Bakıda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə ilə bağlı seminar öz işinə başlamışdır

 

Noyabrın 24-də “Hyatt Regency” hotelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə bağlı ikigünlük seminar öz işinə başlamışdır.
Təhsil işçilərinin, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə göstərdiyi böyük diqqət qayğıdan danışmışdır.

Nazir, eyni zamanda, rəhbərlik etdiyi qurum ilə Dünya Bankı arasındakı əməkdaşlıq əlaqələrindən, başa çatmaqda olan Təhsil Sektorunun İnkişafı üzrə Birinci Layihənin uğurlu nəticələrindən bəhs etmiş TSİİL barədə ətraflı məlumat vermişdir.

2008-2013-cü illəri əhatə edəcək Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin həyata keçirilməsi üçün 45,4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti, 20,4 milyon dollarını isə Azərbaycan hökumətinin iştirak payı təşkil edir.

Ümumi təhsil sistemində Dünya Bankı ilə əvvəlki layihədə başlanılan kurrikulum, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı s. məsələlərlə yanaşı, bu layihədə məktəbə hazırlıq peşə təhsili sahəsində islahatlar nəzərdə tutulmuşdur.

M.Mərdanov xatırlatmışdır ki, müvafiq layihənin maliyyələşdirilməsinə dair 2008-ci il sentyabrın 24-də kredit sazişi imzalanmışdır.

Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizin Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır. Respublikamızda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışan Baş nazirin müavini bildirmişdir ki, son 5 ildə ölkəmizdə bu sahə üçün ayrılan büdcə vəsaitinin məbləği beş dəfə artmışdır. E.Əfəndiyev Azərbaycan təhsilinin inkişafında Dünya Bankının rolunu yüksək dəyərləndirmiş müvafiq layihənin əhəmiyyətini diqqətə çatdırmışdır.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak digər natiqlər müasir şəraitdə təhsilin inkişaf etdirilməsinin, tədrisdə yeni texnologiyalardan səmərəli istifadə edilməsinin vacibliyini söyləmiş, TSİİL-in uğurla həyata keçiriləcəyinə əmin olduqlarını bildirmişlər.

SonraDünya Bankı ilə 10 illik Təhsil İslahatı Proqramı: nailiyyətlər qarşıda duran vəzifələr”, “Azərbaycandakı təhsil islahatlarına Dünya Bankının dəstəyi digər mövzularda məruzələr dinlənilmiş, təhsilin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

 

 

Xalq qəzeti.-2008.-25 noyabr.-S.3.