Təhsil portalının ilkin variantı Təhsil Nazirliyinə təqdim edilib

 

Azərbaycanda təhsil portalının yaradılması üzrə işlərin birinci mərhələsi başa çatıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihənin yaradılması işlərini aparan “ULTRA” şirkətinin prezidenti Tahir Mirkişilinin sözlərinə görə, təhsil portalının hazır imkanları, test işlərinin aparılması məqsədilə artıq Təhsil Nazirliyinə təqdim olunub.

Hal-hazırda portalın servisləri testdən keçirilir. Tahir Mirkişili qeyd edib ki, təhsil portalının imkanlarından dörd istifadəçi qrupu yararlana bilər: “müəllimlər”, “şagirdlər”, “tələbələrvalideynlər”. Hər bir istifadəçi qrupu üçün xüsusi interfeys funksiyalar nəzərdə tutulub. Bu, onlara rahat operativ olaraq məhz konkret qrup üçün nəzərdə tutulmuş məlumatlardan servislərdən istifadə etməyə imkan yaradacaq. Təhsil portalında həmçinin müxtəlif elektron tədris resursları yerləşdiriləcək.

Bu tədris resursları həm mərkəzləşdirilmiş formada Təhsil Nazirliyi tərəfindən, həm də müəllimlər və metodistlər tərəfindən portalda yer alacaq. Öz imkanlarına görə portal dünyanın analoji aparıcı elektron təhsil platformalarına tam uyğundur. Bütün işlər tam başa çatdıqdan sonra Azərbaycanın təhsil sisteminin ayrılmaz hissəsinə çevriləcək təhsil portalı milli təhsil konsepsiyasının reallaşdırılması istiqamətində mühüm alət olacaq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 5 may.- S. 7.