Hər birimiz sözdə deyil, əməldə vətəndaş olmalıyıq

 

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı bağlar diyarı Ordubaddan Bakıya üz tutanda gənc Rzaqulunun cəmi 19 yaşı vardı. 1948-ci il idi. İkinci Dünya müharibəsinin bitməsindən üç il keçməsinə baxmayaraq, hələ də vəziyyət ağır idi, kənd təsərrüfatında işləməyə çoxlu işçi qüvvəsi tələb olunurdu. Amma Rzaqulunu yalnız təhsilini davam etdirmək düşündürürdü. Bu qərar onu Bakıya aparırdı və bəlkə də onda Rzaqulunun ağlına da gəlmirdi ki, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafında xidmətləri olacaq bir alimin elm yolunda ilk səfəridir. Bu səfər onu birdəfəlik Bakı ilə, neft-kimya sənayemizlə bağladı, bu sahədə biliyini, bacarığını əsirgəmədi.

Sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) verdi, qəbul olundu. Tələbə Rzaqulu Ağasıyev dərslərində ciddi çalışsa da işləməyə də ehtiyac duyurdu. Odur ki, tədris vaxtı 44 nömrəli orta məktəbin fizika-kimya laboratoriyasında laborant, yay tətilində isə Stalin adına neftayırma zavodunda (indiki Bakı Neft Emalı Zavodunda) operator köməkçisi kimi işləyirdi. Burada özünü çox bacarıqlı göstərirdi. Odur ki, 1953-cü ildə təhsilini bitirən kimi onu bu zavoda operator köməkçisi vəzifəsinə işə qəbul etdilər.

R.Ağasıyev yeddi il burada çalışdı, operator köməkçisindən sex rəisi vəzifəsinədək yüksəldi. Bu müddətdə sexdə yeni istehsal proseslərinin mənimsənilməsindəqudronun propanla asfaltsızlaşdırılması vasitəsi ilə porovoz sürtkü yağının (vaporun), yağ aşqarlarının alınmasına sürtkü yağları distilatlarının hesabına təmirlərarası müddətin 2 aydan 7 ayadək uzadılmasına nail oldu. Məhz bu işlərinə görə 1960- ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı iləRespublikanın əməkdar səmərələşdiricisimedalı ilə təltif edildi.

Elə həmin il Sumqayıt Neft-Kimya Kombinatına (indikiOrqsintezzavoduna) direktor təyin olunan R.Ağasıyev düz doqquz il bu müəssisəyə rəhbərlik etdi. Təbii ki, yenə yenilikçiliyindən, axtarışlarından qalmadı. Etilen, polietilen, etilxloridin, enoksid qətranı digər istehsal proseslərinin səmərəli metodlarla aparılmasına, eyni zamanda zavod təsərrüfat obyektlərinin tikintisinə istismara buraxılmasına rəhbərlik etdi, neft-kimya sənayesinin inkişafında müstəsna xidmətlər göstərdi. Məhz bunun nəticəsində əməyi yüksək qiymətləndirildi, 1967-ci ildəQırmızı Əmək Bayrağıordeni ilə təltif edildi. İki il sonra R.Ağasıyevi Azərbaycan Respublikası Elmlər Akademiyasına dəvət etdilər 1978-ci ilə qədər Aşqarlar Kimyası İnstitutunda direktorun elmi işlər üzrə müavini işlədi.

İndi R.Ağasıyev üçün elmi işlə məşğul olmaq üçün geniş imkanlar açıldı. 1970-ci ildə elmi işini müdafiə edib, kimya elmləri namizədi oldu. Bundan sonra aşqarların yağ kompozisiyalarının ixtirasında böyük xidmətləri oldu, 7 müəllif şəhadətnaməsi aldı. Bunlarla yanaşı həmin illər R.Ağasıyev iki monoqrafiyasını bitirib çap etdirdi.

1978-ci ildən Azərbaycan Dövlət Neftayırma Neft-Kimyası müəssisələrinin Layihələşdirmə İnstitutuna (indikiAzqiproneftexim”) direktor təyin olunan R.Ağasıyev burada yüksək mənəvi-psixoloji mühit yaratmağa nail oldu. Odur ki, işin keyfiyyəti yüksəldi. Əməkdaşlar üçün yüksək şəraiti yaradıldı. Hesablayıcı mərkəz üçün xüsusi bina inşa olundu ilk dəfə olaraq burada ES-1035 markalı hesablayıcı maşın işə salındı. Məhz bunların nəticəsidir ki, R.Ağasıyev yenidən Azərbaycan Respublikası Ali SovetininFəxri fərmanı ilə təltif edildi.

Həmin illərdə R.Ağasıyevin rəhbərliyi altında burada çalışanlar, yetirmələri deyirlər ki, Rzaqulu müəllim institutda çox böyük yeniliklər etdi, yaxşı şəraiti yaratdı, gənc mütəxəssislərin inkişafı üçün hər cür diqqət qayğı göstərdi. R.Ağasıyev qurğuların layihələşdirilməsində, inşasında şəxsən iştirak edir ya birbaşa nəzarət edirdi. Məsələn, Bakı Neft Emalı Zavodunda neftin ilk emalı qurğularının (ELOU-AVTG 2 ədəd 2 milyonluq ELOU-AVT2), həmçinin Heydər Əliyev adına BNE zavodunda riforminq, koks, katalitik krekinq qurğuları kompleksinin buraxılmasında şəxsən iştirak etmişdir.

O illərdən söhbət düşəndə Rzaqulu müəllim belə deyir:

Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər Azərbaycanın qızıl dövrü idi. Elmimizin hamisi idi ulu öndər. Həmin illər Elmlər Akademiyasında çox böyük inkişaf oldu. Alimlərə qayğı artdı. Yeni istehsal müəssisələri yaradıldı. Neft sənayesinin inkişafı üçün çox böyük işlər görüldü. Həm insanlara qayğı artdı. Yeni yaşayış massivləri salındı. İnsanları qurmaq, yaratmaq, elmi kəşflər etmək, ixtiralar düşündürürdü. Odur ki, həmin illərdə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçdi. Təəssüflər ki, ulu öndər Kremldə yüksək dövlət postundan məcburi istefaya gedəndən sonra Azərbaycana münasibət kəskin şəkildə dəyişdi. Elə respublikamızın o zamankı rəhbərliyində hər şeyə bir laqeydlik, ögeylik yarandı. Tədricən bunlar dağıdıcı bir xarakter aldı. Yaxşı ki, 1993-cü ildə xalq müdriklik göstərərək böyük siyasi xadim Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə gətirdi. Ölkənin nizamı bərpa olundu, ulu öndər vaxtı ilə başladığı işləri davam etdirdi, yeni, özü çoxşaxəli inkişaf dövrü başlandı.

R.Ağasıyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında tanınmış mütəxəssis olub. Volqoqrad, Türkmənbaşı, Fərqanə, Çimkənd, Səydi neftayırma zavodlarının layihələşdirilməsinə rəhbərlik, Çimkənd Səydi zavodlarının tikilib istifadəyə verilməsində isə iştirak edib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonrakı illəri Rzaqulu müəllim ömrünün mənalı dövrü adlandırır. Deyir ki, Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın yeni neft strategiyasının inkişafında az-çox mənim payım oldu. Bununla fəxr edirəm.

Rzaqulu müəllim 1997-2003-cü illərdə xarici şirkətlərlə birlikdə respublikamızın neft emalı müəssisələrinin modernləşdirilməsi layihəsinin hazırlanması ilə əlaqədar aparılan müzakirələrə rəhbərlik etmiş, bu işin yüksək səviyyədə, səmərəli olmasına çalışmışdır. Bu məsələ ilə əlaqədar Beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmiş, məruzə çıxışlar etmişdir. Odur ki, onu elmi fəaliyyətinə görə Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü seçmişlər.

Azqiproneftexim” 2003-cü ildəDənizneftqazlayihənin (indikiNeftqazlayihə İnstitutu) tərkibinə daxil oldu. R.Ağasıyev direktorun neft-kimya sahəsi üzrə müavini təyin edildi, 2008-ci ilin sonunadək burada çalışdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il 18 sentyabr tarixli sərəncamı ilə Prezident təqaüdçüsüyəm, – Rzaqulu müəllim söhbətini davam etdirir. – Çox böyük qayğıdır, yüksək diqqətdir. Səksən yaşım var. Kəşməkəşli həyatın çox üzünü görmüşəm, çox rəhbərlər tanımışam. Heydər Əliyev heç kimə bənzəmədi, o dahi idi. İndi cənab İlham Əliyev bu böyük siyasəti davam etdirir. Ölkə başçısının məni belə bir ada layiq görməsini 60 illik əməyimə verilən yüksək qiymət kimi qiymətləndirirəm. İndi elmin, təhsilin, alimin, əməkçinin hamisi var, qayğıkeşi var, dayağı var. Bircə qalır vicdanla işləmək, bu xalqa, dövlətə sədaqətlə xidmət göstərmək. Hər zəhmətin öz qiyməti var, mütləq olacaq. Çünki Heydər Əliyevin Azərbaycanında hər kəsi əməyinə görə, xalqa xidmətinə görə qiymətləndirirlər. İndi Azərbaycanın yaşamalı, işləməli dövrüdür. İnanıram ki, bu, həmişəlik olacaq.

Rzaqulu müəllimin səksən yaşı olmasına baxmayaraq yenə çalışır, araşdırmalar aparır, gənc həmkarlarına məsləhətlər verir. Deyir ki, Azərbaycanın daha qüdrətli, daha firavan dövranı hələ qabaqdadır. Bunun üçün hər kəs sözdə deyil, əməldə vətəndaş olmalıdır.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-1 mart.-S.7.