Azərbaycan təhsili möhtəşəm
inkişaf prosesindədir
Bu inkişafın
memarı isə ulu öndərimiz Heydər Əliyevdir
Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında
əlamətdar hadisələr, tarixi günlərin qeyd edilməsi
bir-birini əvəzləyir. Cəmi bir həftə əvvəl
xalqımız böyük Qurtuluş gününün
növbəti ildönümünü qeyd etdi. İndi isə
nəinki ölkəmizdə, hətta, bütün dünyada
yaşayan soydaşlarımız daha bir tarixi hadisənin —
ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə
gəlişinin 40 illiyini böyük bayram kimi qeyd etməyə
hazırlaşır. Mərkəzi Komitənin 1969-cu il iyul
ayının 14-də keçirilmiş tarixi plenumundan ötən
hər il Heydər Əliyevin Azərbaycan xalqına xidmətinin
növbəti səhifəsini yazmışdır.
Mən bəri başdan
qeyd edim ki, həm çalışdığım təhsil
sistemində, həm də yaşadığım Zaqatala
rayonunda daim Heydər Əliyevin yaratdığı xalqa xidmət
nümunəsinin şahidi olmuşam. Yaxşı
yadımdadır, 1969-82-ci illərdə ulu öndərimiz Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə
3500-dən artıq azərbaycanlı gənc SSRİ-nin və
dünyanın 170-dən çox nüfuzlu ali məktəblərində
təhsil almaq üçün göndərilmişdi. O illərdə
Azərbaycanda 700-dən çox məktəb binası
tikilmiş, digər müttəfiq respublikalara nisbətən
daha çox — 5 yeni institut yaradılmış, ali məktəblərin
sayı 17-yə, tələbələrin sayı isə daha
30 min artırılaraq 100 minə
çatdırılmışdır. Bu, dövlət
başçısının milli təhsilə göstərdiyi
misilsiz qayğının nümunəsi idi.
Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da təhsil sisteminin inkişafına böyük qayğı göstərmiş, bu sahədə çalışan hər kəsin himayədarına çevrilmişdi. Cənab təhsil naziri Misir Mərdanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 10 illiyi münasibəti ilə keçirilən konfransda ulu öndərin təhsilə qayğısının ikinci mərhələsini — yəni, 1993-cü ildən sonrakı dövrü xarakterizə edərək demişdir: “Azərbaycanda digər sahələrlə yanaşı, təhsil sahəsində də uğurlu islahatlar aparılır. Bu islahatların təşəbbüskarı, memarı və rəhbəri möhtərəm Prezidentimiz Heydər Əliyevdir. Dövlət başçımızın 1998-ci ilin martında imzaladığı Sərəncamla müstəqil Azərbaycanda təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsi məqsədilə xüsusi Proqram hazırlayan Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası tərəfindən hazırlaşmış ”Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" geniş müzakirələrdən sonra — 1999-cu ildə, xalqımız üçün əziz bayram olan 15 iyunda möhtərəm Prezidentimizin Fərmanı ilə təsdiq olundu... Möhtərəm Prezidentimizin 13 iyun 2000-ci il tarixli fərmanı ilə təhsil tariximizdə analoqu olmayan Azərbaycan Müəllimlər İnstitutunun və 12 bölgədə onun filiallarının yaradılması ümumi təhsil sahəsi üçün müəllim hazırlığında yeni mexenizmlərə keçməyə geniş imkanlar açmışdır". Bu yazıda məhz cənab nazirin qeyd etdiyi həmin qurumlardan biri — Azərbaycan Müllimlər İnstitutunun Zaqatala filialı barədə söz açmaq istəyirik. Çünki bu filial da institutumuzun digər filialları kimi ulu önədrimizin yadigarıdır.
Yuxarıda qeyd etdiyimiz tarixdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılan Azərbaycan Müəllimlər İnstitutu 2005-ci ildən sonra öz inkişafının daha mükəmməl dövrünü yaşayır. Həmin ildən instituta rəhbərlik edən Aqiyə xanım Naxçıvanlı bu ali məktəbin məhz öz adına — Müəllimlər İnstitutu adına layiq bir səviyyəyə gətirilməsinə nail olmuşdur.
Azərbaycanda fasiləsiz müəllim hazırlığı konsepsiyasının strategiya və taktikasının bilavasitə müəllifi olan cənab Prezident İlham Əliyevin ali məktəblərin qarşısına qoyduğu vəzifələrin biri də regionlarındakı ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatının durmadan yaxşılaşdırılmasıdır. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclsin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu iki amil ucqar rayonlarda kadr korpusunun geniş kontingentinin yaradılmasını özündə ehtiva edir. Başqa sözlə, gələcək nəslin təlim-tərbiyəsi ilə bilavasitə yeni milli düşüncələrə və yüksək biliklərə malik olan ixtisaslı müəllim kadrlarının hazırlanması dövlətin daimi diqqət mərkəzindədir. Bu məqsədə çatmaq üçün Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun xüsusi səyi nəticəsində 2004-cü ilin noyabrında mühüm bir dövlət sənədi ərsəyə gəlmişdir. Nazirlər Kabineti “2005-2009-cu illər üçün ümutəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nı təsdiq etmiş və bu sənədin icrası milli təhsilimizin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.
Ümummilli liderimizin yuxarıda qeyd etdiyimiz fərmanı əsasında yaradılmış AMİ Zaqatala filialı 9 ildir ki, fəaliyyət göstərir. 2000-2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərinin pedaqoji kadrları da ixtisasartırma və yenidən hazırlanma təhsilinə cəlb olunmuşdu. 2005-ci ildə Aqiyə xanım Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edilməsi digər filiallar kimi Zataqala filialının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Bizim filialda da köklü dəyişikliklərə start verildi. Yarandığı ilk beş ildə heç bir təmir işi aparılmayan filial binası, xüsusən, dərs otaqları və tələbə yeməkxanası bərbad vəziyyətdə idi. Start verilən yenidənqurma və təmir-bərpa işləri nəticəsində tələbə yeməkxanası tamamilə sökülərək müasir dizanyla, müasir tələblərə cavab verən şəkildə yenidən quruldu. Yeməkxana müasir və zəruri avadanlıqlarla təchiz olundu.
Böyük ərazini əhatə edən tədris binasının xarici hissəsi əsaslı şəkildə təmir edildi. Yeni görkəmdə üzlük materialları çəklimiş bina gecələr müasir iqıqlandırma sistemi vasitəsilə xüsusi görünüş almışdır. Dam örtüyü xarici materiallardan istifadə edilməklə tamamilə dəyişdirilmişdir. Filialın tədris binasında 12 dərs otağı, o cümlədən linqafon dərs otağı, 14 kabinet, 250 nəfərlik akt zalı, 1 kompüter zalı tikilmişdir və onların hamısı artıq fəaliyyət göstərir. Binanın hər iki mərtəbəsinə əlvan xalılar döşənmişdir. Tədris korpusundakı 60 pəncərənin hamısı plastik materialdan hazırlanmış yeni pəncərələrlə əvəz edilmişdir. Filialda yaradılmış “Heydər Əliyev Muzeyi” eksponatlarının zənginliyinə görə bölgədəki ən zəngin muzeylərdəndir. Yuxarıda qeyd etmişdik ki, filial yarananda cəmi 13 tələbəsi var idi. İndi onların sayı 340-dan çoxdur. Ötən il filialın kabinetlərinin sırasına kredit sisemi kabineti də əlavə olunmuşdur.
Filialın kitabxanası həm forma, həm də məzmunca yeniləşdirilmişdir. İnstitutda təhsilin kredit sisteminə keçməsi ilə əlaqədar yaradılmış elektron kitabxana, eləcə də müəllimlərin disklərə köçürülmüş halda tematik-tədris planına uyğun hazırladıqları mühazirələr tələbələrinmövcud tədris-təlim prosesinin daha səmərəli surətdə mənimsənilməsinə yaxından köməklik edir. Kitabxana ilə yanaşı idman zalı da təmir edilərək müasir qurğularla ilə təchiz edilmişdir. Hazırda tələbə yataqxanasının tikilməsi üçün müəyyən yollar aranır. Əminik ki, filialın bütün problemlərinin həllində olduğu kimi bu məsələdə də rayon rəhbərliyi bizə kömək edəcəkdir. Yeri gəlmişkən, Zaqatala rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov təhsilə dövlət qayğısı göstərilməsi barədə ulu öndərimizin yaratdığı nümunənin ən sədaqətli davamçılarındandır.
Azərbaycan Müəllimlər İnstitutu özünün 80 illik yubileyinə hazırlaşır. Milli təhsilimizin inkişafında mühüm xidmətləri olan bu tədris müəssisəsinin bütün filialları kimi Zaqatala filialı da dövlətin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirib və yubiley ilində daha ciddi uğurlar əldə etmək əzmindədir. Biz bu yubileyə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Çünki bizim institut respublikamızda təhsilin və elmi ənənələrimizin zənginləşdirilməsində, milli dövlətçiliyin qorunub saxlanılmasında mühüm xidmətləri olmuş ali tədris müəssisəsidir. Professor-müəllim heyətimiz dövlətimizin və dövlət başçımızın siyasətini bundan sonra da qətiyyətilə dəstəkləyəcək, bütün proqramları uğurla icra edəcəkdir.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu,
Zaqatala filialının
direktoru
Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 4.