Olimpiadanın qalibləri mükafatlandırılmışdır

 

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 14 ali məktəbin tələbə və magistrantları arasındaVergilərmövzusunda 3-cü Olimpiada keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris məsələləri üzrə prorektor əvəzi Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, son illərdə vergilərin tədrisində müşahidə olunan uğurlardan bəhs etmişdir. O, Olimpiadanın Dövlət İqtisad Universitetində keçirilməsindən məmnunluq ifadə etmiş, iştirakçılara uğurlar arzulamışdır.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev Olimpiadanın ali məktəblərdə vergilərlə bağlı biliklərin dərinləşməsinə vergi fənninin tədrisnin keyfiyyətinin artırılmasına müsbət təsiri barədə danışmışdır. Y.Kəlbiyev əvvəlki illərə nisbətən, bu dəfə Olimpiada iştirakçılarının sayının əhatə dairəsinin xeyli genişləndiyini diqqətə çatdırmış, olimpiadanın keçirilməsi qaydalarını ətraflı izah edərək iştirakçılara uğurlar arzulamışdır.

Sonra olimpiada iştirakçıları auditoriyalara bölünərək 2 saat ərzində sualları cavablandırmışlar. Olimpiada test üsulu ilə keçirilmişdir. Olimpiadanın nəticələri Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəssislərinin hazırladığı xüsusi kompyuter proqramları avadanlıqlar vasitəsilə qiymətləndirilmişdir.

Olimpiadanın bağlanış mərasimində Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov çıxış edərək bugünkü bilik yarışının bütövlükdə ciddi rəqabət şəraitində keçdiyini söyləmişdir. Onun sözlərinə görə, iştirakçıların topladığı ümumi bal göstərdikləri nəticələr belə söyləməyə əsas verir ki, tələbələr arasındaVergilərmövzusu getdikcə daha çox populyarlıq qazanmaqdadır onların vergi bilikləri kifayət qədər artmışdır. İstər tələbələrin fərdi olaraq, istərsə ali təhsil ocaqlarının bütövlükdə əldə etdiyi ümumi göstəricilər əvvəlki illərin müvafiq göstəricilərindən yüksəkdir.

Sonra olimpiadanın qalibləri diplomlarla qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Vaqif  BAYRAMOV.

 

Xalq qəzeti.-2008.-22 noyabr.-S.7.