Bakıda hərbçilər arasında boks üzrə dünya çempionatının təntənəli açılışı olmuşdur

 

Noyabrın 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatının rəsmi açılışı olmuşdur.
Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, ABŞ, Barbados, Belarus, Bolqarıstan, Əlcəzair, Fransa, Hindistan, İtaliya, Konqo, Qvineya, Latviya, Misir, Niderland, Özbəkistan, Sloveniya Şri-Lanka boksçuları da mübarizə aparırlar.

Yarışda Azərbaycan 11 idmançı ilə təmsil olunur.

Açılış mərasimində Azərbaycanın dövlət himni səslənmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yarış iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını salamlarını çatdırmışdır.

Nazir demişdir ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin - hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatının açılışının şahidi oluruq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərlik edəndən sonra ölkəmizdə idman bədən tərbiyəsi sürətlə inkişaf etməyə başlamışdır.

Səfər Əbiyev vurğulamışdır ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış etmişlər.

Hərbçilərin fiziki hazırlığından danışan nazir bildirmişdir ki, hər il Silahlı Qüvvələrin şəxsi heyəti arasında idmanın 14 növü üzrə yarışlar keçirilir. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) idmanın 26 növü üzrə bölmələr fəaliyyət göstərir.

Nazir vurğulamışdır ki, hərbçilərin cüdo üzrə 30-cu güləş üzrə 24-cü dünya çempionatlarından sonra yenidən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) qərarı ilə belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycan idmançılarının, o cümlədən ordu idmançılarının dünya idman aləmində nüfuzunun artdığını göstərir. Hərbçilər arasında boks üzrə dünya çempionatı MDB məkanında ilk dəfə olaraq Azərbaycanda keçirilir. 2010-cu ildə ölkəmizdə hərbçilərin güllə atıcılığı üzrə dünya çempionatının keçirilməsi nəzərdə tutulmuşdur.

MOİK-in 1995-ci ildən CİSM-in üzvü olduğunu deyən nazir bildirmişdir ki, bu il keçirilən yerli beynəlxalq yarışlarda klubun idmançıları 31 qızıl, 38 gümüş 52 bürünc medal qazanmışlar.

Səfər Əbiyev yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan etmişdir.

Mərasimdə çıxış edən CİSM-in baş katibi, polkovnik Mişel Van Meurs bildirmişdir ki, təmsil etdiyi qurum hər il hərbçilər arasında idmanın müxtəlif növləri üzrə dünya çempionatları keçirir.

Baş katib vurğulamışdır ki, Azərbaycanda idmanın inkişafına yüksək diqqət qayğı göstərilir. İdmana bu cür qayğı Azərbaycana böyük uğurlar gətirəcəkdir. Azərbaycan idmançıları Pekin Olimpiya Oyunlarında 7 medal qazanmışlar. Həmin idmançılardan 3-ü hərbçidir. Ümumiyyətlə, hər bir olimpiya oyunlarında qazanılan medalların 25 faizinin sahibi hərbçilərdir.

Mişel Van Meurs diqqətə çatdırmışdır ki, 131 ölkə CİSM-in üzvüdür. Bu təşkilatSülh naminə dostluqdevizi altında hərbçiləri bir araya gətirir. Azərbaycan Prezidenti İlham Əliyev bizim təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Əminəm ki, hərbçilərin boks üzrə 52-ci dünya çempionatı uğurla başa çatacaqdır.

Gənclər idman naziri Azad Rəhimov demişdir ki, bu çempionatın zəngin idman ənənələri tarixi ilə dünyada məşhur olan Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Azərbaycanın olimpiya hərəkatında mütəşəkkil iştirakı, idmançıların göstərdiyi yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə bərabər, həm ölkəmizdə idmana dövlət qayğısının təzahürüdür. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Nazir vurğulamışdır ki, Azərbaycan təkcə idman sahəsindəki uğurları ilə deyil, həm mühüm idman yarışlarının təşkilindəki nailiyyətləri ilə məşhurdur. Bir sıra beynəlxalq idman qurumları dünya səviyyəli yarışların bizim ölkədə keçirilməsinə tərəddüdsüz razılıq verir. Bu onu göstərir ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər.

Azərbaycanda boksun zəngin ənənələri olduğunu xatırladan nazir demişdir ki, boksçularımız dünya miqyaslı yarışlarda ölkəmizi həmişə ləyaqətlə təmsil etmişlər.

A.Rəhimov qeyd etmişdir ki, bu gün Bakıda start götürən dünya çempionatına 17 ölkədən 120-yə yaxın idmançının qatılması mübarizənin gərgin keçəcəyindən xəbər verir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan boksçuları bu çempionatda da yüksək nəticələr göstərəcəklər.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

 

          Xalq qəzeti.-2008.-25 noyabr.-S.2.