Pantomim Teatrında
Pantomim Teatrı “Adsız”ı təqdim etdi
“Adsız”
tamaşasına baxan hər kəs bir ad fikirləşəcək.
Bu sözləri martın 14-də Dövlət
Pantomim Teatrında “Adsız” tamaşasının
premyerasından öncə
teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə söyləyib.
B.Xanızadə
bildirib ki, əvvəlcə tamaşaya
“
Tamaşanın quruluşçu rejissoru, əməkdar
artist Nargilə Qəribovadır.
N.Qəribova “Adsız”da qadın
obrazını da oynayır. Onun tərəf-müqabili isə teatrın gənc aktyoru Elnur İsmayılovdur.
Baş rejissor deyir: “Tamaşanın əsas mövzusu, insanların günahı kənarda deyil, öz içində axtarması
ideyasına xidmət edir. Günahları kənarda axtardıqca,
baş vermiş hadisələrdə başqalarını
təqsirləndirdikcə münaqişə
daha da dərinləşir.
Tamaşada qəribə bir
məqam var, insan bu günahı,
heç olmasa, bir dəfə özünə qarşı
yönəltsə, çıxış
yolu tapmaq asan olar. Tamaşanın ideyası budur”.
“Adsız”da cərəyan
edən hadisələr
bir ailə daxilində baş verir. Bu ailə görünən və görünməyən tərəfləri
ilə cəmiyyətdə,
dünyada baş verənlərə biganə
qalmadığı kimi,
həm də öz problemləri, qayğıları ilə
normal “kiçik” dövlətlərin
görüntüsünü yaratmaq gücünə, qüvvəsinə malikdir.
Xatırladaq ki, tamaşa
martın 15-də teatrda
yenidən göstərildi.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-17
mart.-S.6.