Gənclərin dostu
Fərman Rzayevi
Gədəbəydə hamı
tanıyır. Xüsusilə
gənclər bu həlim, sadə, qayğıkeş insanla daha tez-tez görüşmək,
onun nəsihətlərinə,
məsləhətlərinə qulaq asmaq istəyirlər.
Rayonda elə tədbir, mərasim yoxdur ki, Fərman müəllim orada iştirak etməsin.
Əvvəla, bu onunla əlaqədardır
ki, Fərman Rzayevin rəhbərlik etdiyi Gədəbəy avtomobil məktəbi rayonda gənclərin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Digər tərəfdən
yuxarıda qeyd etdiyimiz kimi, F.Rzayevin bütün əməli fəaliyyəti
dövlətçiliklə, ölkəmizin daxili və xarici siyasətinin uğurlu təbliği ilə bağlıdır. Hələ
90-cı illərin əvvəllərində ulu
öndər Heydər
Əliyevin fəal təbliğatçılarından olub, dahi şəxsiyyətin
həyat və fəaliyyəti ideyaları
ilə rayon gəncləri qarşısında
çıxışlar edib...
Gədəbəyə kimin yolu düşsə avtomobil məktəbinə
baş çəkməyi
unutmamalıdır. Buradakı
səliqə-sahman, hərbi dərslərin, texnikanın öyrədilməsi
üçün yaradılmış
şərait ilk andan diqqəti cəlb edir. Müxtəlif dövri mətbuatı, siyasi, hərbi və bədii ədəbiyyatı
olan kitabxanası bir çox peşəkar kitabxanalara nümunə ola bilər. Dağlar qoynunda yerləşən məktəbdə istilik sistemindən tutmuş tədris üçün
lazım olan ən müxtəlif şərait yaradılmışdır.
Avtomobillərin saxlanılması,
texnikanın yüksək
səviyyədə qorunması
və onun gənclərə öyrədilməsi
sahəsində çox
önəmli bir təcrübə qazanılmışdır.
Bütün bunlarla yanaşı
məktəbdəki Heydər
Əliyev muzeyi, milli qəhrəmanlarımızın
keçdiyi döyüş
yolunu əks etdirən, tarixi materiallarla, əşyalarla,
şəkillərlə zəngin
olan başqa bir muzeyə təkcə məktəbdə
təhsil alan gənclər deyil, rayonun digər əmək kollektivlərindən,
ümumtəhsil məktəblərindən
gələnlər də
az deyil.
Fərman müəllim
özü şeirə,
sənətə, incəsənətə
bağlı adamdır.
Təsadüfi deyil ki, o burada
tez-tez tanınmış
yazıçı və
şairlərlə görüşlər
keçirir, incəsənət
ustalarının çıxışlarına
yer ayırır, rayonun digər ağsaqqallarını dəvət
edir.
Fərman Rzayev tez-tez hərbi hissələrdə olur, çağırışçı gənclərin ordu sıralarına yola salınma mərasimlərində
iştirak edir, şəhid ailələrinə
baş çəkir,
onlara maddi və mənəvi cəhətdən dayaq olur.
Ömrünün 65-ci baharını
yaşayan Fərman Rzayev deyir:
-Sürücülük
məktəbini bitirən
gənclərə vəsiqə
verməklə vəzifə
bitmir. Onların hər biri sabahın
Vətən keşikçiləridir.
Əvvəlcə hərbi-vətənpərvərlik ruhunda
tərbiyə olunmalı,
sonra isə texnikanın sirlərinə
yiyələnməlidirlər. Bunları bir-birindən ayırmaq olmaz.
Rayon icra hakimiyyəti, şəxsən
icra hakimiyyətinin başçısı Kamran
Rzazadə hər bir işimizə, təşəbbüslərimizə dayaq olur, hərtərəfli
köməklik göstərir.
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev rayonumuzda oldu, müxtəlif obyektlərin açılışında
iştirak etdi, rayon ağsaqqalları ilə görüşdü.
Neçə gündür
hamımız bu görüşün təəssüratı
altında yaşayırıq.
Sevinirik və fəxr edirik ki, belə Prezidentimiz
var! Heç kimi, hüç nəyi yaddan çıxarmır. Artıq
son iki il
ərzində iki dəfə ucqar bir dağ rayonuna
baş çəkib.
Elə bu gəlişin özü böyük bir diqqət, qayğı deyilmi?! Biz də
gərək elə işləyək, çalışaq
ki, etimadı doğruldaq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 6.