“Bank Standard”ın “Premier” əmanəti: fərqli münasibət, xüsusi xidmət
Vətəndaşların sərbəst
vəsaitlərinin cəlb
edilməsi istiqamətində
Azərbaycan bankları
arasında rəqabət
getdikcə güclənir.
Əhalidən yeni vəsaitlər cəlb etmək üçün banklar təklif etdikləri depozit məhsullarının şərtlərini
daha cəlbedici etmək, xidmətin keyfiyyətini yüksəltmək,
nəhayət, müxtəlif
təşviqedici kampaniyalar
keçirməklə mövcud
və potensial müştərilərin diqqətini
cəlb etməyə çalışırlar. Ölkənin
özəl bank sektorunun
lideri “Bank Standard” son zamanlar
bu istiqamətdə atdığı addımları
ilə seçilir. Ötən ilin sonundan etibarən təqdim olunan yeni “Premier” əmanəti bankın depozit portfelinin inkişafına yönəldilmiş tədbirlərin
əsas tərkib hissəsidir. “Premier” depozitinin
şərtləri və
fərqləndirici xüsusiyyətləri
haqqında “Bank Standard”ın
idarə heyətinin sədri Səlim Kriman “Xalq qəzeti”nin
suallarına cavab verir:
– Əvvəlcə
“Premier” depoziti haqqında
ümumi məlumat verməyiniz xahiş olunur.
– “Premier” depoziti
“Bank Standard”ın depozit
məhsulları arasında
həm faiz dərəcələri, həm
də digər şərtləri ilə fərqlənir. Bu əmanət
3 aydan 3 ilədək yerləşdirilə bilər.
Faiz dərəcələri
isə valyuta növündən, habelə
müştərinin seçdiyi
müqavilə müddətindən
asılı olaraq
16,5%- dək dəyişir.
Müxtəlif banklar tərəfindən yerli maliyyə bazarında təklif olunan depozit məhsullarının
faiz dərəcələri
ilə müqayisədə
bu, həqiqətən
yüksək və müştəri üçün
çox sərfəli
faiz dərəcəsidir.
Bundan bəhs edərkən həm də “Bank Standard”ın nüfuzu və etibarı kimi mühüm amili unutmaq olmaz.
“Premier” əmanət
hesabı Azərbaycan
manatı, ABŞ dolları
və Avro valyutalarında
açıla bilər.
“Premier” hesabı bu valyutalardan birindən azı 10 000 şərti vahid məbləğı
ilə açılır.
Faiz gəliri hər ay müştərinin
seçimindən asılı
olaraq ona ödənilə, ya da əsas məbləğin
üstünə əlavə
edilə bilər. Bank
dilində buna “kapitallaşdırma”, xalq dilində isə bəzən “faizə faiz” deyirlər.
Bunlarla yanaşı
“Premier”in digər depozitlərdə olmayan elə xüsusiyyətləri
var ki, “azaldılmaz qalıq” bunların başlıcasıdır.
Söhbət müqavilə
müddəti ərzində
hesabda qorunub saxlanması vacib olan minimal qalıqdan gedir. İlk baxışda məhdudiyyət
kimi gözə görünən bu şərt əslində hesab sahibinə əla imkanlar və geniş fəaliyyət azadlığı
verir. “Premier” sahibi azaldılmaz qalığı
qoruyub saxlamaq şərtilə istədiyi
vaxt hesabdan istədiyi məbləğdə
pul vəsaiti götürə bilər.
Mühüm cəhət
ondan ibarətdir ki, hesabda o ana
qədər yığılmış
faiz gəliri toxunulmaz qalır. Digər tərəfdən
isə, müştəri
istədiyi vaxt
“Premier” hesabına pul
artıra bilər.
Buna heç bir məhdudiyyət qoyulmur.
– Bu barədə
bir az ətraflı
danışa bilərsinizmi?
– Ən yaxşısı bir misalla onu təhlil
edək. Tutaq ki, sizin 70 000 manat məbləğində
pul vəsaitiniz var. Siz bu vəsaitlə
“Premier” depoziti açmaq
istəyirsiniz. Əvvəlcə
müqavilə müddətini
seçməlisiniz. Deyək
ki, məlum səbəblərdən sizi
qane edən 18 aylıq müddətdir. Adətən faiz gəlirini müəyyən
etmək üçün
bu kifayət edir. Amma “Premier” depozitini açmaq üçün əlavə
olaraq sizə uyğun olan “azaldılmaz qalıq” seçməlisiniz, 10 min, ya
da 50 min manat məbləğində. Müvafiq
olaraq hesabınızın
faiz gəliri 13,5, ya da 14,5% təşkil
edəcək. Burada hər şey aydındır: daha yüksək azaldılmaz qalıq daha yüksək gəlir gətirir. Bundan əlavə, əgər müştəri qoyduğu
məbləği və
ona hesablanan faizləri 3 il ərzində hesabda saxlasa, onda aylıq
kapitallaşma ilə onun illik faiz
gəliri əmanət
müddətinin sonuna
21,17% təşkil edəcək.
– Azaldılmaz
qalıq nə kimi üstünlüklər
verir?
– Təhlil
etdiyimiz misalda hesabınızda 70 min manat
vəsait var. 10 min manatlıq
azaldılmaz qalıq
o deməkdir ki, hesabınızda bu məbləği mühafizə
etmək şərtilə
siz qalan 60 min manatı istədiyiniz vaxt hesabdan götürə
bilərsiniz. Belə halda o vaxta qədər
faktiki olaraq yığılmış faiz
gəliri sizə qalır və “Bank
Standard” sizin hesabınıza
qarşı heç bir cərimə sanksiyası tətbiq etmir. Bu isə çox böyük sərbəstlik deməkdir.
Azaldılmaz qalıq məbləğini 50 min manat
həddində müəyyən
etdikdə siz daha az miqdarda
məbləği hesabdan
cəriməsiz götürmək
imkanı müqabilində
daha yüksək faiz gəliri əldə edirsiniz. Seçim sizindir!
– “Premier” depoziti
yüksək gəlirli
insanlar üçündürmü?
– “Orta və yüksək gəlirli” desək daha doğru olar. Üstəlik, bu məhsulun bir də regionlar
üçün nəzərdə
tutulmuş növü
var. Bakıda regionlara
nisbətən gəlir
səviyyəsinin daha
yüksək olduğunu
nəzərə alaraq
ölkənin digər
şəhərlərində “Premier” məhsulunun limitini 5 min şərti vahid kimi müəyyənləşdirib
azaldılmaz qalıqları
müvafiq olaraq 5 və 25 min şərti vahid səviyyəsinə endirmişik. Faiz dərəcələri isə
dəyişməz qalır.
– Bu yaxınlarda
“Premier” sahibləri üçün
şəxsi menecerin ayrılması barədə
elan edilib.
– Bu müştəri
xidmətlərini təkmilləşdirmək
və onun keyfiyyətini artırmaq üçün “Bank Standard” tərəfindən
atılmış bir addımdır. “Premier” depozitini
seçməyimiz isə
heç də təsadüfi deyil.
“Premier” depoziti fərqli
olmaq istəyən, fərdi xidmət arzusunda olan müştərilər üçün
nəzərdə tutulub.
“Premier” sahibləri
şəxsi menecer tərəfindən ayrılmış
xüsusi bölmədə
növbədənkənar qəbul
edilirlər. Müştərilər
öz şəxsi menecerləri ilə istənilən vaxt mobil telefonla əlaqə qurub tələblərini çatdıra
bilərlər. Eyni zamanda, şəxsi menecerlər “Premier” sahiblərinə
onların diqqətini
cəlb edə biləcək bütün
məlumatları çatdıracaqlar.
Hələlik şəxsi
menecer xidməti yalnız baş ofisdə göstərilir.
Yaxın gələcəkdə
bu xidmət müxtəlif filiallarda da göstəriləcək.
– “Premier” depoziti
öz sahiblərinə
daha nə vəd edir?
– “Premier” sahiblərinə
pulsuz “VISA Gold” və ya “MasterCard Gold” kartı təqdim olunur. Bundan əlavə, “Premierçi” müştərilərimiz
hesablarındakı məbləğin
80%-inə qədər həcmində
kredit xətti əldə etmək imkanına malikdirlər.
İlin sonuna kimi “Premier” depoziti sahiblərinə təqdim
olunan əlavə xidmət paketinin genişləndirilməsi planlaşdırılır.
Bu, əsasən depozit
sahiblərinə imtiyazlı
xidmət göstərilməsi
ilə bağlıdır.
Planlarımızda “Premierçi”lər
arasında uduşlu aksiyaların keçirilməsi
də var.
“Premier” depoziti
haqqında ətraflı
şəkildə həftənin
bütün günləri
24 saat xidmət göstərən zəng
mərkəzinin 497 20 90 nömrəli
telefonundan, ya da www.premier.az saytından öyrənmək
olar.
Səlim Kriman.
Xalq qəzeti.-20090.-3 mart.-S.8.