Ötən il investisiya qoyuluşunun həcmi artıb

 

Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi iqtisadi potensialı ildən-ilə güclənir. Uğurla davam etdirilən iqtisadi siyasət nəticəsində ölkəmiz dünyanın ən sürətli inkişaf tempinə malik dövlətinə çevrilib. Azərbaycana investisiya axını güclənir xarici kapital qoyuluşuna görə respublikamız Şərqi Avropa məkanında lider mövqeyini qoruyub saxlayır. Bu fikrin təsdiqi kimi ötən ilin bəzi statistik göstəricilərinə diqqət yetirək. Əvvəlcə daxili investisiyalar barədə. 2008-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7171,3 milyon manat məbləğində ya 2007-ci ilin müvafiq dövrünün səviyyəsindən 38,4 faiz çox investisiya yönəldilmişdir.

Dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatlar əsas kapitala 4374,5 milyon manat, yaxud ümumi investisiyanın 61 faizi, qeyri-dövlət müəssisələri 2796,8 milyon manat ya 39 faizi qədər sərmayə qoymuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,6 faiz artaraq 4544,7 milyon manat olmuşdur. İstehsal təyinatlı obyektlərin tikintisində 1804,9 milyon manatlıq investisiyadan istifadə edilmişdir.

Ölkənin maliyyə imkanlarının artması nəticəsində reallaşdırılmış ümumi investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir. Belə ki, göstərilən dövrdə əsas kapitala yönəldilmiş vəsaitin 73,9 faizini daxili investisiyalar, 26,1 faizini isə xarici investisiyalar təşkil etmişdir. Daxili investisiya 2007-ci ilin müvafiq dövrünün (yanvar-oktyabr) səviyyəsini 75,4 faiz üstələmişdir. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 79,8 faizi dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatların, 20,2 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Ötən il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4326,3 milyon manat vəsait nəzərdə tutulmuşdu. On ay ərzində bu vəsaitin 63,7 faizindən istifadə edilmişdir. Xatırladaq ki, istifadə olunmuş investisiyanın dörddə üç hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil etmişdir.

Onu da deyək ki , əsas kapitala yönəldilmiş ümumi investisiyanın 4867,7 milyon manatı (67,9 faizi) qeyri-neft bölməsinin, 2303,6 milyon manatı (32,1 faizi) neft bölməsinin inkişafında istifadə edilmişdir. 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 94,2 faiz yüksək olmuşdur.

Ötən il Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar Qusar rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhərində illik gücü 7 min ton olan pambıq emalı fabriki, “Nəsimi” metro stansiyası, Zaqatala Lənkəran rayonlarında hava limanı, Şamaxı şəhərində məişət soyuducuları istehsalı müəssisəsi, habelə Bərdə, Qazax, Sabirabad, Kürdəmir, Qəbələ digər rayonlarda müxtəlif təyinatlı zavodlar işə salınmışdır. Bundan başqa, ölkənin ayrı-ayrı bölgələrində 206,2 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti 81,8 min nömrəlik avtomat-telefon stansiyaları, ümumi sahəsi 1124,5 kvadratmetr olan yeni yaşayış evləri, 17778 şagird yerlik ümumtəhsil məktəbləri, 197 çarpayılıq xəstəxana, növbədə 628 nəfəri qəbul edən ambulatoriya-poliklinika, 1720 yerlik məktəbəqədər uşaq müəssisələri istifadəyə verilmişdir.

Ötən il xarici ölkələr beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 93,9 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya Respublikası Almaniya investorlarına məxsusdur.

Azərbaycanda investisiya qoyuluşunun artmasının bir səbəbi maliyyə bazarının təkmilləşdirilməsinə daim diqqət yetirilməsilə bağlıdır. Belə ki, ölkədə əsas diqqət maddi resursların adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: “...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr — fabriklər, emal müəssisələri yaradılır...”.

Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulması da güclənmişdir. Məsələn, 2003-cü ilə nisbətən ötən il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşuna 20 dəfədən çox vəsait yönəldilmişdir. Bu artım hesabına ölkəmizin prioritet sosialyönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.

İnvestisiya layihələrindən danışarkən diqqəti bir məqama da yönəldək. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən düşünülmüş siyasətinin məntiqi nəticəsi olan qlobal enerji layihələri ötən beş ildə uğurla həyata keçirilmişdir. Dövlət başçısı 2003-cü ildə xalqın etimadı ilə prezident seçiləndən sonra isə bu layihələrin sırasına BakıTbilisiQars dəmir yolu layihəsi daxil edildi. Artıq bu mühüm, beynəlxalq səviyyəli nəqliyyat infrastruktur layihəsinin reallaşdırılmasına başlanılıb. Bu da heç şübhəsiz ki, uzun müzakirələrin, xüsusilə ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur. Bununla əlaqədar Prezident İlham Əliyevin dedikləri xüsusi maraq doğurur: “...Bu da layihə kimi qala bilərdi. Əgər tədbirlər görülməsəydi, maliyyə məsələləri həll olunmasaydı, BakıTbilisiCeyhan, BakıTbilisiƏrzurum neft-qaz kəmərlərindən əldə edilmiş gəlirlər gəlməsəydi, biz 200 milyon dollardan çox krediti necə verə bilərdik? Heç vaxt! Nəyin hesabına verə bilmişik? Bax, bu layihələrin icrası nəticəsində! Bax, bu layihələr, neft-qaz layihələri başqa layihələrin icrasına gətirib çıxarıb, Azərbaycanın müstəqilliyini möhkəmləndiribdir. BakıTbilisiQars dəmir yolu o layihələrdəndir ki, Azərbaycanın uzunmüddətli iqtisadi siyasi maraqlarını təmin edəcəkdir. Mən çox şadam ki, layihə icra olunmağa başlamışdır şübhə etmirəm ki, biz bunun tikintisinə vaxtında nail olacağıq...”.

Bütün bunlarla yanaşı, ötən müddətdə ölkə daxilində nəhəng infrastruktur layihələrinin reallaşdırılmasına başlanılmışdır. Bakını təmiz su ilə təchiz edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hazırda uğurla aparılır bu il istismara verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Samur-Abşeron su kanalının, Taxtakörpü su anbarının inşası davam etdirilir. Son beş ildə Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran hava limanları istifadəyə verilmişdir. Hazırda Bakını üç sərhədlə birləşdirən yollar beynəlxalq standartlara uyğun qurulur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-1 mart.-S.1.