ADU-da “Mən
nəyi bilirəm” müsabiqəsi keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) fransız dili fakültəsində Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümünə
həsr olunmuş “Que Sais-je” (“Mən nəyi bilirəm”)
mövzusunda müsabiqə keçirilib. Müsabiqədə
ADU-nun fransız dili fakültəsinin dekanı, filologiya elmləri
namizədi, dosent Sevda Vahabova, elmi işlər və beynəlxalq
əlaqələr üzrə dekan müavini dosent Cülnarə
Sadıqova, tədris işləri üzrə müavin Rəfiqə
Mürşüdova, fransız dilinin nitq praktikası
kafedrasının müəllimi Deni Menie, fransa ölkəşünaslıq
kafedrasının müəllimi Alik Hənifəyev və
fransız dili fakültəsinin müəllim-tələbə
heyəti iştirak edib.
Fransız dilinin leksikologiyası
və üslubiyyatı kafedrasının və dosent Gülnarə
Sadıxovanın təşkilatçılığı ilə
keçirilən müsabiqədə fakültə tələbələrindən
ibarət 6 — Liberte (Azadlıq), Miraki (Möcüzə),
Archange (Baş mələk), Louvre (Luvr muzeyi), Anges (Mələk),
Le Fantöme (Kabus) adlı komandalar yarışırdılar.
Qalib tələbələr Fransanın Azərbaycandakı səfirliyindən
ADU-ya hədiyyə olunan 10 ədəd “Le Rober” — izahlı
lüğəti ilə mükafatlandırıldılar.
ADU-nun mətbuat xidmətindən
aldığımız məlumata görə, müsabiqənin
məqsədi Fransanın sivilizasiyası, mədəniyyəti
haqqında tələbələrin hansı biliklərə
malik olduqlarını öyrənmək və onların gələcəkdə
keçiriləcək universitetlərarası müsabiqələrdə
iştiraklarını təmin etmək idi. İntellektual
yarışmada Fransanın mədəniyyətini, incəsənətini,
siyasi mühitini əks etdirən suallardan istifadə
olunmuşdu. Qeyd edək ki, intellektual yarışmada Miraki
komandasının üzvləri savadlarını yüksək
səviyyədə nümayiş etdirərək Fransanın
universitetə hədiyyə etdiyi “Le Rober”adlı izahlı
lüğətə sahib oldular.
Qəzənfər QASIMOV
Xalq qəzeti.- 2009.- 19 may.-
S. 7.