Azərbaycan ədliyyəsinin strateji inkişaf xətti ümummilli liderimizin adı ilə bağlıdır
1918-ci ildə
Azərbaycan Demokratik Respublikası Ədliyyə
Nazirliyinin əsasnaməsinin
təsdiq edildiyi gün — 22 noyabr xalqımızın ümummilli
lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli
sərəncamı ilə
Ədliyyə işçilərinin
peşə bayramı
günü kimi təsis edilmişdir. Bu sərəncam Azərbaycan
ədliyyə sisteminin
inkişafına göstərilən
xüsusi diqqət və qayğının təzahürü olmaqla yanaşı, ədliyyə
fəaliyyətində tarixi
varisliyi təsbit etmişdir. Ulu öndərimizin ədliyyə orqanlarına
xüsusi diqqətinin
nişanəsi olan bu günü ədliyyə işçiləri
9-cu ildir ki, öz peşə bayramları kimi böyük fərəh hissi ilə qeyd edirlər.
Peşə bayramında Azərbaycan ədliyyə tarixinə, bu orqanların keşməkeşli və
şərəfli inkişaf
yoluna, yaranmış müsbət ənənələrə
bir daha nəzər salaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün Ədliyyə Nazirliyi də təsis edildi. Bu ədliyyə
fəaliyyətinə verilən
xüsusi əhəmiyyəti
göstərirdi. Ədliyyə Nazirliyi öz işinə, ilk növbədə,
ədliyyə sisteminin
formalaşdırılması və ədalət mühakiməsinin təşkili
ilə başlamışdır.
Daxili İşlər Nazirliyinin
tərkibində olan həbsxanalar 1919-cu ildə
Ədliyyə Nazirliyinin
tabeliyinə verilmiş,
həbsxana binalarının
bərpası, məhkumların
ərzaq və ən zəruri ləvazimatlarla təchiz olunması məqsədilə
müvafiq işlər
görülmüşdür.
Sovetlər Birliyi dönəmində isə ədliyyə sistemində bolşevik prinsiplərinə xas dəyişikliklər aparıldı. Ədliyyə Nazirliyi bir neçə
dəfə ləğv
edilərək yenidən
yaradıldı. Uzun dövr
ərzində isə Ədliyyə Nazirliyinin təşkilinə belə
ehtiyac bilinmədi.
Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və
inkişafının təmin
edilməsi, ümumiyyətlə
Ədliyyə Nazirliyinin
dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması ulu öndərimiz Heydər Əliyevin zəhmətinin
bəhrəsidir. Bu da
təbiidir. Çünki məhz ulu öndərimiz
Heydər Əliyev qanunçuluğa, cəmiyyətdə
ədalət prinsipinin
bərqərar olmasına
daim xüsusi diqqət yetirmişdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başlayandan
qısa bir müddət keçdikdən
sonra — 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis edildi. Bundan sonra ədliyyə
işi daim təkmilləşdirilərək onun gələcək inkişafı üçün
münbit şərait
yaradılmışdır.
Azərbaycan ədliyyəsinin
inkişafına xüsusi
diqqət ümummilli liderimizin 1993- cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə
qayıdışından sonra
da davam etmiş, hüquq sistemində əsaslı dəyişikliklərə səbəb
olan məhkəmə-hüquq
islahatları həyata
keçirilmiş, Ədliyyə
Nazirliyinin funksiya və səlahiyyəti genişləndirilmişdir. Ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatlarına müvafiq
olaraq ədliyyə fəaliyyəti ilə bağlı bir sıra qanunlar qəbul edilmişdir.
Qəbul
olunan yeni qanunlar Ədliyyə Nazirliyinin üzərinə
yeni vəzifələr
qoymuşdur. Ədliyyə Nazirliyi bu vəzifələrin
öhdəsindən layiqincə
gəlir.
Ədliyyə orqanlarının fəaliyyəti
çoxşaxəlidir. Ədliyyə Nazirliyi qanun yaradıcılığı prosesində
yaxından iştirak edərək bir çox normativ sənədi və qanun layihələrini hazırlamışdır. Nazirliklər,
digər mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
qəbul olunan normativ-hüquqi aktlar da Ədliyyə Nazirliyində hüquqi ekspertizadan keçirilərək
qeydiyyata alınır.
Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları xidməti,
penitensiar sistem, o cümlədən istintaq təcridxanaları nazirliyin
tabeliyinə verilmiş,
ədalət mühakiməsi
əleyhinə olan və bəzi cinayətlərin ibtidai istintaqının aparılması,
bütün qeyri-tibb məhkəmə ekspertizalarının
həyata keçirilməsi,
Azərbaycan Respublikası
adından xarici dövlətlərlə və
beynəlxalq təşkilatlarla
hüquqi yardım və hüquqi sahədə əməkdaşlıq
üzrə müqavilələrin
bağlanması, onların
icrasının təmin
edilməsi, cinayət
işləri üzrə
hüquqi yardım göstərilməsi, o cümlədən
ekstradisiya və digər məsələlərin
həlli Ədliyyə
Nazirliyinə həvalə
edilmişdir.
Bələdiyyələrin fəaliyyətinə kömək
məqsədilə Ədliyyə
Nazirliyinin nəzdində
Bələdiyyələrlə İş Mərkəzi, notariat və qeydiyyatla bağlı işlərin səmərəliyinin
artırılmasına görə
Qeydiyyat və Notariat Baş İdarəsi yaradılmışdır.
Ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş
məhkəmə-hüquq islahatları
nəticəsində prinsipcə
yeni hüquq sistemi yaradılmışdır,
üçpilləli müstəqil
məhkəmə sistemi
bərqərar olunmuş,
şəffaf prosedurlar
və demokratik seçim əsasında yeni hakim korpusu formalaşdırılmış, beynəlxalq prinsiplərə
və müasir tələblərə uyğun
yeni mütərəqqi
qanun və məcəllələr qəbul
edilmişdir.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin
təmin edilməsi üçün qanunvericilikdə
bununla bağlı mühüm müddəalar
təsbit edilmiş, məhkəmələrə müstəqillik
verilmişdir. Azərbaycan Respublikası Əhalisinin
Dövlət Registri Xidmətinin aparılması
möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə
Ədliyyə Nazirliyinə
həvalə edilmişdir.
Bu, Ədliyyə Nazirliyinə göstərilən
böyük etimadın
bariz nümunəsidir.
Bununla yanaşı,
əhaliyə göstərilən
hüquqi yardımın
yaxşılaşdırılması, xüsusilə aztəminatlı
vətəndaşların hüquqi
təsisatlara müraciət
etmək imkanlarının
genişləndirilməsi və
onlara pulsuz xidmət göstərilməsi
məqsədilə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
regionların sosial-iqtisadi
inkişafı üzrə
Dövlət Proqramının
icrası çərçivəsində
Ədliyyə Nazirliyi
tərəfindən Naxçıvan
Muxtar Respublikasında,
bir sıra rayon və şəhərlərdə
regional hüquqi məsləhət
xidməti mərkəzləri
yaradılmışdır.
Ədliyyə Nazirliyi həmçinin, beynəlxalq əməkdaşlığa,
xarici dövlətlərin
ədliyyə orqanları
və nüfuzlu beynəlxalq təşkilatlarla
əlaqələrin genişləndirilməsinə
mühüm əhəmiyyət
verir. Nazirlik BMT, Avropa Şurası, ATƏT,
Dünya Bankı, Beynəlxalq Prokurorlar Assosiasiyası, Amerika Hüquqşunaslar Assosiasiyası,
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti,
Beynəlxalq Qırmızı
Xaç Komitəsi və digər mötəbər təşkilatlarla
sıx əməkdaşlıq
həyata keçirir.
Bu bayram günündə
bütün ədliyyə
işçilərini təbrik
edir, onlara xidməti vəzifələrində
uğurlar arzulayırıq.
İndi Azərbaycanın ədliyyə
orqanları ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
və möhtərəm
Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi strateji inkişaf xətti əsasında fəaliyyət göstərir.
Daxil KƏRİMOV,
Azərbaycan Milli Elmlər
Akademiyası
Fəlsəfə və
Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun
mülki hüquq və
mülki proses şöbəsinin
elmi
işçisi
Xalq qəzeti.-2008.-22 noyabr.-S.6.