Azərbaycan İKT sektorunda ən
surətlə inkisaf edən ölkələrdən
biridir
Bu
fakt Beynəlxalq Telekommunikasiya İttifaqı
hesabatında da yer alıb
Beynəlxalq Telekommunikasiya İttifaqı
dünyanın 154 ölkəsinin
informasiya-kommunikasiya texnologiyaları
sahəsində inkişaf
səviyyəsinin 5 illik
araşdırılmasına dair hesabat təqdim
edib. Araşdırma 2002-ci ildən 2007-ci ilədək olan dövrü əhatə edir. Hesabatda Azərbaycan, Pakistan, Səudiyyə
Ərəbistan, Çin,
Vyetnam, Lüksemburq və Rumıniya ilə yanaşı,
İKT baxımdan ən
sürətli inkişaf
edən iqtisadiyyata malik ölkələr sırasında qeyd olunub. Bu ölkələr
son 5 il ərzində
İKT sektoruna dair göstəriciləri maksimal
sürətdə artıra
biliblər. Belə ki, Azərbaycan ümumi reytinqdə 2,71
bal toplayaraq, 2002-ci ilə
dair siyahıdakı
100-cü yerdən 14 pillə
yüksələrək 86-cı mövqedə təqdim olunub. BTİ-nin hesabatında xüsusi qeyd olunub ki,
Azərbaycan 86-cı pillədə,
2002-ci ildə İKT göstəricilərinin
aşağı səviyyədə
olduğuna və beş il ərzində
bu sahə üzrə nəzərəçarpacaq
dərəcədə irəliləyiş
əldə etdiyinə
görə yer alıb.
Bundan əlavə, indeksdə 5 il ərzində
Azərbaycanda mobil rabitənin və internetin tətbiqinin dəfələrlə artması
vurğulanır. Ölkədə həyata keçirilmiş
islahatlar İKT sahəsinin
gələcək inkişafı
üçün əlverişli
şərait yaradıb.
Hesabatda həmçinin
Azərbaycan hökumətinin
İKT- ni neft sektorundan sonra iqtisadiyyatın ikinci sahəsinə çevirmək niyyəti
də qeyd olunur. “Hökumət
sahənin müasirləşdirilməsi
və bu sektorda struktur dəyişikliyi istiqamətində
bir sıra tədbirlər həyata keçirir. Azərbaycanda İKT sektoru təkcə 2007-ci ildə 170 milyon ABŞ dolları məbləğində
yerli investisiya cəlb edə bilib”.
Qeyd edək ki, indeks 11 göstəricini qlobal, regional və milli səviyyədə müqayisəli təhlil üçün vasitə
kimi istifadə oluna bilən vahid meyarda birləşdirir.
Bu göstəricilər informasiya- kommunikasiya texnologiyalarına çıxış,
onların istifadə olunması, eləcə də texnologiyalara dair praktiki biliklərlə
bağlıdır, yəni
kompyuteri olan evlərin, internet-istifadəçilərinin
sayı və kompyuter savadlılığının
səviyyəsi. İKT
sahəsində daha yüksək nailiyyətlər
əldə etmiş ölkələr Şimali
Avropa dövlətləridir.
Digər
regionlardan bu sıraya həmçinin Cənubi Koreya daxildir.
İKT-nin inkişafına
dair BTİ-nin yeni indeksinin lideri İsveçdir. İsveçdən sonra indeksdə Koreya, Danimarka, Niderland, İslandiya və Norveç yer alıblar. Sonda qeyd etmək
lazımdır ki, Azərbaycanın 154 ölkə
arasında 86-cı pillədə
yer almasına baxmayaraq, ölkədə
İKT sahəsində reallaşdırılan
proqramlar, BTİ mütəxəssislərin
verdiyi rəylər, Azərbaycanda bu sahənin artım tempinin dünya orta artım tempindən daha sürətlə irəliləməsindən
və ölkənin Beynəlxalq Telekommunikasiya
İttifaqının gələcək
reytinqində daha yüksək mövqedə
yer alması üçün bütün
şəraitin olmasından
xəbər verir. Misal üçün, son illər Azərbaycanın
İKT sahəsində orta
illik artım tempi təxminən 32–35 faiz olmuş, digər beynəlxalq qurum – Davos İqtisadi Forumun rəyinə görə isə Azərbaycan dünya ölkələri arasında
67-ci yer tutaraq MDB ölkələri sırasında
lider olmuşdur.
MÜKƏRRƏMOĞLU M.
Xalq qəzeti.-2009.-5
mart.-S.6.