Görkəmli filosof Heydər Hüseynovun xatirəsinə
həsr olunmuş konfrans keçirilmişdir.
Noyabrın 19-da Azərbaycan Texniki Universitetində görkəmli filosof alim, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilmişdir.
Universitetin rektoru,
professor Havar Məmmədov ölkəmizdə görkəmli
alim, akademik Heydər Hüseynovun xatirəsinə həsr
olunmuş geniş tədbirlər keçirildiyini
bildirmişdir. O, Azərbaycan Elmlər Akademiyasının ilk
akademiklərindən biri kimi Heydər Hüseynovun ictimai və
humanitar elmlərin, xüsusilə fəlsəfənin
inkişafında müstəsna rolunu diqqətə
çatdırmışdır.
Sonra universitetin fəlsəfə
və politologiya kafedrasının müdiri, professor Fərrax
Ramazanovun " Əqidəsinə sadiq böyük insan",
dosent Əyyub Kərimovun " Heydər Hüseynov XIX əsr
Azərbaycan ictimai-fəlsəfi fikir tarixinin görkəmli tədqiqatçısı
kimi" mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər H.Hüseynovun keçdiyi şərəfli
həyat yolundan danışaraq bildirmişlər ki, o, 1939-cu
ildə namizədlik, 1944-cü ildə doktorluq
dissertasiyasını müdafıə etmiş, 1945-ci ildə
isə akademiyanın həqiqi üzvü seçilmişdir.
O, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının
Rəyasət Heyəti sədrinin müavini, sonralar isə Azərbaycan
Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya
Tarixi İnstitutunun direktoru, Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fəlsəfə
kafedrasının müdiri vəzifələrində
çalışmışdır. Cəmi 42 il
yaşamış alim 250-yə qədər kitab və elmi məqalənin
müəllifıdir. Bildirilmişdir ki, akademik Heydər
Hüseynov Azərbaycan Dövlət Universitetində fəlsəfə
ixtisası üzrə şöbənin
yaradılmasının əsas təşəbbüskarı,
həmin kafedranın ilk müdiri və ən yaxşı
müəllimlərindən biri olmuşdur.
Vurğulanmışdır ki, milli mədəniyyətimizin
böyük nümayəndələrinin fəlsəfə
irsini sistemli araşdıran alim xalqımızın fəlsəfı
fıkir tarixinin başlıca təkamül mərhələlərini
müəyyənləşdirmişdir. O, özünün zəngin
fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə
istiqamət verərək bu sahədə yeni tədqiqatların
vüsət almasına əlverişli zəmin
hazırlamışdır. Azərbaycanın görkəmli
filosof alimi, SSRİ Dövlət mükafatı laureatı,
akademik Heydər Hüseynovun "XIX əsr Azərbaycan ictimai
və fəlsəfi fikir tarixindən" kitabında müəllif
Azərbaycan xalqını ictimai-siyasi və fəlsəfi
fıkir tarixini dərindən tədqiq və təhlil
etmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy,
Mirzə Şəfı Vazeh, Mirzə Fətəli Axundov, Həsən
bəy Zərdabi kimi mütəfəkkirlərin timsalında
milli maarifçiliyin problemlərinin öyrənilməsinin əsasını
qoymuşdur.
Alimin qızı Leyla
Hüseynova atasının xatirəsinə göstərilən
diqqət və ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirmişdir.
Xalq qəzeti.- 2008.- 20 noyabr.- S.8.