Sabaha ünvanlanmış siyasət
Ölkəmizdə həyata
keçirilən proqram və layihələr gələcək
inkişafımıza əlverişli zəmin yaradır
Son beş ildə Azərbaycanda
həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr,
ölkənin hərtərəfli inkişafına zəmin
yaradan dövlət proqramları və islahatların getdikcə
daha da dərinləşdirilməsi ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunu daha da artırmışdır. Həm
seçki ərəfəsində, həm də seçkidən
sonra müxtəlif səviyyəli siyasətçi, politoloq və
ekspertlər qətiyyətlə vurğulayırlar ki, Azərbaycanda
təkcə ölkənin bu günü ilə bağlı
deyil, eləcə də xalqın və dövlətin gələcəyini
nəzərdə tutan siyasət yeridilir.
Dövlətin təsdiq
və icra etdiyi proqramlar yaxın on illərdəki inkişafa
zəmin yaradır. Bu fikirləri əcnəbilər indi
söyləsə də, ölkə ictimaiyyəti hələ
2003-cü ildə yeni dövlət başçısı
seçərkən həmin nəticələrə əmin
idi. Xüsusən, 2008-ci il seçkiləri ərəfəsində
belə fıkirlər daha tez-tez səsləndirilirdi. Hətta
dostlarımız və Azərbaycanda marağı olan ölkələrlə
yanaşı Ermənistanda da bir çox siyasətçilər
açıq şəkildə etiraf edirdilər ki, rəsmi
Yerevan bu günü, Bakı isə uzaq gələcəyi
düşünür. Bu məntiq haradan qaynaqlanırdı?
"İntellekt" araşdırmalar mərkəzinin
hazırladığı analitik materiallarda bu və bu kimi bir
çox suallara cavab tapmaq mümkündür. Elə bu
yazının hazırlanması zamanı da həmin
materiallardakı bəzi faktlardan istifadə etdik.
Ötən 5 ildə
ölkədə həyata keçirilən ictimai-siyasi və
sosial-iqtisadi yönümlü tədbirlər ən müasir
dünya standartlarına uyğun
reallaşdırılmış konsepsiya və proqramların
icrasından ibarət olmuşdur. İcra edilən proqramlar
onlarla, həyata keçirilən tədbirlər yüzlərlə
hesablansa da, qarşıya qoyulan məqsəd çox
konkretdir: dövlətçiliyin möhkəmləndirilməsi,
ərazi bütövlüyümüzün bərpası
istiqamətində qətiyyət göstərilməsi və
ölkə əhalisinin sosial rifah halının daha da
yaxşılaşdırılması. Respublika rəhbərliyi
daha çox xalqımızın və dövlətimizin 40-50
il sonrakı həyatı, gələcək inkişafı
üçün zəmin yaradan proqramlar icra etmişdir. Əgər
2003-cü il seçkiləri ərəfəsində və
seçkidən sonrakı iki-üç ildə dövlətin
əsas məqsədi kimi yeni iş yerlərinin
açılması, yoxsulluq səviyyəsinin
azaldılması, regionların inkişaf etdirilməsi,
infrastrukturun müasirləşdirilməsi — xüsusən təhsil,
səhiyyə, mədəniyyət, idman müəssisə və
qurğularının, yeni yol qovşağı və
körpülərin tikilib istifadəyə verilməsi idisə,
2005-ci ildən sonra yeni vəzifələr müəyyən
edildi.
Bu vəzifələr nədən
ibarət idi? Birinci, neft sektorundan əldə edilən
kapitalın insan kapitalına çevrilməsi proqramların
reallaşdırılması. İkinci, dünya alimlərinin
informasiya texnologiyaları sahəsində əldə etdiyi ən
son nəticələrin istənilən azərbaycanlı gənc
üçün əlçatan edilməsi.
Üçüncü, müstəqilliyin ilk 13-14 ilindən fərqli
olaraq daha ciddi sənaye potensialının yaradılması. Bu
üç amilin hər biri haqqında ayrıca tezisləri
olan dövlət başçısı müasir sənaye
potensialının yara-dılmasına daha böyük önəm
verdiyini dilə gətirir və bu məqsədlə dövlət
orqanlarının qarşısında mühüm vəzifələr
durduğunu söyləyir: "Biz ciddi sənaye
potensialımızı yaratmalıyıq və həmin
potensial 5 il-dən, 10 ildən sonra ölkəmizin əsas
ümumi daxili məhsulunu verəcəkdir. 50 ildən sonra —
neft hasilatı azalanda sənaye potensialı Azərbaycanın
dayanıqlı inkişafını təmin edəcəkdir.
Bu gün bunu etməliyik". Qarşıya qoyulan bu mühüm
dövlət tapşırıqlarının icrası istiqamətində
hansı addımlar atılıb?
Təbii ki, həmin 3 məsələnin
heç biri adi, sıradan olan vəzifələrdən
deyildir və ona görə də bu mühüm məqsədlərə
çatmaq üçün dövlətin imkanları, eləcə
də ölkədaxili resurslarla yanaşı (özəl
bölmənin yatırdığı sərmayə nəzərdə
tutulur) beynəlxalq əlaqələrdən də bəhrələnmək
zərurəti yaranırdı. Odur ki, konturları hələ
ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
əcnəbi şirkətlər və maliyyə qurumları
ilə əməkdaşlığın yeni mərhələsinə
start verildi. Bu tendensiya öz müsbət nəticələrini
hələ 2007-ci ildən verməyə
başlamışdı. Ölkə iqtisadiyyatına
bütün mənbələr üzrə investisiya
qoyuluşu 2003-cü ilə nisbətən 2007-ci ilin sonuna qədər
təxminən 3 dəfə artaraq 11 milyard 540 milyon dollara
çatmışdır. Bu sahədə daha
genişmiqyaslı tədbirlərin 2008-ci ildə
reallaşdırıldığını nəzərə
alsaq, onda ilin sonundakı statistik məlumatlarda daha geniş
göstəricilərlə tanış olacağımız
şəksizdir. Eyni zamanda, qeyri-neft sektoruna daxil olan birbaşa
xarici investisiyalar da 2003-cü ilə nisbətən ötən
il təxminən 9,5 dəfə artaraq 439 milyon dollara
çatmışdır. Əcnəbilərin ölkəmizə
investisiya gətirməsi üçün heç bir problem
olmadığı və əldə edilmiş əməkdaşlıq
səviyyəsindən Azərbaycanın daha çox bəhrələndiyi
də xüsusilə qeyd edilməli məqamlardandır. Bu məsələyə
dövlət başçısının verdiyi qiymət
xarici şirkətlər və əcnəbi iş adamları
tərəfindən böyük səmimiyyətlə təsdiqlənir.
Prezidentin əcnəbi sərmayədarlarla əməkdaşlığımızı
xarakterizə edən fikri belədir: "Biz etibarlı tərəfdaşıq.
Biz qarşılıqlı maraqlar əsasında işləyirik
və 1994-cü ildən bu günə kimi Azərbaycanda
işləyən şirkətlərlə, Dövlət Neft
Şirkəti, yaxud da hökumət qurumları arasında
heç bir ciddi mübahisə, heç bir ciddi münaqişə
olmamışdır. Biz bu gözəl əməkdaşlıq
mühitindən səmərəli istifadə edirik".
Dövlət
başçısının "5 ildən, 10 ildən sonra
ölkəmizin əsas ümumi daxili məhsulunu verəcəyini"
proqnozlaşdırdığı ciddi sənaye
potensialımızın əhəmiyyətli bir hissəsi
artıq formalaşıb. Sənaye potensialının artırılmasından
söz açarkən qeyd edək ki, ölkədə bu
istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində
təkcə 2007-ci ildə 20,2 milyard manatlıq sənaye məhsulu
istehsal edilmişdir. Bu göstərici 2006-cı ilə nisbətən
24 faiz çoxdur. Təbii ki, sənaye məhsulunun 72 faizdən
çoxunun mədənçıxarma bölməsində
istehsal edilməsi ulu öndər Heydər Əliyevin neft
strategiyasının nəticələridir. Prezident İlham Əliyevin
qeyri-neft sektoruna aid sənaye sahələrinin inkişaf
etdirilməsi üçün imzaladığı sənədlər
və dövlətin atdığı addımlar yaxın gələcəkdə
istehsal həcminə görə neft sektoru ilə qeyri-neft
sektoru arasındakı fərqin azalmasına və ehtimal ki, həmin
fərqin aradan qaldınlmasına zəmin yaradacaqdır. Belə
ki, 2003-cü il prezident seçkilərindən sonra dövlət
qeyri-neft sektorunun orta illik artım tempini 10 faiz həddində
saxlamağa nail olmuşdur. Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsini dövlətin prioritet məsələlərindən
biri kimi qiymətləndirən ölkə rəhbərliyi
2002-ci ilə nisbətən qeyri-neft sektorunun real
artımını 176 faizə çatdırıb. Deməli,
yaxın illərdə qeyri-neft sektorunda istehsal olunan sənaye
məhsullarının neft sektorunda istehsal olunan məhsullarla kəmiyyət
rəqabətinə girəcəyi barədə ehtimallar tam əsaslıdır.
Beynəlxalq maliyyə
qurumları Azərbaycanda həyata keçirilən bu
addımların, xüsusən, neft sektorundan əldə edilən
vəsaitin qeyri-neft sektorunun inkişafına yönəldilməsini,
əldə olunan gəlirlərdən müasir nəsil ilə
yanaşı gələcək nəsillərin də bəhrələnməsi
və gəlirlərin şəffaflığını təmin
etmək məqsədilə Azərbaycan Dövlət Neft
Fondunun yaradılmasını yüksək qiymətləndirirlər.
Eləcə də fondun fəaliyyətindəki şəffaflıq
beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Dünyanın ən mötəbər beynəlxalq təşkilatı
olan Birləşmiş Millətlər Təşkilatı
2007-ci ilin iyul ayında Azərbaycan Dövlət Neft Fondunu
"Dövlət xidmətində şəffaflığın,
cavabdehliyin və məsuliyyətin artırılmasına
görə" 'Dövlət Qulluğu Mükafatı"na
layiq görmüşdür. Xatırladaq ki, bu mükafat Şərqi
Avropa və MDB ölkələrinin dövlət təşkilatları
arasında ilk dəfə məhz Azərbaycan Dövlət
Neft Fonduna verilmişdir. Bu isə son 5 ildə ölkəmizin
daha böyük beynəlxalq nüfuz qazanmasının təzahürlərindən
biridir. Üstəlik, dövlətimizin bu uğurları gələcək
10 illərdə dayanıqlı inkişafımızın təmin
edilməsi üçün atılan addımlardan biri kimi də
qiymətləndirilir.
Təkcə son 2 ildə
ciddi sənaye potensialı yaradılması istiqamətində
aparılan tədbirlər nəticəsində 100-dən
çox istehsal müəssisəsinin
açılışı olubdur. Bu müəssisələr
gələcəkdə respublikanın üzləşə biləcəyi
istənilən maddi itkinin kompensasiya edilməsi
üçün misilsiz əhəmiyyətə malikdir.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir,
Naxçıvan və Şirvanla yanaşı ölkənin
bütün regionlarında emal və istehsal müəssisələrinin
işə salınması az qala hər gün qeydə
alınır. Son 2 ildə fılizsaflaşdırma, metallurgiya,
dəzgahqayırma kimi ənənəvi istehsalat sahələrinin
genişləndirilməsi ilə yanaşı, Gəncədə
və Şamaxıda kənd təsərrüfatı
texnikası və minik avtomobilləri istehsalına da start
verilmişdir. Mingəçevirdə kompyuter, Şamaxıda
televizor istehsal edilir. Bu birtərəfdən ölkəyə
daha çox sərmayə gətirilməsinə şərait
yaradırsa, digər tərəfdən çoxlu iş yerləri
yaradılır, idxaldan asılılığın
azalmasına səbəb olur, dünya elminin və
texnikasının nailiyyətləri ölkəmizə gətirilir.
Bu prosesləri idarə edə biləcək milli
kadrlarımız yetişir və s. Daha böyük səmərə
isə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun
artması, Azərbaycanın iti sürətlə inkişaf edən,
sənayenin müxtəlif sahələrində əmtəə
istehsalçısına və ixracatçısına
çevrilən ölkə imici qazanmasıdır.
Müdafıə Sənayesi Nazirliyinin yaranması və bu
nazirliyin müxtəlif istehsal sahələrinə malik
olması da yuxarıda sadalanan faktlarla yanaşı, ölkəmizin
gələn 10 illərdəki dayanıqlı inkişafına
hesablanmış tədbirlərdəndir.
Gələcək 10 illərdəki
inkişafımız üçün nəzərdə tutulan
istiqamətlərdən ikisi - neft sektorundan əldə edilən
kapitalın inan kapitalına çevrilməsi və
informasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiqi
məsələləri əslində bir-birini tamamlayır.
Ötən prezident seçkilərindən sonra Azərbaycanda
neft gəlirlərinin insan potensialının dünya
inkişaf proseslərinə inteqrasiyasına, eləcə də
gənclərin yüksək səviyyəli təhsillə təmin
edilməsinə xərclənməsi tendensiyası öz yeni
mərhələsinə qədəm qoymuşdur. Prezident
İlham Əliyev dövlət idarəçiliyinin bu sahəsinə
yeni keyfıyyət dəyişikliyinin gətirilməsinə
nail olmuşdur. "Qara qızıl"ın "intellektual
qızıl"a çevrilməsi üçün
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" təsdiq edilmişdir. Bu proqramın icrası
5000-dən çox gəncın
xaricdə təhsil almasına şərait yaradacaq.
Dövlət büdcəsindən ayrılan xərclərin məbləğinə
görə təhsil sahəsinin 3-cü yerdə olması da
(1 milyard dollardan çox) ölkə rəhbərliyinin bu sahəyə
göstərdiyi qayğı və diqqətin miqyasından xəbər
verir.
İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi təkcə təhsil və
elm müəssisələrində deyil, ümumiyyətlə,
cəmiyyət həyatının bütün sahələrində
gündəlik fəaliyyət normasına çevrilmişdir.
Əgər 2003-cü ildə ölkə əhalisinin cəmi
4 faizi kompyuter istifadəçisi idisə, 2007-ci ildə bu
göstərici 11 faizə çatmışdır. Evdə
internetə çıxışı olan ailələr (diqqət
yetirin, fərdlər yox, ailələr) 2003-cü ildə 8
faiz təşkil edirdisə, 2007-ci ildə bu göstərici
28 faiz olmuşdur. Təhsil müəssisələrinə gəlincə
isə, 2003-cü il-də məktəblərdə hər 1000
şagirdə bir kompyuter düşürdüsə, 2007-ci ildə
29 şagirdə bir internet çıxışı olan
kompyuter düşürdü. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin, Milli Elmlər Akademiyası və
digər dövlət qurumlarının həyata keçirdiyi
tədbirlər nəticəsində informasiya texnologiyaları
vasitələri artıq hər bir azərbaycanlı
üçün əlçatan olmuşdur. Bu isə bir,
üç, beş il üçün deyil, on illər
sonrakı inkişafımız üçün zəmin
yaradılmasıdır.
Bütün bunlar Azərbaycanda
yeridilən uzaqmənzilli sosial-iqtisadi siyasətin, aparılan
köklü islahatların, xüsusən, son 5 ildə həyata
keçirilən ciddi dövlət tədbirlərinin nəticəsidir.
Burada islahat ifadəsini xüsusilə vurğulamaq
lazımdır. Çünki son zamanlar Azərbaycanda
aparılan islahatlar beynəlxalq ictimaiyyət tərəfındən
böyük maraqla qarşılanır, səmimiyyətlə
etiraf edilir. Ötən ay Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyası özünün ənənəvi
reytinq hesabatını açıqlayarkən Azərbaycanda
keçirilən islahatları yetərincə yüksək
qiymətləndirmişdi. Dünyanın 181 dövlətindəki
biznes mühitini özündə əks etdirən "Doing
Business" reytinqi cədvəlinə Azərbaycanın
liderlik etməsi heç də təsadüfı deyil. Bu, son
illər ölkədə həyata keçirilən real
sosial-iqtisadi tədbirlərin dünya ekspertləri tərəfındən
düzgün qiymətləndirilməsidir. Əcnəbilər
bu addımları ölkədə həyata keçirilən
islahatlar kimi qiymətləndirir, yerli politoloq və ekspertlər
isə on illər sonrakı azərbaycanlıların sosial həyatı
üçün yaradılan zəmin kimi. Hər iki qiymətin
müəllifləri tamamilə haqlıdırlar.
Çünki Azərbaycan dövlətinin son 5 il-də həyata
keçirdiyi tədbirlər həm islahatların dərinləşdirilməsidir,
həm də 40-50 il sonrakı dayanıqlı
inkişafımız üçün zəmin
yaradılması.
Beləliklə, Azərbaycan
dövləti öz müstəqilliyinin 20 illiyi ərəfəsində,
yəni, müstəqil dövlətlər sırasına
qatılmasının hələ 20 ili tamam olmamış
böyük siyasi, iqtisadi və sosial nailiyyətlərə
imza atır. Heydər Əliyev siyasi müdrikliyinin məhsulu
olan siyasi kurs Azərbaycanı təkcə inkişaf etdirmir, həm
də gənc müstəqil dövlətimizə yeni, möhtəşəm
beynəlxalq nüfuz qazandırır.
İttifaq MİRZƏBƏYLİ.
Xalq qəzeti .- 2008.- 23 noyabr.- S. 1.