Bakıda MDB ölkələri
vergi xidmətləri rəhbərlərinin əlaqələndirmə
şurasının iclası
keçirilmişdir
Noyabrın 21-də
Bakıda MDB ölkələri vergi xidmətləri rəhbərlərinin
Əlaqələndirmə Şurasının XV iclası
keçirilmişdir.
İclas
iştirakçıları əvvəlcə Fəxri Xiyabanda
ümummilli lider Heydər Əliyevin xatirəsini anmış,
məzarı önünə əklil qoymuşlar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər
Xiyabanında olmuş, Vətənin ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş Azərbaycan oğul və
qızlarının xatirəsini yad etmişlər. İclasda
Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan,
Qırğızıstan, Moldova, Tacikistanın, habelə MDB
İcraiyyə Komitəsinin və Baltikyanı dövlətlərin
vergi xidmətlərinin nümayəndələri iştirak
etmişlər.
İclası açan
Moldovanın Baş Dövlət Vergi Müfəttişliyinin
rəisi Tatyana Logina qonaqpərvərliyə görə təşkilatçılara
təşəkkürünü bildirmiş və rusiyalı
həmkarlarını noyabrın 21-də qeyd olunan peşə
bayramı münasibətilə təbrik etmişdir.
Azərbaycan vergi
nazirinin müavini Natiq Qasımov təcrübə mübadiləsi
aparılması, vergi sisteminin təkmilləşdirilməsi
baxımından bu cür görüşlərin əhəmiyyətini
vurğulamışdır.
“Azərbaycanın
müasir vergi sistemi” sənədli filmi nümayiş
etdirilmişdir.
İclasda əvvəlki
görüşdə qəbul edilmiş qərarların yerinə
yetirilməsinin gedişi, 2008-ci il üçün birgə fəaliyyət
planı, MDB ölkələri vergi qanunvericiliyinə son dəyişikliklərin
monitorinqi ilə bağlı məsələlər müzakirə
olunmuş, vergi ödəyicilərinin qeydiyyata
alınması, ikiqat verginin aradan qaldırılmasına dair
fikir mübadiləsi aparılmışdır.
İclas
iştirakçıları Vergilər Nazirliyi nəzdində
Xüsusi Rejimli Vergi Xidməti Departamentində olmuş,
hüquqi şəxslərin qeydiyyata alınmasının “bir
pəncərə” metodu ilə tanış olmuşlar.
Xalq qəzeti.-2008.-22
noyabr.-S.5.