Onu hamı sevirdi

 

Maraqlı insan idi. Onunla tanış olanlar deyirdilər ki, Hüseynağa müəllim çox zarafatçıl, insansevər, sənətinin vurğunu idi. Onu hamı sevirdi. Uşaqlar da ki, Hüseynağa müəllimin verilişlərini həsrətlə gözləyirdilər. Elə bil uşaqlıqdan aktyor olacağını duymuşdu. Gülüş doğuran baməzə hərəkətləri ilə ətrafdakıların diqqətini özünə çəkərdi.

 

Hüseynağa Sadıqov, doğrudan da, aktyor oldu. Sevildi, fəxri adlar qazandı, ən əsası isə xalqın qəlbində özünə yer qazandı. Onun filmlərinə, televiziya tamaşalarına baxanda aydın hiss edirsən ki, aktyor klassik Azərbaycan aktyor sənətindən bəhrələnib. Ancaq o yalnız öz yolu, öz üslubu olan aktyor idi. Radio verilişlərindəki işlərini orta nəsil indi xatırlayır. O vaxt uşaqların sevimlisi idi, “Xoruz baba”sı, “Piri baba”sı. Bu obrazlarla o, rayonlara səyahət edir, uşaq gənclərin könül dünyasını fəth edirdi. Küçədə onu yüzlərlə adam salamlayırdı. Hüseynağa Sadıqov 1914-cü ildə Novruz bayramı günlərində Bakının qədim məhəllələrinin birində, tacir Ələsgərin ailəsində doğulmuşdu. Hələ körpə yaşlarında o illərin dövri mətbuatında çap olunmuş şeirləri, felyetonları əzbər söyləməsi ata-anasına daha çox fərəh verirdi. Sonralar hamı ilə ünsiyyət qurmaq bacarığı bu uşağı daha da doğmalaşdırdı. Hətta, ev heyvanları ilə dostluq etdikcə ata-ana bu ünsiyyətdən sevinirdi. Çünki heyvanların balaca Hüseynağaya olan sevgisi, ünsiyyəti bənzərsiz idi. Hüseynağa hələ orta məktəbdə oxuyarkən həvəskar teatr truppalarına həvəs göstərir, özünü uzaqdan-uzağa da olsa onların oyununda hiss edirdi. Teatrdan eşidilən ecazkar səslər, rəngarəng gülüşlər gecələr ona rahatlıq vermir, yuxusunu ərşə çəkirdi. Hər dəfə tamaşa göstərilən binanın yanından keçəndə onda qəribə hisslər yaranırdı. Teatrdakı mühitin başqa olduğunu düşünürdü. Bu hisslər onu teatr texnikumuna çəkib gətirdi. Burada gənc Hüseynağanın gördükləri, eşitdikləri uşaq aləmində yaratdığı dünyadan çox-çox fərqli idi. Rza Təhmasib, Ağadadaş Qurbanov, Cəfər Cabbarlı, Aleksandr Tuqanov başqaları ilə görüşləri gənc Hüseynağanı bir növ ovsunladı. 1928-ci ildə Bakıda yaranan Fəhlə Cocuqlar Teatrı sonralar öz fəaliyyətini Gənc Tamaşaçılar Teatrı kimi genişləndirdi. Hüseynağa Sadıqov aktyor kimi meydana məhz bu səhnədən atıldı.

Sonradan bir çox sənət dostu yerlərini dəyişsə , Hüseynağa ömrünün sonunadək bu səhnəyə sadiq qaldı. Müharibənin ağır yollarından da keçdi. Cəbhədə sakitlik yaranan kimi döyüşçü dostlarının könlünü açmağa çalışırdı. Onların arasından həvəskarları seçib səhnəciklər yaradır, döyüşçülərdən kədəri uzaqlaşdırmağa çalışırdı. Əsgərlər dincələrkən Hüseynağanı axtarır, onun ağrı-acıları unutduran səhnəciklərinə tamaşa etməyə can atırdılar. O, Berlinə qədər döyüş yolu keçdi. İki dəfə ağır yaralansa da, Tanrı onu ölümdən qorudu. MüharibədənQırmızı ulduzordeni ilə geri qayıdan Hüseynağa sonralar oynadığı obrazlarda da sanki o illəri yaşayırdı. Daim gözlərinin önündən əynində boz şinel, alov içindən sinəsini qabağa gərdiyi, fırtına qoynuna girdiyi günlər kinolenti kimi keçirdi. Məhvedici dəhşətləri gözləriylə görsə belə, səhnədə olduğunu yada salanda hər şeyi unudurdu. Hüseynağa SadıqovunAzərbaycanfilmSehirli xalat”, “Səhər”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamızın babasının babası”, M.Qorki adına kinostudiyada çəkilənƏləddinin sehirli çırağıfilmlərində yaratdığı müxtəlif səpkili obrazlar da tamaşaçıların yaxşı yadındadır. Rejissorlar onun istedadını qabaqcadan duyurdular. O, həmçinin epizodik rollarda çəkilməyi sevirdi. 1974-75-ci illərdə “Alma almaya bənzərfilmi çəkilirdi. Filmdə məktəbli Kərimov rolunun ifaçısı kinorejissor Cəmil Quliyev Hüseynağa Sadıqovla ilk dəfə həmin filmin çəkilişlərində tanış olduğunu xatırlayır:

Hüseynağa müəllim çox qürurlu insan idi. Öz sənətinə hörmətlə yanaşırdı. Yadımdadır ki, bir dəfə söhbətlərinin birində: “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım döyüləndə ya telefon zəngi çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya da teatra çağırırlar. Həyatda qazanmışamsa, öz zəhmətim sayəsində olub”. Hüseynağa Sadıqov vaxtının daha çox hissəsini işə həsr edərmiş . Deyirlər, harada olurdusa, ancaq haqqında düşünürdü. Uşaq kitabları oxuyurdu, yeni tamaşalar haqqında fikirləşirdi. O, daima gah teatra, gah kinoya, gah da televiziyaya tələsirdi.

Qızı Tamella xanım xatırlayır: “Uşaq gənclərin sevimli yazıçısı Abdulla Şaiq teatr üçün yeni əsərlər yazırdı. O, atamla çox yaxın idi. Hətta elə obrazları vardı ki, məhz onun üçün yazmışdı. Atamın ölkəmizdən kənarda da çoxlu dostu vardı. O, həmişə bizi Moskvaya, Yaltaya, Sank-Peterburqa aparırdı. O, Moskvada çoxlu filmə çəkilirdi. Atama hər yerdə çox hörmət edirdilər. Evimizə çoxlu məktub gələrdi. Biz Bakıxanov küçəsində doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində yaşayırdıq. Poçtalyon hər dəfə məktubları yuxarı çıxaranda yorulub əldən düşməsindən gileylənirdi. Bu məktublar ona olan hədsiz sevginin ifadəsi idi. Atam uşaqların arzu istəkləri ilə tanış olmaq üçün həmin məktubları birər-birər oxuyurdu. Çünki bu məktublar ona verilişlərində lazım olurdu”.

Onu sənət dostları da xoş xatirələrlə yad edir. Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyeva sənət dostu ilə birgə çalışdığı dönəmi ömrünün ən unudulmaz anları sayır: “TeatrdaQaraca qız" tamaşası hazırlanırdı. Rol bölgüsündə mənə meymun obrazı tapşırıldı. Bunu eşidincə, özümü təhqir olunmuş sayaraq bərk əsəbiləşdim. Teatra gələr-gəlməz belə bir obrazın mənə həvalə olunması heysiyyatıma toxundu. Həm hündür boylu olduğumdan bu obraz mənə uyğun gəlmirdi. Adətən belə obrazları kişilərə tapşırırlar. Fikirləşirdim ki, doğrudanmı rejissor məni meymun hesab edir? Hüseynağa müəllim narazılığımı eşidib məni yanına çağırdı: “Niyə hıçqırırsan, sənə təzə rol veriblər, gərək sevinəsən”. Məni daha da ağlamaq tutdu. Dedim ki, mənə meymun rolu veriblər, məgər mən meymuna oxşayıram? Hüseynağa müəllim mənimlə ciddi məşğul oldu. Onun köməyi ilə meymun rolunu səhnə üçün hazırladım. O, hətta mənə zooparka gedib meymunların həyat tərzi ilə yaxından tanış olmağı məsləhət gördü. Mənimlə Hüseynağa müəllim o qədər məşq etdi ki, “meymunobrazım çox məşhurluq qazandı".

Onun balaca truppası vardı. Rayonlara gedəndə bir neçə nəfərlə mən qapıda durub bilet pullarını yığır, sonra da səhnəyə çıxıb oynayırdım.

Sənət dostlarının çoxuna kömək olub Hüseynağa Sadıqov. Nəinki ona ölməzlik qazandıran obrazlarda, həyatda da xeyirxah, pirani baba missiyasını şərəflə yerinə yetirib. Dünyasını dəyişəndə Hüseynağa Sadıqovun 63 yaşı vardı. Dünyasını dəyişəndən sonra nəinki evlərinə gələn məktubların arası, hətta o evə gələn ayaqlar da kəsildi. “Qapımız elə bağlandı ki, gələn vardı, gedən”-deyə Tamilla xanım ürək ağrısı ilə dillənir. Tamella xanım atasının televiziya işçiləri, jurnalistlər tərəfindən tez-tez yad olunmasından razıdır. Bircə narazılığı indiyə qədər atasının yaşadığı binaya xatirə lövhəsinin vurulmamasına görədir. Hüseynağa SadıqovKomsomol poemasıtamaşasında oynadığı Mirpaşa roluna görə Respublika Lenin komsomolu mükafatına layiq görüldü. 1956-cı ildəƏməkdar artist”, 1979-cu ildəXalq artistifəxri adlarını almış, 1983-cü il fevralın 23-də dünyasını dəyişmişdir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-14 mart.-S.8.