İnformasiya texnologiyalarının tətbiqi müasir idarəetmənin əsas tələblərindən biridir

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi müəssisələrin idarə olunmasında mühüm yer tutur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynovla söhbətimiz də bu barədədir.

— Azərbaycanın ən iri təşkilatlarından olan ARDNŞ artıq bir müddətdir ki, müəssisənin resurslarının idarə edilməsində informasiya texnologiyalarını geniş tətbiq edir. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

— Müəssisənin resurslarının idarə edilməsi sistemi (ERP) inkişaf etmiş ölkələrin bütün iri şirkətlərində tətbiq edilir. ERP-nin əsas məqsədi şirkətin idarə olunmasının səmərəliliyini artırmaq üçün informasiya sisteminin imkanlarından istifadə etməkdir. Azərbaycanın ən iri şirkətlərindən biri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də artıq bir müddətdir ki, ERP tipli sistemin tətbiqinə xüsusi diqqət yetirir. Məlum olduğu kimi, ARDNŞ-də təxminən 65 min işçinin çalışdığı 120 müəssisə birləşmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sistemli tətbiqi bu mürəkkəb təşkilatın idarə olunmasını daha effektiv edir. Qeyd olunmalı¸dır ki, İKT-nin tətbiqi ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən həyata keçirilir. ERP sisteminin tətbiqi bilavasitə idarəmizin mütəxəssisləri tərəfindən həyata keçirilir. Sistemin tətbiqi üzrə məsləhətlər isə dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan Pricewaterhouse Coopers tərəfindən aparılır.

— Bəs, ERP sisteminin tətbiqi üzrə indiyədək hansı işləri görmüsünüz?

— ERP sisteminin “kadr resurslarının idarə edilməsi” və “maliyyə resurslarının idarə edilməsi” modulları artıq tətbiq olunmuşdur. Hazırda isə “materialın idarə olunması” və “satış və distribusiya” modulları da tətbiq edilməkdədir. Dünyanın ən müasir texnologiyaları bazasında qurulmuş ARDNŞ şəbəkəsi vasitəsilə şirkətin artıq 18 baş idarəsi və onların tabeliyində olan 60-dən artıq müəssisə ERP sisteminə qoşulmuşdur. ERP sisteminin hələlik bir neçə modulunun tətbiqinə baxmayaraq, artıq bir çox nailiyyətlər əldə edilmişdir. Belə ki, şirkətdə çalışan 65 min işçinin əmək haqqını avtomatlaşdırılmış şəkildə hesablamaq imkanı yaranmışdır. Həmçinin, “kadr resurslarının idarə edilməsi” modulunda bütün işçilər haqqında məlumat bazası yaradılmışdır. SAP şirkətinin təqdim etdiyi ERP sistemində neft şirkəti üçün zəruri olan modullar mövcuddur. “neft-qaz”, “emal müəssisinin idarə olunması” kimi modullar gələcəkdə təkcə şirkət səviyyəsində deyil, onun müəssisələrində də geniş tətbiq olunacaqdır. Tətbiq edilən modulların sayı artdıqca şirkətin idarə olunmasına informasiya texnologiyalarının inteqrasiyası da daha səmərəli olacaq.

— ERP kimi mürəkkəb sistemin tətbiqində yüksək səviyyəli avadanlığın istifadə olunması da zəruridir. Hazırda ARDNŞ-də bu sistemin tətbiqi ilə bağlı hansı texnoloji avadanlıqlardan istifadə olunur?

— Əlbəttə, ARDNŞ kimi iri şirkətin idarə olunmasını təmin etmək üçün ən müasir texnologiyalardan istifadə edilməlidir. Dünyada mövcüd texnologiyaların dərin analizindən sonra biz HP şirkətinin 64-prosessorlu “Superdome” serverinə və XP24000 disk massivinə üstünlük verdik. “Superdome”-dən istifadə isə ARDNŞ-i ERP sisteminin hər modulu üzrə ayrıca server almaq zərurətindən azad edir.

— “Superdome” tipli yüksək səviyyəli server Azərbaycanda ilk dəfə olaraq ARDNŞ tərəfindən tətbiq olunmuşdur. Bəs, bu texnologiyanın hansı üstünlükləri vardır?

— HP “Superdome” serverinin texniki imkanları onun prosessorlarının qarşıda duran vəzifələrdən asılı olaraq istifadəsini çox əlverişli edir. Başqa sözlə, ARDNŞ-də ERP modulları üzrə bu və ya digər əməliyyatların keçirilməsi zamanı serverin prosessorlarının resurslarından səmərəli istifadə olunur. Məsələn, adi rejimdə serverin iki prosessorunun resurslarından istifadə edən “kadr resurslarının idarə olunması” modulu əmək haqlarının hesablanması zamanı daha böyük güc tələb edir. Buna görə də maaşların hesablanması əməliyyatı üçün prosessorların sayı və disk tutumu müvəqqəti artırılır və bu da prosesin səmərəliliyini yüksəldir. “Superdome” serverinin prosessorlarının belə paylanış sistemi bu modul üçün ayrıca dörd prosessorlu serveri almaq zərurətindən azad edir. Bu isə birbaşa büdcə vəsaitlərinin qənaəti deməkdir. ERP-nin digər modulları üzrə bu prinsip əsasında qurulmuşdur. Başqa sözlə, tələbdən asılı olaraq serverin prosessorlarının gücü cəmlənərək bu ya digər modul üzrə əməliyyatlar keçirmək üçün istifadə olunur. Analiz göstərir ki, modullar üzrə əməliyyatların maksimal aktivliyi vaxt üzrə üst-üstə düşmür. Bu bizə “Superdome” serverinin prosessorlarının gücünü optimal olaraq paylanış prinsipi əsasında istifadə etməyə imkan verir. Demək lazımdır ki, departamentin mütəxəssisləri artıq HP-nin treninqlərindən keçdikləri üçün bu şirkətin avadanlığı ilə işləmə təcrübəsinə malikdirlər. Bu da öz növbəsində yenidən treninqlərdə iştirak zərurətindən azad edir, büdcə vəsaitinə qənaətə imkan yaradır.

İtanium prosessorları bazasında olan platformaların unikal üstünlüyü onların ən geniş yayılmış əməliyyat sisteminin - HP-UX 11i, Microsoft Windows Server 2003, Lunix, OpenVMS idarəsi altında işləməsidir. Bu xüsusiyyət əməliyyat sistemləri tərəfindən qoyulmuş məhdudiyyətlərdən qaçmağa, biznesin tələblərinə funksionallığına uyğun olaraq proqramların seçiminə imkan yaradır. Bundan əlavə, “Superdome” serverinin texniki genişlənmək imkanları da mümkündür. Məsələn, HP şirkətindən yaxın üç il ərzində yeni çıxacaq prosessorların “Superdome” serverində quraşdırılması mümkünlüyü üzrə təminat almışıq. HP “Superdome” sisteminin dayanaqlılığı etibarlılığı təşkilatımız üçün kritik əhəmiyyət daşıyan proqramların fasiləsiz fəaliyyətini təmin edir ki, bu da, öz növbəsində, ARDNŞ-in İnformasiya Texnologiyaları Rabitə İdarəsinin informasiya xidmətlərini yeni keyfiyyət səviyyəsinə çıxarır. Eyni zamanda, “Superdome” “XR” sistemlərinin miqyaslanması lazım olarsa müəssisəmizə yeni hesablama güclərini əlavə edib, onları istismara vermək mümkündür. Bu isə öz növbəsində yatırılan sərmayələrin daha yaxşı qaytarılmasına proseslərin fasiləsizliyinə gətirir. Misilsiz miqyaslanma imkanından savayı, “XP” disk massivi digər modellərin verilənlərin saxlanılması sistemlərinin serverlərinə giriş imkanını təqdim etməklə onların virtuallaşdırılması bazarına bir yenilik gətirir. Bu yaxınlarda neft-mədən verilənlər bazasının yaranması üzrə layihənin həyata keçirilməsi planlaşdırılır. “Superdome” serveri bu layihə üçün istifadə olunacaqdır.

XP24000 disk massivinin üstünlüklərini qeyd etməyi vacib bilirəm. Çox böyük verilənlər tutumu olan bu avadanlıq şirkətimizə ERP sistemi digər informasiya əməliyyatlarının aparılması üçün zəruridir. Hazırda disk massivinin 15 terabayt tutumu var istənilən halda bu həcm 300 terabayta qədər çatdırıla bilər. Həmçinin qeyd etməliyəm ki, HP şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin olması yuxarıda adları çəkilən avadanlığın texniki servisini 24 saat təmin etməyə imkan verir. SAP şirkəti bizə daimi texniki dəstək verir.

— ARDNŞ informasiya texnologiyalarının tətbiqi üzrə Avropada aparıcı mövqelərdən birini tutur. Müasir texnologiyaların tətbiqi, yəqin ki, Dövlət Neft Şirkətinin inkişaf strategiyasında əsas yerlərdən birini tutur...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir. Şirkət Azərbaycanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə davamlı olaraq fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ölkə rəhbərliyinin ARDNŞ -in qarşısında qoyduğu vəzifələri daha səmərəli həyata keçirmək üçün bir alətdir.

İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet sahə elan olunmuşdur. Ölkə iqtisadiyyatının ən mühüm sahəsi olan neft sənayesi yaxın illər ərzində inkişaf estafetini məhz informasiya-kommunikasiya texnologiyalarına ötürəcəkdir. Bu baxımdan ARDNŞ- informasiya texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etməliyəm ki, informasiya texnologiyalarının tətbiqi bu gün müasir tələblərə tam cavab verir. Şirkət ən son texnologiyaların istehsalçıları ilə əməkdaşlıq edir artıq ARDNŞ- İKT sahəsində tətbiq olunmuş bir neçə layihə dünya səviyyəsində nümunə kimi göstərilir. Əminəm ki, yaxın müddətdə şirkət daxilində həyata keçirdiyimiz bütün layihələr başa çatdıqdan sonraneft informasiya texnologiyalarının inteqrasiyasımodeli haqqında daha geniş danışmaq olar.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 19 may.- S. 3.