“Dənizdən-dənizə
böyük Ermənistan” yaratmaq xülyasından əl
çəkməyən, təcavüz siyasəti yeridən
ermənilər əsrlər boyu vəhşilik,
soyqırımı törətdikləri halda özlərini
belə əməllərin qurbanı kimi qələmə verməyə
cəhd etmişlər. Eyni zamanda, onlar onilliklər boyu
müntəzəm surətdə xalqımızın tarixini
kobud surətdə saxtalaşdırmış, mədəniyyətimizi,
toponimlərimizi özününküləşdirmişlər.
Erməni millətçilərinin
məqsədyönlü soyqırımı və deportasiya
siyasəti nəticəsində azərbaycanlılar öz əzəli
torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru
itirmişlər. İyirminci əsrin sonunda isə erməni
işğalçıları Dağlıq Qarabağı və
ətraf yeddi rayonu — Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Gəbrayılı
zəbt etmişlər. Ümumiyyətlə,
soydaşlarımız dörd dəfə (1905-1907, 1918- 1920,
1948-1943, 1988-1993- cü illərdə) erməni millətçiləri
tərəfindən etnik təmizləməyə və
deportasiyaya məruz qalmışdır.
Ermənilərin
xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi
soyqırımı siyasətinin qurbanlarının sayı barədə
bir neçə kəlmə qeyd etmək yerinə düşər.
1918-ci il mart qırğını zamanı ermənilər
üç gün ərzində Bakıda 12 min azərbaycanlının
həyatına son qoymuşlar. 1918- 1920-ci illərdə
Qarabağın dağlıq və dağətəyi hissəsində
50 mindən çox soydaşımız qətlə
yetirilmişdir. Yenə də həmin dövrdə erməni cəlladları
Qubada minlərlə günahsız insanı xüsusi qəddarlıqla
məhv etmişlər. Quba məzarlığı ilə
bağlı aşkarlanmış həqiqətlər bunu deməyə
əsas verir. Bundan başqa, 1988-ci ildə erməni silahlı
birləşmələri tərəfindən Azərbaycan
torpaqlarının 20 faizi işğal edilmiş, 10 minlərlə
insan kütləvi qırğınların qurbanı
olmuş, 1 milyondan çox azərbaycanlı qasqın və məcburi
köçkünə çevrilmiş, yüzlərlə
yaşayış məntəqəsi
dağıdılmışdır.
Ermənilər hansı
dövlətin tərkibində, hansı xalqın
qonşuluğunda yaşayıblarsa, gec-tez vəziyyət
qarışan kimi onlara qarşı satqınlıq etmişlər.
Rus tarixçi alimi Viktor Semyonovun “Orta əsrlər tarixi”
kitabında (Moskva, 1975) yazıldığı kimi, XI-XIII əsrlərdə
Roma papalarının çağırışı ilə
İsa peyğəmbərin qəbrinin xilası bəhanəsi
ilə türklərə qarşı səlib (xaç)
yürüşünə bələdçilik edənlər,
yol göstərənlər məhz ermənilər
olmuşlar.
XVII əsrin
axırlarında ermənilər əvvəlcə Avstriya
imperatoruna, 1701-ci ilin iyunun 30-da isə I Pyotra müraciət
edirlər ki, gəlin, bizim bələdçiliyimizlə,
köməyimizlə müsəlman Osmanlı
imperiyasını və Səfəvilər dövlətini
dağıdaq, yerində sizin siyasətə uyğun xristian
erməni dövləti quraq. I Pyotr erməni tacirlərini, kilsə
nümayəndələrini dinlədikdən sonra söz verir
ki, Xəzər dənizi sahilində Azərbaycan
torpağını işğal edib yerində erməni
dövləti yaradacaq. Beləliklə, 1724-cü ildə I
Pyotr ermənilərin Rusiya ərazilərinə
köçürülməsinə dair fərman imzalayır. Məhz
bundan sonra ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsinə başlanılır.
1795-96-cı illərdə
general (qraf) Valerian Zubov Dəmirqapı Dərbəndə
hücum edir və itki verərək geri çəkilir. Nəhayət,
erməni Arakelin casusluğu ilə arxiyepiskop İosifin
planı ilə Dərbənd zəbt edilir. Bundan sonra İosif
Zaqafqaziyada, o cümlədən Qarabağda yaşayan
bütün ermənilərə yazır ki, Rusiya Persiyaya
(İrana) daxil oldu, bizi müsəlman zülmündən xilas
edəcəklər, onlara hər vasitə ilə kömək
edin. Bu məktub Zaqafqaziya xalqları arasında böyük həyəcana
səbəb olur. Ermənilər isə “Böyük Ermənistan”
yaratmaq xülyasına düşürlər.
Erməni generalı
Suren Kişmişevin yazdığına görə, Tiflis məlikləri
erməni Məcnun və Abo Ağa Məhəmməd Şah
Qacara 1795-ci ildə casusluq və bələdçilik edərək
bu şəhəri darmadağın etdirdilər.
Gürcülər deyirlər
ki, erməni gəldi, bəla gəldi. 150 il ərzində Azərbaycana
köçüb gələn ermənilərin
başımıza gətirdiyi bəlalar gürcü
xalqının bu atalar sözünün həqiqət
olduğunu təsdiq etdi. Ermənilər təkcə XX əsrdə
100-dən çox terror hadisəsi törətmişlər. Bəzilərini
oxucuların diqqətinə çatdırmaq yerinə
düşər.
İlk erməni ailələri
1515-ci ildən başlayaraq Suriyadan və İraqdan İrəvan
xanlığına və Eçmiədzinə
köçürülmüşdür. 1519-cu ildə İrəvanın
bəylərbəyi Rəvanqulu xan Şah İsmayıl Xətaiyə
yazmışdır: “...Bütün əmrləriniz ədalətlidir
və tabeyəm... Əziz şahım, kilsə bu yerlərə
xətakar erməniləri yerləşdirir. Bu, gələcəkdə
xalqımıza təhlükə yarada bilər...”. Bu
xalqın qorxaqlığını və
azsaylığını nəzərə alan Şah
İsmayıl Xətai təəssüf ki, məktuba laqeyd yanaşır
və münasibət bildirmir. İrəvanın
abadlaşmasında böyük xidməti olan Rəvanqulu
xanın proqnozu 350 il sonra özünü doğrultdu...
1921-ci ilin martın 15-də
Almaniyada təhsil alan tələbə Soqoman Teyleryan Türkiyənin
daxili işlər naziri Tələt Paşanı güllələdi.
Məhkəmə prosesi cəmi 3 gün davam etdi. Erməni
terrorçu təşkilatlarının maliyyə dəstəyi
ilə məhkəmə son dərəcə ədalətsiz qərardad
çıxardı: “...S.Teyleryan 1915-ci ildə Türkiyədə
erməni qırğınının təsiri altında
olduğundan bu hərəkəti (aktı) törətmişdir,
ona görə günahkar deyildir” (“Exo” qəzeti, 19 mart
2003-cü il).
1921-ci il iyulun 21-də
İstanbulda erməni tələbə A.Tolokyan Azərbaycan
Demokratik Respublikasının keçmiş daxili işlər
naziri Beybut xan Cavanşiri öldürdü. Erməni terror təşkilatlarının
maliyyə dəstəyi ilə ingilis məhkəməsi bu dəfə
də oxşar qərardad çıxardı:
...Tolokyan 1918-ci ildə
Bakıda baş verən qırğınların təsiri
altında olduğundan bu hərəkəti etmişdir, həmin
səbəbdən o, günahkar deyildir”. Halbuki 1918-ci ildə
Bakıda təkcə mart ayında Stepan Şaumyanın
başçılığı ilə silahlı rus-erməni
qoşunları tərəfindən “əksinqilabçı”
damğası altında 17 min 683 müsəlman
öldürülmüşdür.
1905-ci ilin noyabrın
21-də “Daşnaksütyun” terror təşkilatı
Gürcüstan tarixində dəhşətli hadisə törətdi.
Qırğının şahidləri yazırdılar ki, erməni
quldurları minlərlə xristian və müsəlmanı məhv
edərək, şəhərin bir neçə məhəlləsini
boşaltdılar. Məqsəd erməniləri burada yerləşdirmək
idi. Qocaya, qadına, uşağa rəhm etmədilər. Ermənilərin
bu vəhşiliyindən dəhşətə gələn
gürcü ziyalıları, xüsusilə, böyük
mütəfəkkir şair İlya Çavçavadze
yazırdı: “Bizi məyus edən odur ki, özlərini
gürcülərdən yüksək tutan erməni
quldurları maddi və mənəvi
varlığımızı yox edərək, bizə qəbir
göstərirlər, sanki, bizim yoxluğumuz onların xoşbəxt
həyatını təmin edəcək.
rmənilərin həqiqi
sifətini, xarakterini dünyaya göstərməyin vaxtı
çatmışdır. Qara qarğanın harada
qarıldadığını, ”başımıza haradan
daş töküldüyünü" dəqiq bilərək
əks tədbir görmək vaxtı
çatmışdır. Ayılmaq, kələkbazlara,
qorxaqlara, yalan, iftira danışanlara, daşqəlblilərə,
qəddarlara layiq olduqları cəzanı vermək vaxtı
çatmışdır".
Türkiyədə də
buna oxşar hadisələr baş verdi. Burada ermənilər
2 milyondan çox insan qırdılar, amma onlar bu hadisəni
dünyaya “erməni soyqırımı” kimi təqdim etdilər.
Yaşadıqları
dövlətlərdə qarışıqlıq olduğu
zaman ermənilər soyğunçuluq, quldurluq məqsədilə
fəallaşırlar... 1914-cü ilin yayında I Dünya
müharibəsi başlayandan az sonra, necə deyərlər, təpədən-dırnağacan
silahlanmış ermənilər Türkiyənin bir çox
şəhər və kəndlərində kütləvi
qırğın törətdilər. Amerikalı tarixçi
alim C.Stenford “Osmanlı imperiyasının tarixi” kitabında
yazır ki, I Dünya müharibəsi dövrü Türkiyə
ərazisində çox dəhşətli döyüşlər
getmişdir. Silahlı ermənilər Trabzon, Ərzurum, Ərzincan,
Van və Bitlisdə yaşayan 3,3 milyon müsəlmana
hücum edib qətliam törətdilər. Bu
qırğında az sayda insan qaçıb canını
qurtardı... Müharibədən sonra bu yerlərdə cəmi
600 min əhali sağ qalmışdı.
...Ermənilər
kürd kəndlərinə də hücum edərək
kütləvi qırğın törətmişlər. Dəhşətli
qırğına “Daşnaksütyun” terror təşkilatının
üzvü “Atom” ləqəbli Arutyun Şaxrikyan rəhbərlik
etmişdir. Bu hadisədən az sonra yenə də həyasızcasına
bütün dünyaya yaydılar ki, yazıq erməniləri
vəhşi türklər qırdılar, amandır,
qoymayın...
Ermənilərin məkri,
riyakarlığı bütün dövrlərdə
özünü qabarıq büruzə vermişdir.Bununla
bağlı bir məqama diqqət yetirək. Xocalıda həlak
olmuş azərbaycanlı uşaqların şəklini lentə
alıb düyaya göstərdilər ki, azərbaycanlılar
Qarabağda erməniləri belə qırırlar. Bundan əlavə,
1918-ci ildə Şaumyan və Lalayanın rəhbərliyi ilə
Qubada vəhşicəsinə məhv etdikləri müsəlmanların
meyitlərinin də şəklini çəkib Ermənistanda
muzeydə nümayiş etdirirlər: görün, “əzabkeş”
ermənilərin taleyi necə də acınacaqlıdır... İndi
çalış ki, belə riyakarlığı, yalanı təkzib
edəsən, həqiqəti üzə çıxarasan!
...Ötən ilin
noyabrında Tərtər fermerləri şikayət edirdilər
ki, ermənilərin işğalında olan Sərsəng su
anbarına ermənilər nə atıblarsa, su çox
bulanıq və iyli gəlir. Bu su nə içilməyə,
nə də suvarmaya yarayır... Fermerlər bilməlidirlər
ki, suyu bulandırmaq ermənilərin xəstəliyidir, burada
təəccüblü heç nə yoxdur. Tarixi faktlara
istinadən xatırladım ki, ermənilər hələ
1860-70-ci illərdə Yelizavetopol (Gəncə)
quberniyasının Tərtər kəndində yaşayan
rusları oradan qovmaq üçün yuxarıdan çaya mal
peyini, it leşi tökərək suyu, belə demək
mümkünsə, özləri kimi murdarlayırdılar
(R.Mustafayev, “Prestuplenie armyanskix terroristiçeskix i banditskix
formirovaniy protiv çeloveçestva”). Adı çəkilən
kitabda yazılır ki, həmin sudan içənlərin bədənlərində
irinli yaralar əmələ gəlmiş və onlar
dünyalarını dəyişmişlər, sağ qalanlar
isə köçüb başqa yerlərə getmişlər...
Bu yerdə bir atalar məsəlini xatırlatmaq istərdim: “Əqrəbin
insanı sancması onun qərəzi deyil, mərəzidir”. Bəli,
ermənilər də əqrəb xislətlidirlər.
1894-cü ilin
noyabrında “Qnçaq” partiyasının terrorçu
qruplaşması Türkiyənin Maraş şəhərində
və onun ətrafında minlərlə türkü,
kürdü qətlə yetirdi. Fransanın o vaxtkı ermənipərəst
səfiri Kampon öz dövlətinə göndərdiyi məlumatda
bildirirdi ki, burada müsəlman qırğınlarını
ermənilər törədirlər. Ermənilərin Rusiyaya
getməsi isə türklərdən çəkinmələri
və qorxuları ilə bağlı deyil, erməni
terrorçularının qorxusundandır
(Yazıçı-jurnalist Malevillenin “1915-ci il erməni faciəsi”
kitabı, səh.72).
Erməni terror
qruplarının rəhbərləri etiraf edirlər ki,
xalqı ayrı-ayrı xalqlara qarşı yönəltməklə,
xəyanətə sövq etməklə öz millətinin gələcəyini
təhlükə altında qoyurlar. 1923-cü ildə Buxarestdə
Ovanes Kaçaznuni qeyd etirdi: “Biz beynimizdə xam xəyallar,
arzular yaratdıq. Bu arzumuzu başqalarının beyninə
yeritdik, bununla da biz həqiqi reallığı itirdik”.
Lenin “Qnçaq”
partiyası liderlərinin “Erməni sosial-demokrat
federasiyası”nın bayrağı altında zərərli fəaliyyətləri
barədə yazırdı: “Əgər siz bu cəmiyyəti
(partiyanı) Rusiya təşkilatlarının konfransına
buraxsanız, işiniz əngəl olacaqdır. Qafqazlı
yoldaşların hamısı bu şəbəkənin əleyhinədir”.
Göründüyü
kimi, Lenin də ermənilərin saxtakarlığını
bilirmiş. 1918-ci ildə ermənilər Lenindən xahiş etdilər
ki, o, inqilabçı, döyüşkən rus ordusunu
Türkiyəyə yeritsin, ermənilərlə birlikdə
Türkiyədən əlavə (Ərzurum və Qars 1878-ci
ildən rus-erməni ordusunun əlində idi. Bu ərazilər
1922-ci ildə Mustafa Kamal Atatürkün müdrik siyasəti nəticəsində
azad edildi) ərazi qoparsınlar. Lenin ermənilərin bu
xahişinə əhəmiyyət vermədi...
Yazıçı
-jurnalist Maleville “1915-ci il erməni faciəsi” kitabında
yazır ki, erməni terrorçuları və quldurları
Şərqi Anadoluda planlı şəkildə 1 milyon 600 mindən
çox müsəlmanı qəddarlıqla
öldürdülər. Rus zabitləri bu vəhşilikdən
dəhşətə gəldilər. Rus podpolkovniki Tverdoxledov
yazırdı ki, ermənilərlə birgə vuruşurduq. Hücum
zamanı hərəsi bir yerə qaçıb gizlənərdi,
elə ki kəndi, qəsəbəni alırdıq, dərhal
daşın dalından çıxan ermənilər qaça
bilməyən uşaqlara, qadınlara, qocalara yüz cür əzab
verib (qulağını kəsmək, gözünü
çıxarmaq) öldürürdülər. Belə hərəkət
rus ordusuna ləkə gətirdiyi üçün biz
onları ordudan qovduq.
1915-ci il martın 8-də
erməni quldurları Van şəhəri və onun ətrafında
yerləşən yaşayış sahələrinə
hücum edib əhalini qırdılar. Bütün qəsəbə
və kəndlər alov içində idi. Lakin az sonra ermənilər
Avropaya yaydılar ki, türklər Vanda və ətrafdakı
yaşayış məskənlərində bizi məhv etdilər.
Amma rus diplomatı general Q.Mayevski yazırdı: “Mən əks
hadisənin şahidi oldum.Bütün qanlı hadisələr
erməni quldurları tərəfindən törədilmişdi”.
(E.Fayql.
Pravda o terrore.
Armyanskiy terrorizm — istoki i priçinı.2000).
Almaniya
imperatoru II Vilhelm ermənilərin qiyamçı, satqın
terrorçu olduqlarını yaxşı bildiyindən
1896-cı ildə Türkiyə sultanı Əbdülhəmidin
erməniləri qırmağına haqq
qazandırmışdı.
Böyük vətənpərvər
alimimiz Həsən Əliyev danışırdı ki, 1918-ci il iyul ayının 13-də Andronikin ordusu bizim
kəndə (Sisyan rayonunun Comərdli kəndi) hücum etdi. Adamları güllə ilə yaralayır, sonra isə
sürüyüb tonqala atırdılar. Qəddar
ermənilər anamı və babamı beləcə işgəncə
ilə yandırdılar. İndi də bu hadisəni
xatırlayanda həyəcanlanıram...
1902-ci ildə
ermənilər ruslar arasında təbliğat
aparırdılar ki, azərbaycanlılar sizi istəmirlər,
sizə düşmən kimi baxırlar, türklərlə
birləşib sizi qırmağı planlaşdırırlar. Xanzadə adlı bir erməni
“Peterburqskie vedomosti” qəzetində yazırdı: “Müsəlman
vəkillər deyiblər ki, biz 30 milyonluq müsəlmanlar
Rusiya hökumətindən zərrə qədər qorxmuruq...
Bununla bərabər, Qurban bayramının ilk
günü qiyam qaldıracağıq, bu il kəsəcəyimiz
qurbanlarımızın hamısı ruslardan olacaqdır” (Həyat"
qəzeti, 1906, N43). “Russkie vedomosti” qəzeti isə (27
avqust N 232, 1905) yazırdı: “Bu hərəkat erməniləri
qırmaqdan başlayıb, indi ümumxristianları təhdidə
keçir”.
Azərbaycan
torpaqlarını ələ keçirməyə
çalışan ermənilər indiki kimi, o zamanlar da
özlərini xristianların müdafiəçisi kimi qələmə
verirdilər.
Ermənilər 1906-cı ildə yazırdılar:
Aman, biz ermənilər
bütün xaçpərəstlərin üzərinə
hücum edən müsəlmanların qarşısında mətin
sədd kimi dayanıb, onları mühafizə edirik və ona
görə də gərək ruslar bizə hami olsunlar” (“Həyat”
qəzeti, 1896, N 90). Ermənilər isə öz məkrli niyyətləri
barədə belə yazırdılar: “Bakıda,
Naxçıvanda baş verən erməni-müsəlman
qırğınları ilə məzkur məsələ, yəni
müsəlmanları birləşdirmək məsələsi
arasında böyük bağlılıq vardır. Bu qorxunun (təhlükənin) qabağı
alınmalıdır, çünki Rusiyanın düşmənləri
bu məsələdən faydalanıb Rusiyanın əleyhinə
fitnələr törədə bilərlər”. (Mşak" qəzeti, 1905, N 26,) 1903-cü ildə
knyaz Q.Qolitsin Qafqazda canişin olduğu zaman bir erməni
Qriqoryan kilsəsində silah saxlandığı
üçün nazir Plevenin əmri ilə kilsənin əmlakı
müsadirə olunur. Bundan sonra Türkiyədə
terrorla məşğul olan bütün partiyalar —
“Qnçak”, “Armenakan”, “Daşnaksütyun” bütün terror fəaliyyətini
Rusiyaya yönəltdilər. Qısa müddətdə
onlarla çar məmuru, zabiti, naziri “Daşnaksütyun”un qurbanına çevrildilər. Bütün
bu vəhşilikləri nəzərə alan
knyaz Qriqori Qolitsin yazırdı: “Mən Qafqazda cəmi ikicə
erməni saxlardım — biri kişi, biri qadın. Onlardan müqəvva
düzəldib muzeyə qoyardım ki, gələcək nəsillər
onların necə bir xalq olduğunu başa düşsünlər”
( “
Professor V.Veliçko
(“Kavkaz”, Russkoe delo i mejduplemennıe voprosı. Sankt-Peterburq,
1904, str. 64) kitabında yazırdı ki, ayrı-ayrı
dövrlərdə müxtəlif xalqlar ermənilər
haqqında pis fikir formalaşdırmışlar. Bu da əsassız deyildir, onların məkrli, zərərli
fəaliyyətinin nəticəsidir.
Erməni siyasətçiləri
və tarixçiləri Rusiya haqqında bir sıra dəyərli
məqalələr yazmış fransız alim Bayeni erməni
katalikosunun mərkəzi Eçmiədzinə dəvət
edirlər və oradakı qədim erməni əşyalarını
göstərirlər. Eçmiədzində olan taclara, kasalara və
toxunma xalçalara baxan alim deyir ki, bunlar orijinal deyil, surətlərdir,
özü də XVII- XVIII əsrlərə aiddir. Bundan sonra özlərini dünyanın ən qədim
xalqı adlandıran ermənilər təkcə Zaqafqaziyada
deyil, bütün dünyada rüsvay oldular.
Atalar deyiblər
ki, əsli-kökünü danan haramzadədir. Bu ifadə
sanki ermənilər üçün deyilib. 1897-ci ildə
ermənilər tərəfindən çap etdirilən
“Murç” qəzetində onların bir hissəsinin
qaraçılardan törəmə olduqları göstərilir...
1967-ci ildə
ermənilər Yerevanın 2750 illiyini qeyd etdilər. V.V.Piotrovski demişdir ki,
ermənilər
...Hələ bilmirik ki, indi
bizim üçün ermənilər necə və hansı
toru qururlar?.. Ermənilərin
terrorçuluğu, saxtakarlığı, xəyanəti,
ikiüzlülüyü, satqınlığı, haramzadəliyi,
hiyləgərliyi, şeytanlığı haqqında onlarla
kitab, məqalə oxudum və bunlarla qonşu olduğumuz
üçün xalqımızın gələcəyindən
bərk narahat oldum. Amma başqa əlacımız da
yoxdur, çox gözüaçıq və ehtiyatlı
olmayılıq...
Həsən HƏSƏNOV,
Sumqayıt Dövlət
Universitetinin dosenti
Xalq qəzeti.- 2009.- 31 mart.- S. 5.