Biləsuvarda bayram təntənələri
Nə vaxtsa oxuduğum
bir şeirin iki misrası olduğu kimi yadımda qalıb:
Mayın 1-i ilə 10-u
arası
Bayramlar
yığışıb bayram elədi...
Həmin günlər
Biləsuvarda şahidi olduğum tədbirlər də sanki
bayramların bayram etdiyini göstərirdi. Ayın əvvəlindən
Muğan şəhərində elə gün olmadı ki,
gözəl, yaddaqalan bir tədbir, şənlik keçirilməsin.
Mayın 9-da isə Biləsuvarda
bayramlar özünün “zirvə”sinə çatdı. Sübh
tezdən bəzənib-düzənmiş sakinlər, rayon
ictimaiyyətinin nümayəndələri ulu öndərin
adını daşıyan parka toplaşdılar. Ümummilli
liderin möhtəşəm abidəsi önünə əklillər,
gül dəstələri qoyuldu. Bayram
iştirakçıları Qələbə Günü ilə
əlaqədar faşizmə qarşı mübarizədə
və ərazi bütövlüyümüz uğrunda
döyüşlərdə həlak olmuş
soydaşlarımızın xatirəsini də yad etdilər.
Rayon icra hakimiyyətinin
başçısı Adil Məmmədov ulu öndərin
anadan olmasının 86-cı ildönümünə həsr
edilmiş mərasimdə məruzə ilə
çıxış etdi. Ədəbi-bədii kompozisiya təqdim
olundu. Hər kəlmədən, hər duyğudan unudulmaz
böyük şəxsiyyətin işıqlı obrazı
canlanırdı, xalq qarşısında böyük xidmətləri
xatırlanırdı.
Sonra müasir
memarlıq üslubunda inşa edilmiş yeni Gənclər mərkəzinin
açılışı oldu. Rəmzi qırmızı lent
kəsildi. Burada düzənlənən ilk tədbir Qələbə
Günü münasibətilə müharibə veteranları
üçün çay süfrəsinin təşkili ilə
əlamətdar oldu. RİH başçısı Adil Məmmədov,
veteranlar şurasının sədri, gənclər və idman
idarəsinin rəisi çıxış etdilər, ən
xoş arzularını çatdırdılar. Maraqlı
görüşün sonunda Böyük Vətən
müharibəsinin iştirakçılarına hədiyyələr
təqdim olundu.
Biləsuvarda bayram
sevincləri bütün gün ərzində davam etdi. Təbəssümlü
bahar günəşi də, çiçəyi
çırtlayan əlvan bağlar və çəmənlər
də, ilıq yaz mehi də sakinlərin bayram ovqatına yeni,
təbii çalarlar qatdı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 14 may.- S. 9.