Sumqayıt səhiyyəsi: 60 illik inkişaf yolu

 

Xəbər verildiyi kimi, bu il Sumqayıt şəhərinin 60 yaşı tamam olacaq. Yubileyi keçirmək üçün şəhərdə xüsusi təşkilat komitəsi yaradılıb, tədbirlər proqramı müəyyənləşdirilib. Şəhər təsərrüfatı müəssisələrinin, ayrı-ayrı sahələrin tarixi inkişaf yolu bugünü ilə bağlı çoxsaylı materiallar hazırlanır, tədbirlər keçirilir. Sumqayıtın tarixini inkişafını şəhər səhiyyə sistemini nəzərə almadan təsəvvür etmək çətindir.

Sumqayıtda səhiyyə sistemi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcud olub, 1948-ci ildən bu təsisat şəhər səhiyyə şöbəsi adı ilə fəaliyyətini davam etdirib. Ərazidə ilk tibb ocağı isə 1924-cü ildə əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş 3 saylı birləşmiş xəstəxana sayılır. Mənbələrdə sonralar Bakı şəhərinin nəzdində olan 16 saylı Sumqayıt poliklinikasının yaradıldığı göstərilir. Sumqayıt şəhər statusu alanda burada mövcüd olan səhiyyə obyektləri əsasən Kimyaçılar qəsəbəsi kimi tanınan massivdə pərakəndə halda taxta baraklarda yerləşirdi.

1950-55-ci illərdə müəssisə yaşayış evləri ilə bərabər yeni tibb ocaqları da tikilirdi. Bunlar 1 saylı şəhər xəstəxanası (indiki Təcili Tibbi Yardım Xəstəxanası), doğum evi, uşaq xəstəxanası, vərəm əleyhinə dispanser, şəhər poliklinikası (indiki səhiyyə şöbəsinin yerləşdiyi bina) olub.

Şəhərin əhalisi artdıqca səhiyyə sistemi genişləndirilib. 1967-ci ildə istifadəyə verilən 500 çarpayılıq birləşmiş xəstəxana uyğunlaşdırılmış binalarda yerləşən poliklinikaları, xidmət, müayinə müalicə obyektlərini özqanadıaltına alıb. Sonralar ayrı-ayrı tibb ocaqları yaradılaraq şəhərin müxtəlif guşələrinə səpələnib. Bunlar göz xəstəxanası, qadın məsləhətxanaları, uşaq müayinə mərkəzləri, psixonevroloji dispanser, təcili yardım stansiyası digər obyektlər idi.

Şəhərin tibb ictimaiyyəti o vaxtın həkimlərindən Şamil Muradov, Baba Məmmədov. İzzət Sadıxov başqalarının adlarını ehtiramla xatırlayır. Onlar şəhər səhiyyəsinin inkişafında böyük zəhmət sərf ediblər. Ukrayna Rusiyadan gələn mütəxəssislər kadr hazırlığında yaxından iştirak ediblər. Profilaktika əsasən zavodlarda yerləşən tibbi-sanitar hissələrində poliklinikalarda, stasionar yardım isə xəstəxanalarda həyata keçirilib.

Səksəninci illərin sonunda Sumqayıtdakı tibb ocaqlarının sayı 34-ə çatmışdı. Bəzi sənaye müəssisələrinin fəaliyyəti sonradan məhdudlaşdığı üçün beş tibbi-sanitar hissəsi bir poliklinika ləğv edilib, biri isə özəlləşdirilib. Hazırda 27 tibb müəssisəsi ilə bərabər, 13 özəl klinika, laborator müayinə, diaqnostik mərkəz, 70 özəl diş kabineti, 42 aptek fəaliyyət göstərir. Tibb müəssisələri 300 mindən çox şəhər əhalisinin, həmçinin 80 min məcburi köçkün qaçqın soydaşımızın sağlamlığını qoruyur.

Sumqayıtın səhiyyə müəssisələrində 5000-dən artıq işçi çalışır, onlardan 1215-i həkim, 2553-ü orta tibb işçisidir. Həkimlərlə komplektləşdirmə 99,8 faiz, orta tibb işçiləri ilə komplektləşdirmə isə 99,1 faizdir. Həkimlərdən 11 nəfəri tibb elmləri namizədi, 3 nəfəri əməkdar həkimdir. Tibb müəssisələrində 13 profil üzrə cərrahiyyə əməliyyatları (ildə 11-12 min) aparılır. Ambulator müəssisələrə ildə 2 milyon gəliş olur. Doğum evlərində ildə 6-7 min uşaq dünyaya gəlir. Əgər 1998-ci ildə uşaq ölümü hər min diri doğulana təxminən 30 uşaq idisə, hazırda bu rəqəm 2 dəfədən çox azalıb. Şəhərin stasionar tibb ocaqlarının çarpayı yeri 2450-dir. İldə 33-34 min xəstə stasionar müalicə alır.

Şəhər səhiyyə şöbəsinin müdiri Rauf Sadıxov:

Son illərdə, xüsusən 2003-cü ildən bütün sahələrdə olduğu kimi, Sumqayıtın səhiyyə sistemində sürətli inkişaf, maddi-texniki bazanın möhkəmləndirilməsi, xidmətin keyfiyyətcə yaxşılaşması müşahidə olunur. Həmin ilin aprelində ulu öndər Heydər Əliyevin Sumqayıta gəlişi, şəhər ictimaiyyəti ilə görüşü, verdiyi tövsiyə tapşırıqlardan sonra qısa müddətdə həyatımızda müsbət dəyişikliklər baş verdi. Şəhər rəhbərliyində edilən dəyişiklikVaqif Əliyevin icra hakimiyyətinin başçısı təyin olunması tərəqqidə təkanverici amilə çevrildi.

Beş ildə şəhərdə əhaliyə tibb xidməti xeyli təkmilləşib, tibb ocaqlarının avadanlıq, dərman preparatları ərzaqla təminatı yaxşılaşıb. Cari əsaslı təmirlər yüksək keyfiyyətlə aparılıb, islahatlar səmərə verib.

Tibb personalının peşəkarlığının artırılması, təbabətin yeniliklərinin mənimsənilməsi üçün şəhərimizdə hər il 15- dən az olmayaraq elmi-praktik konfranslar keçirilir. Təkcə ötən il iki dəfə respublika səviyyəli belə tədbir uğurla təşkil olunub. Yerli televiziyadaSağlamlıqelmi-kütləvi tibbi verilişi, eləcə Medikusqəzeti əhali arasında sanitariya maarifi işinin genişləndirilməsinə xidmət edir.

Səyyar tibbi xidmət sahəsində 2003-cü ildən əsl dönüş yaranıb. Həmin ilin may ayından etibarən şəhərin ucqar zonalarında, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə tibbi müayinələr keçirilir, ehtiyacı olan xəstələrə kömək göstərilir. Səksəndən artıq belə müayinələr zamanı 35 minədək sakinə tibbi xidmət göstərmişik. Səhiyyə ocaqlarımızda isə pullu xidmətin ləğvi müsbət nəticələr verib. Əhalinin tibb müəssisələrinə müraciətləri artıb. Çarpayıların doldurulması beş ildə 48 faizdən 65 faizə yüksəlib.

Sumqayıtda yoluxucu xəstəliklərlə mübarizənin müsbət nəticələri artmaqdadır. Bütün planlı peyvəndlər hər il 98,5,99 faiz yerinə yetirilir. Son illər şəhərdə bir sıra infeksion xəstəliklərə rast gəlinməyib. İlkin aşkarlanan vərəm xəstəliyi 8 ildə 3 dəfə azalıb.

İmtiyazlı əhali təbəqəsinin pulsuz dərmanlarla təminatı ildən-ilə yaxşılaşır. Əgər 2003-cü ildə onlara 17900 manatlıq, o cümlədən şəkərli diabet xəstələrinə 59950 manatlıq pulsuz preparatlar verilmişdisə, ötən il bu rəqəmlər 4-5 dəfə artıb.

İnişil Səhiyyə Nazirliyinin köməyi ilə təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmirinə start verilib. Artıq bu səhiyyə ocağı yenidən kollektivi qoynuna alıb, yeni avadanlıq inventar, zövq oxşayan yenidənqurma xəstəxananın tam müasir səviyyədə olmasını təmin edib. Beş ildə bütün tibb müəssisələri yetərincə kompyuterlə təchiz olunub, kompyuterləşmə işi davam edir. Tibb müəssisələri üçün beş ildə 9 USM, 6 narkoz aparatı, 2 böyük cərrahi dəst, evktrokardioqrafik, oftalmoskopik aparatlar alınıb. 2007-ci ildəAna uşaqların sağlamlığının mühafizəsi iliçərçivəsində hər iki doğum evinə narkoz aparatı, biokimyəvi immunferment analizatorlar, kardio və fetal monitorlar alınıb.

Sumqayıt şəhərinin rəhbərliyi səhiyyənin inkişafına gündəlik diqqət göstərir. Ötən il maddi-texniki baza bir qədər möhkəmlənib. Zəruri inventarla təchiz edilmiş 9 ədəd yeniMercedesmarkalı təcili yardım maşını tibb xidmətində operativliyə müsbət təsir göstərib. Hazırda uşaq xəstəxanasında əsaslı təmir davam edir. İl ərzində ayda 2 dəfə olmaqla əhali ilə 23 görüş, 11 səyyar müayinələr keçirilib.

Gənclik şəhərində özəl səhiyyə müəssisələrinin yaradılması vüsət alıb. Hazırda 13 özəl klinika, müayinə diaqnostik mərkəz s. fəaliyyət göstərir. “Realsağlamlıq klinikası, 13-cü mikrorayon ərazisində yeni stomatoloji mərkəz, “HippokratElm-istehsalat tibb müəssisəsi, “Şəfqətklinikası, “Limansağlamlıq mərkəzi, “İntermed”, “Diameddiaqnostika mərkəzləri bu gün sumqayıtlılara yüksək xidmət göstərir.

Şəhərin ağxalatlılar ordusu-şəfqət yayıcıları Sumqayıtın 60 illiyini yeni uğurlarla qarşılamaq, əhalinin sağlamlığını daha etibarlı qorumaq əzmindədirlər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-12 mart.- S.6.