Nəsimi rayonu
ünvanlı sosial yardım sahəsində müsbət təcrübəyə
malikdir
Azərbaycanda sosial müdafiə sahəsinin, o
cümlədən sosial yardım sisteminin dünyanın
qabaqcıl təcrübəsi əsasında təkmilləşdirilməsi,
bu sistemin əhaliyə daha yaxın bir sistem kimi qurulması və
dövlət yardımlarının
ünvanlılığının təmin edilməsi istiqamətində
atılan addımlardan biri də üç il bundan öncə
respublikamızda ünvanlı dövlət sosial
yardımı sisteminin tətbiqinə başlanması
olmuşdur.
İlk öncə bu
sistemin tətbiqi üçün qanunvericilik bazası
yaradılmış, “Ünvanlı dövlət sosial
yardımı haqqında” Qanun qəbul edilmiş və bu
qanunun tətbiqi barədə Azərbaycan Respubilkası
Prezidentinin 2005-ci il 16 noyabr tarixli Fərmanı
imzalanmışdır. Həmçinin Nazirlər Kabinetinin
müvafiq qərarı ilə yeni yardım sisteminin tətbiqi
mexanizmi üçün gərəkli olan qaydalar təsdiqlənmişdir.
Əvvəlcə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir,
Naftalan və Şirvan şəhərlərində,
2006-cı ilin may ayının 1-dən isə respublikanın
bütün ərazisində ünvanlı yardım üçün
vətəndaşlardan sənədlərin qəbuluna, həmin
ilin 1 iyulundan isə yardımların təyinatına
başlanılmışdır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi ölkədə yeni yardım
sisteminin tətbiqi kimi məsuliyyətli bir işin məhz
dövlətin siyasətinə, Prezidentin əhaliyə olan
qayğıkeşliyinə layiq səviyyədə yerinə
yetirilməsi məqsədilə ilk gündən prinsipial
mövqe tutaraq məqsədyönlü tədbirlər həyata
keçirmiş, yardım təyinatını həyata
keçirən rayon (şəhər) əhalinin sosial
müdafiəsi mərkəzləri ilə ciddi işlər
aparmışdır. Onlara müvafiq təlimatlar verilmiş və
vətəndaşları qəbul etmək üçün
normal iş şəraiti, lazımi avadanlıqlar, kompyuter
proqramı ilə təminatı işləri
görülmüşdür. Nəticədə ünvanlı
yardım sistemi qanununçuluğa, şəffaflıq, ədalətlilik,
bərabərlik, ən başlıcası isə
ünvanlılıq prinsiplərinə ciddi riayət olunmaqla
icra olunmuşdur.
Ünvanlı sosial
yardım sisteminin tətbiqi sahəsində görülən
işlərə ilk dəfə olaraq məhz ölkə rəhbəri
tərəfindən yüksək qiymət verilmişdir. Respublika
hökumətinin 2006-cı ilin yarımilliyinin nəticələrinə
həsr olunmuş müşavirəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə
ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi
işlərinə də münasibət bildirərək bu sahədə
qazanılmış ilkin təcrübəni müsbət dəyərləndirmişdir.
Həmçinin
hökumətin 2007 və 2008-ci illərə dair fəaliyyətinin
yekunlarına həsr olunmuş iclaslarda dövlət
başçısı ölkədə ünvanlı dövlət
sosial yardımı sisteminin uğurla icra olunduğunu
vurğulamışdır. Bu yüksək qiymət nazirliyin rəhbərliyini
və kollektivini sosial müdafiə işinin bütün
istiqamətlərində uğurlara
ruhlandırmışdır.
Onu da qeyd edək ki,
ölkəmizdə ehtiyac meyarının tədricən
yaşayış minimumuna yaxınlaşdırılması
dövlətin əsas məqsədlərindən biridir və
bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 25 noyabr 2008-ci il
tarixli Sərəncamına əsasən, respublikamızda
ehtiyac meyarının məbləğinin 2009-cu il yanvar
ayının 1-dən 60 manat məbləğində təsdiq
olunması qeyd olunan sahədə növbəti irəliləyişdir.
Qeyd edək ki,
2006-cı ildə ölkəmizdə ehtiyac meyarının məbləği
30 manat idi və bu məbləğ yaşayış
minimumunun 51,7 faizini təşkil edirdi. Hazırda isə ehtiyac
meyarının məbləği 60 manatdır və onun
yaşayış minimumuna nisbəti 71,4 faizdir. Ehtiyac
meyarının məbləğinin artırılması, təbii
ki, ünvanlı yardımların məbləğinin də
artması ilə müşayiət olunur.
Azərbaycan dövlətinin
ilbəil güclənən və əhalinin rifah
halının yaxşılaşdırılmasına səbəb
olan sosial siyasəti bu gün Nəsimi Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzində uğurla icra olunur. Bu məqsədlə
Prezidentimizin sosial müdafiə tədbirlərinin gücləndirilməsinə
xidmət edən bütün fərman və sərəncamları
mərkəzimiz tərəfindən yüksək səviyyədə
yerinə yetirilmiş, aztəminatlı əhali
qruplarının yaşayışının
yaxşılaşdırılması üçün məqsədyönlü
işlər görülmüşdür.
Mərkəzimizin
kollektivi bundan sonra da bütün sosial yönümlü tədbirlərdə
fəal iştirak edəcək və dövlətimizin sosial
siyasətini rayonumuzda layiqli səviyyədə icra etməyə
çalışacaq.
Natiq HEYDƏROV,
Nəsimi Rayon Əhalinin Sosial
Müdafiə Mərkəzinin direktoru
Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 6.