Məhkəməyə etimadlayihəsinin uğurlu tətbiqi

 

Cəlilabad Rayon Mədəniyyət Evində Müvəkkil Hüquq Mərkəzinin Azərbaycanda ilk dəfə həyata keçirilənMəhkəməyə etimadlayihəsinin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirdi ki, mərkəzin apardığı monitorinq nəticəsində Cəlilabad Rayon Məhkəməsində 2008-ci il ərzində məhkəmənin hakimləri tərəfindən qəbul edilmiş qətnamə və hökmlərdən apellyasiya şikayətinin verilməməsi məhkəməyə etimadın ən yüksək nümunəsidir. Cəlilabad Rayon Məhkəməsinin təcrübəsi digər məhkəmələr üçün nümunə olmalıdır.

Sonra Müvəkkil Hüquq Mərkəzinin nəzdində yaradılmış ekspert qrupunun üzvləri -AMEA-nın əməkdaşı, filologiya elmləri namizədi Seyfəddin Rzasoy, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov, Bakı Dövlət Universtetinin dosenti, hüquq elmləri namizədi, Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Bəxşeyiş Əsgərov, AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Fizuli Qurbanov çıxış etdilər. Onlar bildirdilər ki, il ərzində Cəlilabadda keçirilən monitorinq hüquqi-siyasi maarifləndirmə baxımından önəmli olub. Əsas hədəfi ölkəmizdə hüquq mədəniyyətinin inkişafı olan monitorinqdən əldə edilən nəticələr rayonda icra məhkəmə hakimiyyətlərinin birgə səmərəli fəaliyyətinin bəhrəsidir. Rəhbərlik polis, prokurorluq məhkəmə orqanları ilə əhali arasında sağlam hüquqi-demokratik mühit yarada bilib. Cəlilabadda ədalətin qorunması, hüquq azadlıqların təminatı, pozulmuş hüquqların bərpası sahəsində qazanılanlar ölkəmizdəki hüquqi-demokratik dövlət quruculuğu proseslərinin tərkib hissəsi məntiqi davamı olmaq baxımından fərəh doğurur.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov insan taleylərinə təsir edən məhkəmə hökmlərinin tam ədalətli olması zərurətinə diqqəti cəlb etdi məhz bu əyalət bölgəsində məhkəmənin yüksək nüfuz, etimad qazanmasına müsbət münasibətini açıqladı. Rayonun məhkəmə heyətini təbrik edən icra hakimiyyətinin başçısı Cəlilabad təcrübəsinin yayılması təşəbbüsündən məmnunluğunu ifadə etdi.

Sonda Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərova, hakimlər Ələsgər Novruzova, Mirələm Quliyevə başqalarına məhkəməyə etimadın yüksək səviyyəyə çatdırılmasında xidmətlərinə görə fəxri diplomlar verildi.

 

 

Əli NƏCƏFXANLI,

Xalq qəzetinin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 7.