İnformasiya texnologiyalarına həsr edilmiş seminar

 

Lənkaran Dövlət Universitetindəİnformasiya cəmiyyətin yeni inkişaf mərhələsidirmövzusunda seminar keçirilmişdir.

 

Seminarı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndorov açmış, müasir dövrdə informasiya texnologiyalarının tətbiqinin zəruriliyindən danışmışdır.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya Cəmiyyətinin inkişaf şöbəsinin müdiri, texnika elmləri namizədi, dosent Rüfət Gülməmmədov Azərbaycanda rabitə informasiya layihələrinin inkişafını təmin etmək üçün texniki texnoloji cəhətdən modernləşmədən, habelə yüksək ixtisaslı mütəxəsislər hazırlanmasından danışmışdır. O, həmçinin vurğulamışdır ki, hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən milli strategiyanın ümumi strateji xətt kimi müəyyənləşdirilməsi informasiya texnologiyalarının Azərbaycanda geniş tətbiqinə zəmin yaratmışdır.

Lənkəran Dövlət Universiteti mətbuat informasiya xidmətinin rəhbəri Hacı Etibar Əhədovdan aldığımız məlumata görə, cıxış edənlər universitetdə informasiya texnologiyaları istiqamətində görülən işlər haqqında məlumat vermişlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 5.