bayramı
münasibətilə təbrik etmişdir.
M. Əhmədzadə Azərbaycan
Respublikasında müasir dövlət qulluğu sisteminin
formalaşmasının və inkişafının
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlı olmasını bildirməklə, məhz Heydər
Əliyevin ali siyasi hakimiyyətə qayıdışından
sonra ölkədə xaos və anarxiyanın
qarşısının alınmasından, dövlət
nizamı və sabit dövlət idarəçiliyinin bərpa
edilməsindən, demokratik, hüquqi dövlət
quruculuğu prosesinin başlanması və onun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə dövlət idarəetmə orqanlarının
işinin dövrün tələblərinə uyğun yenidən
qurulması, keyfiyyətli kadr korpusunun yaradılması,
nazirlik və komitələrin müvafiq istiqamətlər
üzrə vahid dövlət siyasətini həyata keçirən
hakimiyyət orqanlarına çevrilməsi istiqamətində
zəruri tədbirlərin görülməsindən
danışmışdır. Sonra “Dövlət qulluqçusu
və onların sosial müdafiəsi” mövzusunda məruzə
olunmuşdur.
Daha sonra rayon maliyyə
idarəsinin müdiri Rasim Məmmədov, RİH-in ümumi
şöbəsinin müdiri Ələkbər Şahidov, Zəyəm
kənd ərazi icra nümayəndəsi Səbuhi Həmzəyev,
rayon statistika idarəsinin rəisi Malik İmamov və rayon
polis şöbəsinin rəisi Bəylər Abbasov
çıxış edərək respublikada həyata
keçirilən dövlət siyasətinin əsas vəzifələrindən,
dövlət qulluğu siyasətinin əsas məqsədinin
ölkəmizdə səmərəli, məsuliyyətli və
demokratik idarəçiliyin yaradılmasından, dövlət
orqanlarının fəaliyyətində çevikliyin və
şəffaflığın gücləndirilməsindən
söz açmışlar. Çıxış edən
natiqlər ölkəmizdə həyatın bütün sahələrində
dinamik inkişaf proseslərinin getdiyi, perspektivli sosial-iqtisadi
inkişaf proqramlarının icra olunduğu bir zamanda dövlət
qulluqçuları qarşısında tamamilə yeni və
müasir tələblər qoyulmasını
vurğulamış, dövlət qulluqçularının
yüksək peşəkarlıq, səriştəlilik, əxlaq
və mənəviyyat nümunəsi göstərməklə
öz fəaliyyəti, insanlarla rəftarı, qəbul etdiyi qərarlar
və hərəkətləri ilə rəsmi orqanlara hörmət
qazandırmalı, vətəndaşlara dövlət siyasətinin
məqsəd və vəzifələrini təlqin etməli
olmalarını bildirmişlər.
Sonda rayon icra hakimiyyətinin
başçısı tədbirdə yekun söz söyləyərək
rayonda dövlət qulluğu sahəsində
çalışan bir neçə dövlət
qulluqçusunu təbrik etmiş, onlara fəxri fərmanlar təqdim
etmiş, demokratik dövlət quruculuğunda, xalqın
rifahı naminə fəaliyyətlərində uğurlar
arzulamışdır.
İ. HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 3.