Ermənistanda minimum əmək haqqını artırmağa da imkan yoxdur

 

Maliyyə naziri Tiqran Davtyan ölkə parlamentinin bu barədə təklifinin büdcədə vəsait olmadığından hökumət tərəfindən qəbul edilmədiyini bildirib
“2009-cu ildə Ermənistan iqtisadiyyatında heç bir inkişaf, irəliləyiş gözlənilmir”.
Bu sözləri ölkənin maliyyə naziri Tiqran Davtyan jurnalistlərlə görüşündə deyib. Maliyyə naziri bildirib ki, dünya maliyyə böhranı Ermənistanda acı nəticələrini indidən göstərməkdədir. Onun sözlərinə görə, növbəti ildə ölkə iqtisadiyyatında heç bir irəliləyiş gözlənilmir.

Ermənistan parlamentində 2009-cu ilin büdcə layihəsi müzakirə olunan zaman deputatların minimum əmək haqqının 40 min drama qaldırılması barədə səsləndirdikləri təkliflər parlamentin buna dəstək verməsi maliyyə nazirini daha da hiddətləndirib. O, jurnalistlərə bildirib ki, parlamentin əksər deputatları iqtisadiyyatın olduğunu dərk etmirlər. Onlar kimlərəsə xoş görünmək ya özlərini, guya xalqın qədirbiləni kimi göstərərək minimum əmək haqqının 2009-cu il yanvarın 1-dən etibarən 40 min drama çatdırılması barədə təkliflər irəli sürürlər. Daha fikirləşmirlər ki, bu vəsait haradan alınacaq? Boş xəzinədən bu qədər pul necə ödəniləcək? O, təəssüflə qeyd edib ki, parlamentin rəhbərliyi belə düşünülməmiş təkliflə razılaşıb. Maliyyə naziri jurnalistlərin diqqətinə çatdırıb ki, Ermənistan hökuməti parlamentin bu təklifini heç vaxt qəbul edə bilməz. T.Davtyan jurnalistlərə deyib ki, təsəvvür edin, mən sizə 200 dollar verməyi vəd edirəm, ancaq, cibimdə heç bir dollar da yoxdur. Parlamentin minimum əmək haqqının 40 min drama çatdırılması təklifini buna bənzədirəm. Onun sözlərinə görə, məhz bu səbəbdən büdcədə vəsait olmadığından artım gözlənilmədiyindən hökumət minimum əmək haqqının artırılması barədə deputatların təklifini qəbul etmədi. Biz gözümüz görə-görə özümüzü uçuruma ata bilmərik. Onsuz da buna yaxınlaşırıq. O deyib ki, maliyyə böhranından xilas olmaq üçün ətraflı düşünməli, iqtisadiyyatın inkişafı ilə əlaqədar yollar aramalıyıq. Bəzi deputatlar kimi düşünülməmiş təkliflər irəli sürməklə özümüzü gülünc vəziyyətə salmamalıyıq.

Siyasi iqtisadAraşdırma Mərkəzinin rəhbəri Andranik Tivanyan da 2009-cu ildə Ermənistanda vəziyyətin son dərəcə ağır olacağını bildirib. O qeyd edib ki, dövlət 2009-cu ilin büdcəsini vergi ödəmələrini kəskin surətdə yüksəltməklə artırmaq istəyir. Bu da kiçik orta sahibkarları məhv edəcək. Onun sözlərinə görə, Ermənistanın gələn ilki dövlət büdcəsinin 3,3 milyard dollara çatdırılması üçün bütün vasitələrə əl atılsa da, bu mümkün olmayacaq. Çünki ölkədə istehsal müəssisələri tədricən müflis hala düşür. Dövlət yalnız özəl sektorda vergi ödəmələrini artırmağa ümid bəsləyir. Bu da özəl sektorların fəaliyyətini heçə endirəcək.

A. Tivenyan sözünə davam edərək deyib ki, ölkədəki iqtisadi böhran xarici investorları da qorxuya salıb. Artıq Ermənistana investisiya qoyuluşu da sürətlə azalmaqdadır. Xarici investorlar ölkədəki qeyri-sabitliyin tənzimlənməməsindən ciddi narahatçılıqlarını bildirir, onlara yüksək vergi dərəcələrinin tətbiqinə etiraz edərək müəssisələrin fəaliyyətini dayandırırlar. Bu da gündən-günə çoxalan işsizliyin sayını daha da artırır.

Tivanyan digər ölkələrdə vergi ödəmələrinin azaldılmasının investorlara şərait yaradılmasını qeyd etsə , bunun Ermənistanda əksi olduğunu diqqətə çatdırıb. Bu yolla büdcənin artırılmasının qeyri-mümkün olduğunu bildirən strateji araşdırıcı çıxış yolunun yeni istehsal müəssisələrinin yaradılmasında, sahibkarlıq fəaliyyətinin gücləndirilməsində, fermerlərə kredit ayrılmasında xarici investorlara yüksək vergi dərəcələrinin tətbiq olunmamasında görür. Bunun isə mümkünlüyünə inanmadığını deyən Tivanyan dövlətin bir qrup korrupsionerin əlində alətə çevrildiyini diqqətə çatdırıb. Onun fikrincə, Ermənistanın iri infrastruktur layihələrdən kənarda qalması da iqtisadiyyatın inkişafını əngəlləyən əsas faktorlardandır: “Ölkəmizlə əməkdaşlıq etmək isətəyən dövlət yoxdur. Hansı ölkəninsə ya beynəlxalq qurumun bizə ianə verməsi əməkdaşlıq deyil. Bu, humanizm prinsiplərindən irəli gələn əməkdaşlıqdır. Bu isə bizə şərəf yox, alçaqlıq gətirir. Bizim xalq vaxta qədər ələbaxım olacaq, yardımlarla yaşayacaq? Biz artıq dünyada yardımla yaşayan ölkə kimi ad çıxarmışıq. Kimlərinsə bizə yazığı gəlməsinin vaxtsa sonu olacaq. Ondan sonra Koçaryandan miras qalmış siyasətin davam etdirilməsinin daha acı nəticələrini görəcəyik”.

İqtisadçı bildirib ki, qonşu dövlətlərdə mərkəzi banklar faiz dərəcələrini azaltdığı halda, Ermənistanda bunun əksinin şahidi oluruq. Ekspertin fikrincə, maliyyə böhranı 2009-cu ilin birinci kvartalında öz acı nəticələrini göstərəcək. Həmin vaxt artıq tikinti işləri dayanacaq, işsizlərin sayı daha da artacaq, orta kiçik biznes məhv olacaq. Ölkəni inflyasiya bürüyəcək erməni dramı qiymətdən düşəcək. Artıq o zaman Ermənistana yazığı gələn ölkə olmayacaq aclıq hökm sürəcək.
Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə bir neçə xarici şirkətlər artıq öz fəaliyyətini dayandırıb. Təkcə iki şirkətin fəaliyyətini dayandırması nəticəsində 1225 nəfər işsiz qalıb. Bu, yalnız iki şirkətin Ermənistana bəxş etdiyi işsizlərin sayıdır. “Media Konsultalman kompaniyasının rəhbəri Erix Keli Ermənistanda bir qrup dövlət məmurunun, xüsusilə prezident Serj Sarkisyanın qardaşı deputat Saşik Sarkisyanın özbaşınalığına etiraz edərək bildirib ki, hazırda Ermənistanda özəl şirkətlərin fəaliyyət göstərməsi böyük problemə çevrilib. Hərə bir tərəfdən haqq tələb edir. Bir tərəfdən vergi ödəmələrinin həddindən artıq artırılması işləməyə imkan vermir. Xarici şirkət rəhbərinin narazılığının əsas səbəblərindən biri dövlət məmurlarına onların yaxınlarına məxsus şirkətlərin vergi verməmələridir.

Ekspertlərin fikrincə, özəl bölmələrə laqeyd münasibət, ədalətsizlik ümumi daxili məhsul istehsalını heçə endirib. Bu da iqtisadiyyatda baş vermiş böhranı daha da dərinləşdirib. İşsizlərin sayı isə durmadan artır. 2009-cu ilin dövlət büdcəsi növbəti ildə insanların həyat səviyyəsinin yaxşılaşacağına ümid yaratmayıb. İqtisadçı Andranik Tivanyanın qənaətinə görə, hətta minimum əmək haqqının artırılmasına vəsait tapılmayan ölkədə hansı inkişafdan, hansı firavan həyatdan danışmaq olar? Ona görə 2009-cu ildə Ermənistanın gözlənilən aclıq fəlakətdən xilas olması qeyri-mümkündür.

 


           Əliqismət BƏDƏLOV,

 

           Xalq qəzeti.-2008.-22 noyabr.-S.7.