Həmkarlar Ittifaqları qloballaşma şəraitində
Noyabrın 21-də
Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə
və Turizm İşçiləri Həmkarlar İttifaqı
Federasiyasının "Qloballaşma şəraitində həmkarlar
ittifaqları, həmkarlar
ittifaqında üzvlüyün əsaslandırılması"
mövzusunda seminar-treninq keçirilmişdir.
Seminar-treninqi
giriş sözü ilə "Kənd-Qida-İş" Həmkarlar
İttifaqı Federasiyasının sədri, Avrasiya
Federasiyasının
vitse-prezidenti Tofıq Quliyev açaraq, məlumat verdi
ki, 12 ölkənin — Türkiyə, Azərbaycan, Rumıniya,
Çernoqoriya, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Serbiya,
Orta Asiya respublikaları və Gürcüstanın təmsil
olunduğu Avrasiya Qida, Kənd Təsərrüfatı,
Meşə və Turizm İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının 2007-ci il 31 avqustda
İstanbulda keçirilən təsis qurultayından sonra
qarşılıqlı əlaqələrin inkişafında
böyük irəliləyiş müşahidə edilməkdədir.
Qısa fəaliyyət dövründə Rumıniyanın
paytaxtı Buxarest şəhərində Federasiyanın
İdarə Heyətinin toplantısı, İzmir şəhərində
qurumun I konqresi keçirilmiş və müxtəlif ölkələrdə
silsilə seminarlar təşkil edilmişdir. Beynəlxalq təşkilatın
həmkarlar ittifaqları fəallarının maarifləndirilməsi
çərçivəsində növbəti tədbiri bu
gün Azərbaycanda keçirilir.
Sonra Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Mehbalıyevə söz verildi. Sədr
son illər Azərbaycanın əldə etdiyi iqtisadi
uğurlardan, regionda lider dövlətə çevrilməsində
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
müstəsna rol oynamasından, hüquqi dövlət quruculuğunda
həmkarların rolundan, qəbul olunan qanunlarda bu quruma
geniş səlahiyyətlər verilməsindən ətraflı
məlumat verdi. Avrasiya Federasiyasının qarşıya
qoyduğu məqsədlərin böyük əhəmiyyət
daşıdığını vurğulayan natiq seminarın
işinə uğurlar arzuladı.
Seminarda
Türkiyənin "TOLEYİS" Sendikasının genəl
başqanı, Avrasiya Federasiyasının prezidenti Camal
Bakınd da çıxış etdi. Camal Bakınd həmkarlar
ittifaqlarının müasir dünyada yeri və rolu,
qloballaşma dövründə onların üzərinə
düşən vəzifələrdən və işçilərin
əmək hüquqlarının müdafıəsində
daha böyük fəallıq göstərmələrinin
vacibliyindən danışdı.
Seminar işini
Türkiyənin Koçaeli Universitetinin professoru Sayım
Yorğun bəyin "Qloballaşma
şəraitində həmkarlar ittifaqlarının fəaliyyəti, həmkarlar
ittifaqı hərəkatının həmrəyliyinin və
birliyinin möhkəmləndirilməsi" mövzusunda məruzələr
dinlənildi və diskussiyalar aparıldı.
Seminar
noyabrın 22-də işini başa çatdırdı.
İlqar RÜSTƏMOV
Rafiq SALMANOV (foto)
Xalq qəzeti.-2008.-23
noyabr.-S.4.