“İnter” üzərində qələbə “Bakı”nı
zirvəyə yüksəltdi
Premyer liqanın
16-cı turunda hər ikisi çempionluq arzusu ilə
yaşayan və fəxri kürsünün zirvəsinə
aparan yolda bir-birlərinə çox ciddi maneə olan
klubların əyani görüşündən sonra turnir cədvəlinin
zirvəsində lider dəyişmişdir. “Bakı”nın rəqib
meydanında “İnter”in qapısından keçirdiyi
üç xala bərabər yeganə qol (1:0) Qyoko Haciyevskinin
yetirmələrinə indiki çempionatda 12-ci qələbə
qazandırmış, Valentin Xodukinin komandası isə ilk məğlubiyyətlə
barışmalı olmuşdur.
Nəticədə finişə on tur qalmış baş rolda “Bakı”nı görürük. Ancaq onun çətinliklə qazandığı bu mövqeyi axıradək qoruya bilib-bilməyəcəyini gələcək göstərəcək. Hesabat turunda səfər görüşündə məhsuldar oyunla MOİK-ə 4:2 hesabı ilə qalib gələn “Simurq”un da qızıl medallar uğrunda mübarizədən geri çəkilmək fikrində olmaması qarşıdakı turlarda daha kəskin rəqabət vəd edir. Zaqatala klubunun “İnter”ə çatması və “Bakı”dan cəmi bir xal geri qalması onun hər cür tərifə layiq yüksək iddialarından xəbər verir.
“Neftçi”nin daha iki xal itirməsi gözlənilməz olmamışdır. Çətin günlərini yaşayan və heç cür pərəstişkarlarının gözlədiyi oyunu göstərə bilməyən paytaxt futbolçuları bu dəfə “Qəbələ”li qonaqlarının müqavimətini qıra bilməyib qolsuz heç-heçə ilə kifayətləndilər. Heç-heçələrlə isə uzağa getmək, itirilmiş şöhrəti qaytarmaq olmaz.
Turun qalan oyunları belə nəticələnmişdir: “Karvan” –“Olimpik” - 0:1, “Qarabağ” –“Standard”-0:1, “Xəzər-Lənkəran”–“Bakılı”-5:0, “Muğan”—“Turan”-2:1.
O Q H M T X
1. “Bakı”
16 12 2 2 37-6 38
2. “İnter”
16 11 4 1 31-9 37
3. “Simurq”
16 11 4 1 25-10 37
4. “Xəzər-Lənkəran”
16 10 3 3 30-12 33
5. “Qarabağ”
16 9 3 4 23-16 30
6. “Olimpik”
16 8 4 4 18-12 28
7. “Karvan”
16 8 2 6 20-14 26
8. “Standard” 16 7 2 7 14-17 23
9. “Qəbələ”
16 5 4 7 19-14 19
10. “Neftçi”
16 4 5 7 13-14 17
11. “Bakılı”
16 2 3 11 11-41 9
12. “Muğan”
16 2 2 12 11-31 8
13. MOİK 16 1 2 13 8-35 5
14. “Turan”
16 0 4 12 4-33 4
Növbəti, 17-ci turun oyunları təqvimdə martın
7-8-nə təyin edilmişdir. Bu turda liderlər üçlüyünün
iştirakı ilə
keçiriləcək “Bakı”—"Qarabağ", “Qəbələ”—"İnter" və “Simurq” - “Neftçi” görüşləri, şübhəsiz,
daha böyük maraq doğuracaq.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2009.-3 mart.-S.8.