Masallı:Ulu
öndərin ideyaları
işığında
Hələ 2005-ci ildə
Heydər Əliyev Fondu hesabına inşa edilmiş
Rövşən Nəbiyev adına Təzəkənd orta məktəbində
fondun yaradılmasının beş illiyi münasibətilə
geniş yığıncaq keçirilmişdir. Yığıncaqqda
məktəbin 35 müəllimi və 450 şagirdi iştirak
etmişdir. Məktəbin tarix müəllimi Səxavət Cəfərov
fondun “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü
ilə əlaqədar respublikada və rayonda gedən tikinti,
quruculuq, abadlıq işləri haqqında məlumat
vermişdir. Sonra o, fondun təhsilə, səhiyyəyə, mədəniyyətə
və digər sahələrin inkişafına
qayğısından danışmışdır.
Qeyd olunmuşdur ki, bu məktəbin
açılışında fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyeva şəxsən iştirak
etmişdir.
Məktəbin qocaman
müəllimi Atakişi Səfərov Masallının təhsil
işçiləri adından Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirmiş və fondun bundan sonra da Azərbaycanın
inkişafına xidmət edəcəyinə inamını
ifadə etmişdir. Sonda məktəbin şagirdləri ulu
öndər Heydər Əliyevə həsr olunmuş şeirlər
söyləmişlər.
Masallı şəhərindəki
Heydər Əliyev parkında “Uşaq ili” çərçivəsində
uşaq kitab bayramı keçirilmişdir. Tədbirdə
uşaqların yaradıcılığını əks etdirən
rəsm əsərləri və maraqlı kitablardan ibarət
sərgi, balacaların əl işləri nümayiş
olunmuşdur. RİH başçısının müavini Ələşrəf
Niftiyev istedadlı uşaqlara qayğıdan və 15 may — Beynəlxalq
Ailə günü münasibətilə görüləcək
tədbirlərdən danışmışdır.
Tədbirdə “2009-cu
ilin Uşaq ili elan edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin sərəncamı oxunmuş, ölkəmizdə
uşaqlara göstərilən diqqət və qayğıya
görə Prezident İlham Əliyevə və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq
ifadə olunmuşdur.
Tədbir
uşaqların ifasında səhnəciklər və konsert
proqramı ilə davam etdirilmişdir.
Tədbirdə
ümummillli lider Heydər Əliyevin anadan olmasının 86
illiyi ilə əlaqədar uşaqlar arasında müxtəlif
nominasiyalar üzrə keçirilən ənənəvi “Yaz
festivalı”nın qalibləri
mükafatlandırılmışdır.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86 illiyi ərəfəsində
akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının
professor-həkim heyəti Masallı Rayon Mərkəzi Xəstəxanasında
cənub bölgəsi əhalisi üçün xeyriyyə
aksiyası (müayinə, müalicə və əməliyyat)
keçirmişdir.
İki gün ərzində
təcrübəli mütəxəssislər yüzlərlə
xəstəni müayinə etmiş, məsləhətlər
vermiş, 11 nəfər üzərində böyrək,
ginekoloji və digər ağır cərrahiyyə əməliyyatı
həyata keçirmişlər. Aksiya zamanı əsasən
Böyük Vətən müharibəsinin veteranları,
qadınlar müayinə və müalicə olunmuşlar.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün sosial-iqtisadi
inkişafına həsr olunmuş iclasında dövlət
başçısının nitqindən irəli gələn
vəzifələrin rayonda həyata keçirilməsi ilə
əlaqədar tədbirlər planı hazırlanmış və
müəyyən işlər görülmüşdür.
Masallı rayonunda 6 layihə
əsasında 22 min ağacın əkilməsi və
yaşıllıqlara qulluq işləri həyata
keçirilmişdir. Belə ki, Yusifli kəndi istiqamətində
8500, Viləşçayın sahillərində 2500, Ələt-Astara
magistral yolunun Masallıdan keçən hissəsində 4500,
Masallı-Qəriblər istiqamətində 4500, Digah-Şərəfə
kəndləri istiqamətində 1000, Masallı şəhərinin
Talışxanov prospektində 1000 ağac əkilmişdir.
Masallının Mollaoba
kəndində təbii qazın verilməsinə həsr
olunmuş mərasim keçirilmişdir. Ulu öndərin
anadan olmasının 86-cı ildönümü ərəfəsində
bu kənddə 300-dən çox ailənin evinə sayğac
qoyulmuş və 17 illik fasilədən sonra təbii qaz
verilişi bərpa edilmişdir.
Mərasimdə rayon icra
hakimiyyətinin başçısı Qəzənfər
Ağayev, Milli Məclisin üzvü Elmira Axundova, rayon
Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov
və başqaları çıxış etmiş, regional
inkişaf üzrə 1-ci Dövlət Proqramının
sosial-iqtisadi sahədə bir çox uğurlara səbəb
olduğunu vurğulamış, 2009-2013-cü illəri əhatə
edən 2-ci Dövlət Proqramının da bölgələrə
firavanlıq və tərəqqi gətirəcəyinə inam
ifadə etmişlər. Qeyd olunmuşdur ki, yaxın vaxtlarda
daha 150 evə sayğac qoyulacaq və mavi yanacaq veriləcək.
Artıq Masallıda 30-dan çox kənd və qəsəbə
təbii qaz alır, abonentlərin sayı 10500-dən
çoxdur.
Mərasimin sonunda
qurbanlar kəsilmiş və rəmzi məşəl
yandırılmışdır.
Masallı şəhərindəki
Heydər Əliyev muzeyində “Ulu öndər müasir Azərbaycan
dövlətinin banisi, qurucusu və xilaskarıdır”
mövzusunda konfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyəti
başçısının müavini Ələşrəf
Niftiyev “Ümummilli liderin Azərbaycanın hüquqi dövlət
quruculuğundakı xidmətləri”, YAP rayon təşkilatının
sədri Əmanət Əzizov “Heydər Əliyev YAP-ın
yaradıcısıdır”, təhsil şöbəsinin
müdiri Nurəddin Məlikov “Heydər Əliyev və Azərbaycanda
müasir təhsil sistemi”, mərkəzi rayon xəstəxanasının
baş həkimi Cəlil Nəzərov “Azərbaycanda səhiyyənin
inkişafı”, mədəniyyət və turizm şöbəsinin
müdiri Lətifə Mövsümova “Heydər Əliyev və
Azərbaycan mədəniyyəti” mövzularında məruzə
etmişlər.
Elmi-paraktik konfransın
plenar hissəsini RİH başçısı Qəzənfər
Ağayev yekunlaşdırmışdır. Ulu öndərin həyat
və fəaliyyətindən bəhs edən video-fraqmentlər
nümayiş etdirilmişdir. Konfransın işi bölmə
iclaslarında davam etmişdir.
Alman faşizmi üzərində
qələbənin 64-cü ildönümü münasibətilə
Masallıda əsl el şənliyi səviyyəsində tədbir
keçirilmişdir. “Qələbə” və “Şəhidlər"
abidələri ziyarət edilmişdir. RİH
başçısı Qəzənfər Ağayev
Böyük Vətən müharibəsi veteranı olan 83 nəfər
ağsaqqalla söhbət etmiş, onların cəmiyyətin
“qızıl fondu” olduğunu bildirmişdir.
Sonra Heydər Əliyev
adına parkdakı kafedə veteranlar üçün bayram
süfrəsi açılmış, konsert proqramı təqdim
edilmişdir. Tədbirin sonunda veteranlara pul yardımları
edilmişdir.
Əli ƏLİYEV
Xalq qəzeti.- 2009.- 14 may.- S.
8.