1993-cü ilin 24 iyunu
ölkədə siyasi
böhrandan çıxış
anı idi
Deputatlar həmin gün prezident səlahiyyətlərinin
Ali Sovet sədrinə verilməsinə nail olmaqla ölkənin
və xalqın xilası yolunda mühüm addım atdılar
Hər an qorunmağa, müdafiəyə ehtiyacı olan gənc müstəqil dövlətin prezidenti tüfəng səsindən səksənərək uzaq bir dağ kəndinə qaçmışdısa, parlament mütləq bir çıxış yolu tapmalı idi.
Ziya BÜNYADOV,
akademik
Çox təəssüf
ki, milli tariximizin şanlı, mərdlik, mərdanəliklə
dolu, qəhrəmanlıqlarla
zəngin səhifələri
ilə yanaşı ağır, məşəqqətli
məqamları da olmuşdur. Hər şeyi obyektiv qiymətləndirməyi bacaran
adamlar belə məqamları da təbii sayırlar: “Koroğlusu olan xalqın Həmzəsi də varsa, burada qeyri-adi nə axtarırsınız?”
Üstəlik, etnos mütəxəssislərinin fikrincə,
bu qəbildən olan hadisələrə türk xalqlarında, xüsusən, azərbaycanlılarda
digər xalqlara nisbətən daha az təsadüf
edilir. Hər halda
XX əsrin son onilliyində xalqımız
üç dəfə
dövlət başçısının
öz vəzifə kürsüsünü qoyub
qaçmasının şahidi
oldu. 1988-ci ildən başlayaraq böyük vüsət alan milli-azadlıq hərəkatının, azadxah
soydaşlarımızın ölümün gözünə dik baxmasının fonunda bu kimi
hadisələr o qədər də tez-tez xatırlanmır. Ancaq həmin hadisələrdən
sonuncusunun – Prezident Əbülfəz Elçibəyin
xəlvəti şəkildə
paytaxtdan qaçmasının
hər il yada salınması da təbiidir. Çünki həmin qaçışdan sonra Azərbaycan xalqı elə bir addım
atdı ki, milli tariximizdə dövlət başçısının
öz postunu qoyub qaçması ənənəsinə birdəfəlik
son qoyuldu.
Azərbaycanın ən
ağır günlərində
xalqa rəhbərlik etmək kimi müqəddəs bir missiyanı öz üzərinə götürmüş
AXC-Müsavat funksionerləri
nəinki bu vəzifələrin öhdəsindən
gələ bilmədilər,
əksinə, bilməyərəkdən
vəziyyəti daha ağır məcraya yönəltdilər.
Nəticədə ölkənin
beynəlxalq aləmdəki
nüfuzuna xələl
gəldi, daxili sabitlik anarxiya və özbaşınalıqla
əvəz edildi, işğalçı qoşunlar
daha çox ərazilərimizi zəbt
etdilər və sair. Bir tərəfdən
də hakimiyyət uğrunda qanlı mübarizələrə girişən
siyasi qüvvələr
ölkəni vətəndaş
müharibəsi həddinə
gətirdilər. Pul, var-dövlət və silah toplamış Surət Hüseynov və Əlikram Hümbətov hərbi müxalifət libası geyinərək dövlətə
hədə-qorxu gəlir, xalqı bəlalara düçar edirdisə, mülki formalı müxalifətçilər
Elçibəy iqtidarının
nüfuzdan düşməsi
üçün ən
çirkin metodlara əl atırdılar. Belə bir vəziyyətdə
yeganə çıxış
yolunu ulu öndər Heydər Əliyevin Naxçıvandan
Bakıya dəvət
edilməsində görən
ziyalılar buna nail oldular. Böyük
siyasətçi Naxçıvandan
Bakıya gəldi. Dərhal Gəncəyə
– asi polkovnikin başlamaq istədiyi vətəndaş müharibəsini
danışıqlarla, müdrikcəsinə
yatırmağa gedən
ulu öndər buna nail oldu.
Həmin tarixi xidməti qiymətləndirən
Azərbaycan xalqı ümummilli liderin respublika Ali Sovetinin sədri vəzifəsinə seçilməsini
reallaşdırdı.
1993-cü il iyun ayının
15-də Heydər Əliyevi Ali Sovetin sədri seçən Azərbaycan
xalqı Naxçıvan
Muxtar Respublikasını
məhv olmaqdan xilas etmiş, Gəncədən başlanan
vətəndaş müharibəsinin
qarşısını almış,
xüsusən 1969-82-ci illərdə
Azərbaycanın çiçəklənməsinə
nail olmuş ulu öndərin ölkəni
növbəti bəlalardan
da qurtaracağına inanırdı. Xalq inanırdı ki, təcrübəli və müdrik Ali Sovet sədri ilə təcrübəsiz
və xalqın inamından istifadə edərək hakimiyyətə
gəlmiş prezident birlikdə ölkəni növbəti bəlalardan
xilas edəcəklər. Ancaq həmin günlərin
prezidenti rüsvayçı
bir addım ataraq iyunun 17-dən 18-nə keçən gecə xəlvəti olaraq (hətta, öz cəbhəçi silahdaşlarından
da xəbərsiz) paytaxtı tərk etdi və son
beş ildə üçüncü fərari
dövlət başçısı
adını qazandı.
Sonralar “Ostankino” Dövlətlərarası Televiziya
Şirkətinə müsahibə
verən Azərbaycan Respublikası Ali Sovetinin sədri, respublika Prezidentinin səlahiyyətlərini icra
edən Heydər Əliyev Əbülfəz
Elçibəyin qaçması
hadisəsini bu şəkildə xarakterizə
etmişdi: “Prezident Əbülfəz Elçibəy
iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən
təyyarə ilə Bakıdan çıxıb
getmişdir. Halbuki təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə
idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi
Naxçıvana enmişdir,
buradan prezidenti Xalq Cəbhəsinin üzvləri dağ kəndi Kələkiyə
aparmışlar. O, indiyədək
oradadır. Mən iyunun 18-dən
24-dək Əbülfəz
Elçibəylə telefonla
daim danışıqlar
aparmışam, Azərbaycan
Elmlər Akademiyasının
prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük
bir qrupu – akademiklər, professorlar, yazıçılar, ağsaqqallar
mənim təşəbbüsümlə
oraya getmişlər.
Onlar prezidentlə görüşmüşlər, onu dilə tutmuşlar
ki, o, Bakıya
qayıtsın. Mən
onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etmədi, bu dəvətlə razılaşmadı
və indiyədək
Kələki kəndində
qalır. Prezidentin, demək olar
ki, bütün vəzifələrinin Ali Sovetin sədrinə həvalə edilməsi haqqında fərmanı da elə onun
özü imzalamış,
öz fərmanında
yalnız vətəndaşlığa
qəbul və qanunların imzalanması hüquqlarını özündə
saxlamışdır. Qalan hər şeyi o, Azərbaycan
Ali Sovetinin sədrinə həvalə
etmişdir”.
Biz burada bir məsələni xüsusilə qeyd edək. Belə ki, yazının
sərlövhəsində də
qeyd etdiyimiz kimi, həmin qarışıq günlərdə
fərarilik etmiş prezidentin səlahiyyətlərinin
Ali Sovet sədrinə verilməsi məsələsi, demək
olar ki, hər gün Ali Sovetin iclaslarında
gündəliyə gətirilir,
deputatlar bu qərarın tezliklə
qəbul edilməsini israrla tələb edirdilər. Ali Sovet sədri Heydər Əliyev isə razılaşmırdı.
Ulu öndər yuxarıda qeyd etdiyimiz müsahibəsində
həmin məqamı
daha açıq şəkildə yada salır: “Bu vəziyyət Azərbaycan
parlamentinin iclasında
dalbadal bir neçə gün müzakirə olunmuşdur,
elə parlamentin üzvləri də təkidlə təklif edirdilər ki, mən bu vəzifələri
öz üzərimə
götürüm. Mən
razılaşmırdım. Yalnız Əbülfəz
Elçibəyin özü
belə fərman verdikdən sonra razılaşdım. Açığını desək, respublika, demək olar idarəedilməz olmuşdu,
çünki prezident
yox idi, baş nazir yox idi – o,
artıq çoxdan istefa vermişdi, tək mən qalmışdım, bir çox məsələlər
isə prezidentin səlahiyyətindən istifadə
edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz
üzərimə götürdüm...
Əgər günü
bu gün Əbülfəz Elçibəy
buraya qayıdarsa, o, öz prezident
vəzifələrini yerinə
yetirə bilər”.
Göründüyü kimi,
xalq Elçibəydən
Bakıya qayıtmağı
tələb edir, o qayıtmır, bütün fəaliyyəti
boyu siyasi-hüquqi prinsipləri əsas tutan Heydər Əliyev isə prezidentin səlahiyyətlərini
öz üzərinə
götürmək istəmirdi. Belə bir vaxtda xalq
Əbülfəz Elçibəydən
daha kəskin şəkildə tələb
etdi: “Ya Bakıya qayıt, ya da səlahiyyətləri
Ali Sovet sədrinə ver”. AXC-Müsavat
iqtidarının rəhbəri
Bakıya qayıtmağa
cürət etmədiyinə
görə ikinci addımı atmağı
məqbul saydı. Yəni onun imzaladığı fərman
xalqın, xüsusən,
deputatların və ziyalıların çoxsaylı
tələblərinin nəticəsi
idi.
1993-cü il iyun ayının 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərinin
Ali Sovet sədrinə verilməsi ölkədə böhrandan
çıxış yolunun
tapılması istiqamətində
atılan növbəti
uğurlu addım idi. Nəticə isə göz qabağındadır. Heydər
Əliyevin qurub-yaratdığı müstəqil
Azərbaycan dövləti
bu gün nəinki regionda və postsovet məkanında, eləcə
də bütün dünyada lider ölkələrdən birinə
çevrilib.
Ulu öndərin
siyasi kursunun uğurla davam etdirilməsi bu nailiyyətlərin sırasını
getdikcə daha da genişləndirəcəkdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 4.