Latviya ilə
əməkdaşlıq sazişi
imzalandı
Dünən Ekologiya və Təbii Sərvətlər
Nazirliyində keçirilən
tədbirdə nazir Hüseynqulu Bağırov
Latviyanın ətraf mühit naziri ilə ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlıq
sazişi imzalamışlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə tədbirdə Latviya Respublikasının ətraf mühit naziri Raymonds Veyonisinlə yanaşı nazirin müşaviri Viestrus Silenieks, katib Quntis Pukitis, nazirliyin məsləhətçisi İndulis Emsis iştirak ediblər.
Nazir Hüseynqulu
Bağırov öncə
ətraf mühitin mühafizəsi və bu sahədəki problemlərin həllindən
danışıb: “Ətraf
mühitin mühafizəsi,
tullantıların idarə
edilməsi, biomüxtəlifliyin
mühafizəsi, ətraf
mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri
bu günün ən
aktual mövzusudur. Bildiyiniz kimi, bunların həll olunması üçün
gündəlik nəzarət
lazımdır. Allahın
yaratdığı əsrarəngiz
təbiəti qorumaq hər birimizin vətəndaş borcudur.
Bu işdə müxtəlif təbəqələli
insanların köməyi
vasitəsi ilə problemlərin həllində
bir yol tapmalıyıq.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Almaniya, Danimarka, Balkan ölkələri və qonşu ölkələrlə
bu sahənin qorunması üçün
sazişlər imzalayıb.
Bu öləkələr
arasında Latviyanın
adını xüsusi
qeyd etmək istəyərdim. Azərbaycanı
Latviya ilə mədəniyyəti, keçmiş
tarixi, indiki oxşar problemləri bu ölkə ilə möhkəm əlaqələri qorumağa
sövq edir. Məhz bununla əlaqəli Latviya Respublikasının
ətraf mühit naziri cənab Raymonds Veyonisin, ətraf mühit nazirinin müşaviri cənab Viestrus Silenieks, ətraf mühit nazirinin katibi cənab Quntis Pukitis, Ətraf Mühit Nazirliyinin məsləhətçisi
cənab İndulis Emsis Bakıya təşrif buyurub. Latviya ilə xoş münasibətlərimizə
inanaraq bildirmək istəyirəm ki, münasibətlər ölkələrimiz
arasındakı problemləri
birgə həll etməyə yardımçı
olacaq.
Latviya Azərbaycan
ölkəsi kimi ağrılı-acılı
günlər yaşayıb.
Azərbaycan ölkəsi
olaraq biz belə hissi daha tez anlayırıq.
Ekologiyadan əlavə
çaylarımızdakı axan suların bizim ərazimizə çirkli halda gəlib çatması bizim ölkədə su problemi yaradır.
Bununla əlaqəli Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən çox
effektverici, əlverişli
proyekti çayların
təmizlənməsi üçün
hazırlanmışdır. Çay ətrafı bölgələrdə yaşayan
924 minə yaxın əhalinin 224 minə yaxını hazırda təmiz içməli suyu əldə edə bilir. Latviya ölkəsi ilə bu gün
saziş imzalayırıq.
Sazişin əsas məqsədi ölkələr
arasındakı tanışlıq,
ekologiyadakı çirkli
hava durumunu aradan qaldırmaq, çirkli suyun təmizlənməsi və
bu kimi işlər
üçün əlverişli
olacaq. Mən inanıram ki, bu saziş ölkələr
arasındakı bağlılığı
daha da möhkəmləndirəcək”.
Sonra isə latviyalı nazir çıxış edərək,
hər iki ölkə arasındakı
münasibətlərdə qarşılıqlı əlaqələrdən
və ətraf mühit problemlərindən
danışdı.
Sonda hər iki ölkənin nazirləri ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlığa
dair sazişə imza atdılar.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 8.