“1920-ci ildə Qarabağ döyüşləri

 

Milli hərb tariximizin yorulmaz tədqiqatçısı, tanınmış yazıçı-jurnalist Şəmistan Nəzirli son illərdə mətbuatda teleradioda ardıcıl çıxışları, çap olunmuş irihəcmli kitabları ilə döyüş qəhrəmanlıq salnaməmizi xeyli zənginləşdirmişdir. Ömrünün yaradıcılığının yetkin çağlarını yaşayan cəfakeş araşdırmaçı-yazar bu günlərdə işıq üzü görmüş “1920-ci ildə Qarabağ döyüşləriadlı yeni kitabında hərb tariximizin bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirmiş, bir çox sərkərdə zabit soydaşımızın bioqrafiyasına yeni fakt materiallar əlavə etmişdir.

 

“Biz türklər çox qəribə adamlarıq: bizə görə, bilmək başqalarını öyrənmək bizdən uzaq olan şeyləri anlamağa çalışmaqdır. Özünu böyüklərini tanımağa çalışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət nümayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab olunur”. Görkəmli türk alimi Bəsim Atalayın bu haqlı sözlərini kitaba epiqraf seçmiş müəllif öz tarixini dərindən bilməyən xalqın zaman-zaman dostunu-düşmənini seçməkdə çətinlik çəkdiyini müasirlərimizin nəzərinə ucadan çatdırır. Bu həqiqəti yaxın keçmişin acı təcrübəsindən yaxşı bildiyindən tədqiqatçı kitabda əsas diqqəti düşmənlərimizin hiylə fitnələrinin açılmasına, ayıq-sayıq olmağa igid soydaşlarımızın bu yöndə fədakarlığına yönəldir.

Yaxşı deyiblər ki, tarix daim təkrarlanır, onun dərslərini anlamayanlar yenidən uduzurlar. Uzaq-yaxın tariximizə baxsaq, bədxah qonşularımız olan ermənilərin həmişə xalqımızı güclü yadellilərə satdığının, tarixi dönüş məqamlarında torpaqlarımıza yiyələndiklərinin şahidi oluruq. Tarixin son 2 əsrində isə bu başabəla, gəlmə xalq daha böyük faciə fəlakətlərə bais olmuşdur. XIX əsrin əvvəllərində satqınlıq xəyanət yolu ilə çar Rusiyasını məmləkətimizə gətirən ermənilər 1920-ci ildə yeniləşmiş sovet Rusiyasının Azərbaycanı yenidən işğal etməsinə şərait yaratdılar. Həmin ilin yazında Qarabağın dağlıq hissəsində qiyam qaldıran ermənilər Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsas qüvvələrinin başını bu bölgədə döyüşlərə qatmaqla paytaxt Bakını bolşevik XI ordunun ələ keçirməsini asanlaşdırdılar.

Sonrakı 7 onillikdə bu xəyanət xalqımıza unutdurulduğundan, erməni təcavüzünün qarşısını almış sərkərdə zabitlərimiz düşmən əli ilə məhv edildiyindən, saxta dostluq şüarlarına uyduğumuzdan əsrin sonlarında sovet imperiyası süqut edəndə ermənilər eyni ssenari ilə Qarabağda xalqımıza arxadan zərbə vurdular, ərazilərimizin 20 faizini ələ keçirdilər. Onların bu təcavüzü böyük dövlətlərin müstəqil Azərbaycana müxtəlif təzyiqlərinə imkan verdiyindən 21 ildir ki, işğalçı ölkəyə heç bir sanksiya tətbiq olunmur. Bütün bunlar təkrar-təkrar ona görə baş vermişdir ki, tariximizi yaxşı öyrənib düşməni tanımamış, zəif yerlərimizi kifayət qədər qoruya bilməmişik.

Unudulmaz şairimiz Hüseyn Arifin

Gah sağdan, gah soldan çapdılar bizi,

Yadlar çox ev yıxıb, çox quyu qazıb.

Əfsuslar olsun ki, tariximizi

Özgələr yazanda başqa cür yazıbpoetik qənaətini təəssüf hissi ilə xatırladan Şəmistan Nəzirli kitabda toplanmış materialların mövzu qayəsini belə açıqlayır: “1920-ci ilə qədər yaşamış 61 azərbaycanlı generalın hərb tariximizdə işıqlandırılmaması bizi çoxdan düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi. Müxtəlif arxiv materialları əsasında qəhrəmanlarımızın həyatına, igid əməllərinə çıraq tuturuq”.

Kitabın əsas bölümü olan “1920-ci ildə Qarabağ döyüşləriadlanan fəslində həmin dövrdə mürəkkəb hərbi-siyasi durum, AXC hakimiyyətinin Qarabağda erməni separatçılığına qarşı atdığı qəti addımlar, qəhrəman milli ordu hissələrinin düşməni qısa müddətdə yerində oturtması tarixi materiallar əsasında geniş əks olunmuş, təhlil ümumiləşdirmə aparılmışdır. Müəllif bu yöndə axtarışlarını belə qələmə verir: “Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi milli ordunun hər bir əsgərini təpədən-dırnağacan silahlandırdı. Qısa bir müddətdə (martın 22-dən aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər zabitləri füsunkar Qarabağı düşməndən geri aldılar. İl yarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun üçüncü yürüşü zəfərlə başa çatdı”.

Hərbi tədqiqatçı bu sənədli oçerkdə tam artelleriya generalları, müdafiə naziri Səməd bəy Mehmandarovun onun müavini Əliağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun, Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun polkovnik Bəhram bəy Həbibbəyovun Qarabağ döyüşlərindəki sərkərdəlik məharətini, ordudakı vətənpərvərlik ruhunu yeni arxiv sənədləri ilə oxucuya çatdırır. Oçerk yüksək publisist üslubda qələmə alındığından böyük maraqla oxunur, ata-babaların hünər zəkası hər birimizdə haqlı öyünc yaradır. Eyni zamanda, təqdim olunan tarixi materialın məntiqi məzmunu yeni nəsilləri həqiqəti bilməklə güclü ayıq-sayıq olmağa səsləyir.

Kitab 1920-ci ilə qədərki hərb tariximizin ən görkəmli simaları barədə müəllifin yeni axtarışlarının bəhrəsi olan silsilə materiallarla davam edir. Məşhur Yadigarov qardaşları, general Əliağa Şıxlinskinin hərbçi qardaşoğulları, Port-Artur döyüşünün azərbaycanlı qəhrəmanları barədə yazılar ötən əsrin əvvəllərində yetişmiş milli hökumətə xidmət etmiş Azərbaycanlı zabitlər barədə zəngin materiallar verir.

Azərbaycanın bolşevik işğalı nəticəsində milli ordumuzun dağıdılması onun yüksək rütbəli zabitlərinin məhv edilməsi “1920-ci illərin sərkərdə qurbanlarıfəslində yer alıb. General Murad Gəray bəy Tlexasın, general Həbib bəy Səlimovun, general-leytenant Məmməd bəy Sulkeviçin, süvari generalı Hüseyn xan Naxçıvanskinin, general İbrahim ağa Usubovun düşmənlərin əli ilə qətlə yetirilməsi barədə yazılanlar acı təəssüf doğurmaqla yanaşı, tarixi səhvlərimizi anlamağa da kömək edir.

Məşhur Qacar nəslinin Rusiya imperiyasında general rütbəsinə yüksəlmiş Əmir Kazım Mirzə, Feyzulla Mirzə, Məhəmməd Mirzə, Kazım Mirzə, Rzaqulu Mirzə, Kamran Mirzə, Əmənulla xan Həsən xan Qacar kimi nümayəndələri barədə materiallar xalqımızın hərb işinə bağlılığının yeni səhifələrini açır. Kitabda digər general oğullarımız Əliyar bəy Haşımbəyov, Əbdülhəmid bəy Qaytabaşı, Firudin bəy Vəzirov, Əsədulla xan Əbülfətzadə, polkovnik Daniyal bəy Həlləcovdan s. bəhs edən oçerklər milli ordumuzu formalaşdırmış nəsil barədə təsəvvürləri dolğunlaşdırır. Bu nəslin 1937-ci ildə qətlə yetirilmiş sonuncu nümayəndələrigenerallar Cəmşid bəy Naxçıvanski, Qambay Vəzirov, komissar Heydər Vəzirov başqaları barədə yazılar “37-nin general qurbanlarıfəslində toplanıb. “Tarixin səhifələrifəslində isə repressiya olunmuş müxtəlif çinli hərbçilərimiz barədə qısa məlumatlar verilib.

Kitabdakı materiallar nadir tarixi şəkillərlə müşayiət olunub. Şəmistan Nəzirlinin yeni kitabı milli hərb tariximizi öyrənənlər üçün dəyərli mənbədir. Sonda xatırladaq ki, bu gün saat 12:00-də Milli Kitabxanada “1920-ci ilin Qarabağ döyüşlərikitabının geniş oxucu auditoriyasına təqdimatı mərasimi keçiriləcək.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 5.