Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyisikliklər xalqın iradəsinin ifadəsidir

                                                                                                                  

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsini əks etdirən ən mühüm dövlət sənədidir. Konstitusiyada dövlət quruluşu normativ hüquqi aktlar əsasında təsbit edilmiş, dövlət cəmiyyət qarşısında duran bütün məqsəd vəzifələr əsaslandırılmışdır. Bura hakimiyyətin nümayəndəli dövlət orqanları tərəfindən həyata keçirilməsi, xalqın, o cümlədən milli azlıqların hüquq bərabərliyi, demokratik hüquq azadlıqların müntəzəm olaraq genişləndirilməsi kimi prinsiplər daxildir.

 

Konstitusiya ölkədə mövcud olan qanunvericiliyin hüquqi sistemidir ali hüquqi qüvvəyə malikdir. Qanunvericiliyin bütün normativ hüquqi aktları, müəssisə, idarə təşkilatlar tərəfindən verilən hüquqi qüvvəli aktlar (əmr sərəncamlar) konstitusion normativ aktlara uyğun olmalıdır.

Qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası əvvəlki konstitusiya təcrübəsini ümumiləşdirmək yolu ilə müasir dövrün tələblərinə cavab verən yeni məzmunlu ictimai quruluşun demokratik prinsipləri əsasında xalqın təşəbbüskarlıq ruhuna uyğun olaraq tərtib edilmişdir.

Vətəndaşların mövcud hüquqi aktlara münasibəti dövlətimiz inkişafı, ictimai siyasi həyatda gedən proseslərə uyğun olaraq dəyişir təkmilləşir. Belə ki, vətəndaşlar zaman keçdikcə ictimai hadisələrə, yaxud qanunverci orqan tərəfindən qəbul edilmiş qanunlara öz münasibətini bildirir bu istiqamətdə bəzi hüquqi aktların təkmilləşməsi haqqında təkliflərlə çıxış edir. 

Faktlara müraciət edək: Məlumdur ki, hüquqi anlayışların mahiyyəti bütün ictimai siyasi sistemlərdə eyni deyildir. Cəmiyyətin hüquqi ideyaları dəyişdikcə konstitusion hüquqi aktlar da insanların iradəsinə uyğun olaraq inkişaf edir. Əsaslı inkişaf bir ictimai iqtisadi formasiyanın digəri ilə əvəz olunması şəraitində baş verir. Azərbaycanda da belə bir inkişafın şahidi olduq. Bütün bunların real nəticəsi olaraq bir çox hüquqi aktlar öz qüvvəsini itirdi. Qeyd etməliyik ki, Sovetlər dövründə valyuta əməliyyatı qaydalarını pozma, sahibkarlıq fəaliyyəti ilə məşğulolma, alveretmə kimi əməllər ictimai təhlükəli əməl hesab edildiyi halda, həmin fəaliyyət növləri hazırda mövcud olan konstitusion qanunların əsasını təşkil edir. 

Qeyd edilənlərə əsasən, keçid dövründə sosialist təsərrüfat sisteminin dağılması ilə bağlı qanunlarda sürətli keyfiyyət dəyişiklikləri baş vermişdi. Sosial nəzarətin zəifləməsi qanunçuluğun pozulmasına gətirib çıxarmışdı. Sonralar vətəndaşların hüquqi təfəkkür fəaliyyətinin nəticəsi olaraq qanunda yaranmış neqativ hallara, boşluğa, qanunçuluq rejimindən yayınma hallarına tənqidi münasibət yaranmışdır.

 Konstitusion hüquqi aktların iradəvi xassəyə malik olması onda özünü göstərir ki, hüquqi münasibətlərdən irəli gələn idraki proseslərlə iradə aktı qarşılıqlı əlaqədə olsun. Məhz yeni hüquqi aktların yaranmasının əsas şərti hüquqi təfəkkürün yaratdığı yeni ideyanı (hüquqi aktı) iradə aktı vasitəsi ilə gerçəkləşdirməkdən ibarətdir.

Materialist ideologiyaya görə, hüququn iradəvi cəhətinə hakim sinfin iradəsi kimi baxılır. Hakim sinif, eyni zamanda hüququn yaradıcısıdır. O dövrdə hüququn ümumxalq iradəsini əks etdirməsi haqqında reallıqdan uzaq olan qeydlər var idi. Əslində, ancaq siyasi hüquqi hakimiyyətə sahib olan vətəndaşlar öz hüquqlarını yarada bilərdilər. Beləliklə, sovet dövləti heç bir vaxt xalqın siyasi hakimiyyət orqanı olmamış heç vaxt xalqın iradəsini ifadə etməmişdir. Ona görə ölkədə baş verən siyasi-iqtisadi böhran 90-cı illərdə özünü göstərdi. Belə ki, məlum olduğu kimi, qanunlar işləmədi ictimai təhlükəli əməllərin sayı artdı. Bütün bunların əsas səbəblərindən biri qanunların real şəraitə uyğun gəlməməsində idi.

Hazırda xalqın iradəsini təmsil edən dövlət hakimiyyət strukturu möhkəmlənir demokratik əsaslara uyğun inkişaf etmiş qanunlar yaranır. Konstitusion hüquqların inkişafı nəticəsində, yəni onun təkmilləşməsi ilə bağlı ictimai iradə formalaşır. Vətəndaşlar cəmiyyətin aktiv həyatını təmin etməyə başlayır. Bunsuz qanunların sosial bazasını möhkəmləndirmək mümkün deyildir.

Konstitusion hüquqların təsiri altında vətəndaş özünün dövlətdə siyasi hüquqi münasibətlərin subyekti olduğunu dərk edir, öz hüquq vəzifələrini həyata keçirərkən qanun çərçivəsində fəaliyyət göstərmək imkanı qazanır. Fikrimizin təsdiqi kimi, Azərbaycan Respublikasının Konstitusiyasının bəzi maddələrinə təklif olunan əlavə dəyişikliklərin bir neçəsinə müraciət edək: “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının Referendum Aktı layihəsinin 17-ci maddəsində uşaqlarla bağlı qeyd edilir ki, valideynləri ya qəyyumları olmayan, valideyn qayğısından məhrum uşaqlar dövlətin himayəsindədir. Uşaqları onların həyatına, sağlamlığına mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşağın hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 

Konstitusiyanın 39-cu maddəsiSağlam ətraf mühitdə yaşamaq hüququadlanır. Həmin maddəyə əlavələrdə qeyd edilir ki, “Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə ya zərər vura bilməz”. “Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir”.

Referendum AktınınAzərbaycan Respublikası Prezidenti seçkilərinin əsaslarıadı altında verilmiş 101-ci maddəsində təklif edilən varianta əsasən, “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.

Doğrudan da, müharibə şəraitində prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. Ona görə ki, müharibə prezidentin əvvəlki dövrlərdəki fəaliyyəti zamanı baş verdiyi üçün o, öz siyasi hərbi qüdrətini tam qələbə çalanadək, yəni, xalqın iradəsi gerçəkləşdirilənədək müharibəni davam etdirməlidir. 

Yaxud, təsəvvür edək ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan olaraq döyüş əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirdiyi bir vaxtda başqa bir şəxs prezidentlik səlahiyyəti əldə edir. Bu səbəbdən , çox güman ki, ölkə daxilində baş verən siyasi gərginlik artacaq bunun nəticəsi olaraq sonrakı döyüş əməliyyatlarının müvəffəqiyyətinə bel bağlamaq çətindir. Ona görə inamla demək olar ki, Konstitusiyaya əlavə dəyişikliklərin əhəmiyyəti danılmazdır onların ümumxalq səsverməsində təsdiqlənəcəyinə şübhə etmirəm.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının Referendum Aktının layihəsinin tərtib edilməsi onun xalqın müzakirəsinə verilməsini vaxtında atılmış addım hesab edirəm. Konstitusiyaya edilmiş əlavə dəyişiklikləri bəyənirəm.

 

 

 Fikrət NƏBİYEV

 

Xalq qəzeti.-2009.-15 mart.-S.6.