Azərbaycan regionun lider dövlətinə çevrilmişdir
Ümummilli liderimiz
Heydər Əliyevin işləyib hazırladığı
siyasi kurs müstəqil Azərbaycanın
hərtərəfli inkişafını
təmin etməklə
yanaşı, ölkəmizin
beynəlxalq aləmdə
xüsusi etimad qazanmasını günün
reallığına çevirmişdir.
İndi artıq rəsmi Bakı bütün beynəlxalq təşkilatların və
aparıcı ölkələrin
inandığı, etimad
göstərdiyi bir ünvana çevrilmişdir.
Bütün tribunalardan Azərbaycan həqiqətlərinin səsləndirilməsinə
zəmin yaranmışdır. Ən başlıcası isə
regionun heç bir iqtisadi layihəsi Azərbaycanın
iştirakı olmadan reallaşdırıla bilmir.
Rəsmi Bakı Avrasiya məkanında
fəaliyyət göstərən əksər beynəlxalq təşkilatların
keçirdiyi müxtəlif məzmunlu tədbirlərə ev
sahibliyi edir. Sivilizasiyalararası dialoqun dərinləşdirilməsində
müstəsna xidmətləri olan Azərbaycan eyni zamanda,
özünəməxsus milli və dini tolerantlıq nümunəsi
də yaratmışdır. Bütün bunlar ölkəmizin
beynəlxalq nüfuzunun genişlənməsinə xidmət
edən ümumi müddəalardır.
Bu məsələlər
ətrafında əhatəli
söhbət açdıqda,
“Azərbaycan regionun lider dövlətinə çevrilmişdir” – ifadəsinin
detallarına vardıqda
çox möhtəşəm
konkret faktlarla üzləşirik. Əvvəlcə
onu qeyd edək ki, Azərbaycanı
regionun lider dövlətinə çevirən
ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı
siyasi kurs, xüsusən, bu kursun ən mühüm tərkib hissələrindən olan
yeni neft strategiyasıdır. 1994-cü ilin
sentyabrında dünyanın
aparıcı neft şirkətlərinin yaratdığı
beynəlxalq konsorsiumla
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında imzalanan “Əsrin müqaviləsi” ölkəmizin
yeni nüfuzunun təməlini qoymuşdur.
Sonralar reallaşan Bakı –
Beynəlxalq aləmdə
Azərbaycana, Bakıya
məhz lazım olan səviyyədə önəm verilməsi dünyanın bütün
qütblərində açıq
və birmənalı
şəkildə etiraf
edilir. Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsi iki qitənin iqtisadi imkanlarını qovuşdurursa,
deməli, Azərbaycanın
dostları həm Şərqdə, həm də Qərbdə çoxalır. Bakı-Tbilisi-Ceyhan
neft ixrac kəmərinə Qazaxıstan
da qoşulur və öz neftini bu kəmər
vasitəsilə dünya
bazarına çıxarırsa,
bu neft Avropanın
əksər ölkələrinə
çatdırılırsa, deməli, rəsmi Bakı həm neft istehsalçısı
olan Asiya (xüsusən, Xəzəryanı
ölkələr) ölkələri
ilə, həm də neft istehlakçısı
olan Avropa dövlətləri ilə
hərtərəfli əməkdaşlığın
yeni mərhələlərini
qazanır.
Bu günlərdə
Türkiyə qəzetləri
yazırdılar ki,
SSRİ-nin çökməsindən
sonra yaranan müstəqil dövlətlər
arasında kosmosa rabitə-informasiya süni
peyki çıxaran ikinci və üçüncü ölkələr
məhz türk ölkələri olacaqdır.
Rusiya Federasiyasından
sonra Qazaxıstan, daha sonra isə
Azərbaycan bu layihəni reallaşdırmaq
üzrədir. Azərbaycanın
eyni vaxtda kosmosa iki süni
peyk çıxarmaqla
bu texniki imkanlarını region ölkələrinə
icarəyə vermək
barədə düşündüyünü
yazan ekspertlər də vardır. 2008-2013-cü
illəri əhatə
edəcək perspektiv
planlarda ölkəmizin
regionda öz liderliyini qorumasına zəmin yaradacaq xüsusi məqamlar çoxdur.
Azərbaycanın regionda lider dövlət olmasını təsdiq edən əsas məqamlardan biri son beş ildə dövlət büdcəsinin
postsovet məkanı ölkələri üçün
tamamilə əlçatmaz
bir sürətlə artmasıdır. İcmal və dövlət büdcələrinin təxminən
7 dəfə, investisiya
qoyuluşu həcminin
20 dəfədən çox,
ümumi daxili məhsul istehsalının
2002-ci ilə nisbətən
3 dəfədən çox
artması region ölkələri
üçün həqiqətən
əlçatmaz göstəricilərdir.
“UNCTAD” tərəfindən hazırlanan “Birbaşa xarici investisiyaların cəlbi indeksi reytinqi” hesabatına əsasən, ölkəmiz
hələ 2007-ci ildə
140 ölkə arasında
birinci yerə çıxmışdı. Ekspertlər
qeyd edirlər ki, 2003-cü ildən sonra Cənubi Qafqaz ölkələrinə
yönəldilmiş bütün
xarici investisiyaların
66-71 faizi Azərbaycanın
payına düşür.
Ölkənin xarici valyuta ehtiyatlarının artım
dinamikasına diqqət yetirək. Bu göstərici 2002-ci ilə
nisbətən 2008-ci ildə 5,6 dəfə
artmışdısa, 2009-cu ildə 6,7 dəfə
artacağı ehtimal edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2007-ci ildə ölkənin makroiqtisadi imkanları barədə söz açaraq demişdi: “Hazırda biz makroiqtisadi sabitliyin pozulmaması məqsədi ilə ölkə üçün vacib hesab edilən layihələrlə bağlı tələbatların ödənilməsi, əmək haqlarının və pensiyaların artırılması ilə inflyasiyanın normal çərçivədə saxlanılması arasında tarazlığı qoruyub saxlamalıyıq”. Məhz bu tarazlığın qorunub saxlanılması, vacib hesab edilən layihələrlə bağlı tələbatların ödənilməsi nəticəsində ölkədə 700 mindən çox yeni iş yeri yaradıldı (regionun heç bir ölkəsi bu göstəriciyə imza ata bilməyib), yoxsulluq həddi 49 faizdən təxminən 13 faizə endirildi (region ölkələrinin heç biri bu məzmunlu layihə və ya proqram barədə düşünmür), ümumi daxili məhsul istehsalının artım tempinə görə Azərbaycan üç il bütün dünyada öz liderliyini saxladı. Dünya Bankı ölkəmizi “ən islahatçı ölkə” adına layiq gördü, Azərbaycan Dövlət Neft Fondu beynəlxalq təşkilatların “Şəffaflıq” mükafatına layiq görüldü, cəmi bir neçə ildə respublikada 1200-dən çox məktəb binası, 4 beynəlxalq aeroport, 9 modul tipli elektrik stansiyası, onlarca Olimpiya İdman Kompleksi və Sağlamlıq Mərkəzi, çoxsaylı körpü, tunel, yol qovşağı tikilib istifadəyə verildi. Düzgün siyasi idarəetmənin və iqtisadi tənzimləmənin nəticəsi olan bu göstəricilər Azərbaycanı, sözün həqiqi mənasında, regionun lider dövlətinə çevirdi.
Qərb ekspertlərinin fikrincə, Azərbaycanı regionun lider dövlətinə çevirən digər mühüm cəhət siyasi islahatların daha mükəmməl səviyyədə aparılması, xüsusən, seçki qanunvericiliyinin və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdir. Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilmiş 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərini dünya standartlarına çatmaq üçün mühüm addım adlandırmışdılarsa, 2008-ci ilin oktyabrında keçirilən prezident seçkilərini artıq “dünya standartlarına cavab verən seçki” kimi təqdir etdilər. Bəs Azərbaycanın torpaqlarını işğal edən, beynəlxalq ictimaiyyətin kəskin təzyiqləri ilə üzləşsə də, hələ heç bir sivil addım atmağı bacarmayan Ermənistanda vəziyyət necədir? Rəsmi Yerevan ötən ilin martında keçirilmiş prezident seçkilərinin rüsvayçılıqlarından hələ də qurtara bilmir. Ölən, yaralanan, zindana atılan siyasətçilərin taleyi Ermənistan dövlətinin üzərinə növbəti bir yuyulmaz ləkə atmışdır.
Sonda bir daha qeyd edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsinin əsas səbəblərindən biri ölkənin təbii imkanlarıdırsa, digəri dövlətin sivil şəkildə idarə edilməsidir. İqtidar xalqa yaxın olduğu kimi, xalq da daim onun siyasətini və fəaliyyətini dəstəkləyir. Bu məntiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də “Rossiya” telekanalının “Formula vlasti” (“Hakimiyyət formulu”) proqramında efirə gedən müsahibəsində daha dolğun şəkildə ifadə etmişdir: “Mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır”. Belə olduqda isə respublikamız regionun lider dövlətinə çevrilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-1 mart.-S.1.