“Tehran-43”

 

1943-cü ilin noyabrında keçirilmiş Tehran konfransı II Dünya müharibəsinin gedişinə mühüm təsir göstərmişdir. Həmin günlərdən (konfrans noyabrın 29-dan dekabrın 1-dək keçirilmişdir) 65 il ötsə , Tehran konfransının tarixi əhəmiyyəti beynəlxalq miqyasda bu gün tədqiqatçılar üçün öz aktuallığını qoruyub saxlayır. Konfransın keçirilməsi zərurəti hər şeydən əvvəl müharibənin gedişində yaranmış mühüm hərbi-siyasi vəziyyətlə bağlı idi. Belə ki, faşist orduları Stalinqrad ətrafında gedən döyüşlərdə darmadağın edildikdən sonra 1943-cü ilin əvvəlində Şimali Afrikada da ağır məğlubiyyətə düçar oldular. A.Hitler Stalinqrad ətrafında vəziyyəti sabitləşdirmək üçün, hətta feldmarşal Rommelin komandanlıq etdiyiAfrika korpusununəsas hissələrini Liviya Misirdən çıxararaq sovet-alman cəbhəsinə göndərməyə məcbur olmuşdu.

Stalinqrad Əl-Əlameyn ətrafında faşist dövlətlərinin ağır məğlubiyyəti II Dünya müharibəsinin gedişində əsaslı dönüş yaratdı. Adolf Hitlerinsürətli müharibəyolu ilə qələbə qazanmaq planları növbəti dəfə boşa çıxdı döyüş bölgələrində hərbi-siyasi, strateji təşəbbüs anti-Hitler koalisiyasına daxil olan müttəfiq dövlətlərin, ilk növbədə SSRİ-nin əlinə keçdi. Bu hadisələrdən sonra Avropadakı bütünhərbi teatr”larda faşist orduları sürətlə geri çəkilməyə başladılar. Həmin ilin yayında isə Hitler ordularıOryol-Kursk qövsün”də ağır məğlubiyyətə düçar oldular.

1943-cü ilin sentyabrında ingilis-amerikan qoşunları Sicilya adasına desant çıxardıqdan sonra A.Hitlerin ən yaxın müttəfiqi sayılan faşist İtaliyası məğlub olaraq müharibədən çıxdı. Fürrerin ən sədaqətli dostu Benito Mussolini isə Berlinə qaçmalı oldu. Avropanın, eləcə SSRİ-nin işğal olunmuş ərazilərində faşistlərə qarşı partizan müqavimət hərəkatı durmadan güclənirdi. ABŞ-ın 1941-ci ilin dekabrında SSRİ Böyük Britaniyanın tərəfində müharibəyə daxil olması anti-Hitler koalisiyasını daha da gücləndirdi. Müharibənin gedişində qüvvələr nisbəti bu koalisiyanın xeyrinə dəyişdi. Asiya Sakit Okean hövzəsində Amerika ilə Yaponiya arasında gedən hərbi əməliyyatlarda da strateji təşəbbüs artıq Vaşinqtonun əlinə keçmişdi. O dövrdə yaranmış belə bir durumda müttəfiq dövlətlərin liderləriBöyük Britaniyanın Baş naziri Uinston Çörçill, ABŞ-ın Prezidenti Franklin Ruzvelt, eləcə sovet rəhbəri marşal İosif Stalin yüksək səviyyədə görüşmək üçün qərar verdilər. Görüş üçün ən təhlükəsiz məkan Tehran seçilmişdi. Sammitin ən önəmli tərəflərindən biri o idi ki, bu görüş 3 liderin ilk birgə görüşü idi (o vaxta qədər F.Ruzvelt ilə İ.Stalin şəxsən tanış deyildir). Lakin dünyanın bir çox regionlarında güclü agenturaya malik faşist Almaniyasının əks-kəşfiyyat xidməti bu sammitin keçiriləcəyi məkan vaxt barədə artıq məlumat əldə edə bilmişdi.

Görüş barədə məlumat alan A.Hitler “anti-faşist 2" koalisiyasının rəhbərlərinin terror vasitəsilə məhv edilməsi üçün məxfi əks-kəşfiyyat təşkilatlarına şəxsən göstəriş vermişdi. Sui-qəsdin təşkili işinə imperiya baş təhlükəsizlik idarəsinin (RSXA) VI şöbəsinin (xarici kəşfiyyat) rəisibriqaden - fürer SS" Valter Şellenberq Abverin” (hərbi əks-kəşfiyyat) rəhbəri admiral Kaparis şəxsən nəzarət edirdilər. Bir sözlə, görüş ərəfəsində İran paytaxtı ingilis - sovet, eləcə amerikan kəşfiyyatının ciddi səyləri nəticəsində faşistlərin Tehranda sui-qəsd təşkil etmək cəhdləri boşa çıxdı. Tehran konfransının gedişi nəticələri əsasən sovet diplomatiyası üçün uğurlu oldu. U.Çörçillin çox ehtiyat etdiyi və “Asiya tülküsü” adlandırdığı İ.Stalin konfrans gedişində uğurlu gedişlər edərək öz rəqiblərinin psixoloji təzyiqlərini dəf edə bildi və diplomatik dillə desək, onları neytrallaşdırdı. Belə ki, U.Çörçillin İ.Stalini təkləmək cəhdləri uğursuzluqla nəticələndi. F.Ruzveltlə yenicə tanış olan İ.Stalin öz diplomatik jestləri ilə tez bir zamanda ABŞ prezidentinin rəğbətini qazandı. Amerika prezidentinin təhlükəsizliyini əsas götürən İ.Stalin, hətta, konfrans boyunca F.Ruzveltin sovet səfirliyində qalmasına nail oldu. Uzaqgörən və müdrik bir siyasi xadim olan F.Ruzvelt yaxşı dərk edirdi ki, belə bir ağır dönəmdə Qərb dövlətlərinin SSRİ-ni təzyiqlərə məruz qoymaq siyasəti sonda beynəlxalq miqyasda təhlükəli nəticələr verə bilər. Məsələ burasındadır ki, Qərb dövlətləri Avropada ikinci cəbhəni açmağa əsla tələsmirdilər. Onlar bu yolla Almaniya ilə SSRİ-nin zəifləməsinə nail olmağa çalışırdılar. Konfrans zamanı isə U.Çörçillin müxtəlif iradlarına rəğmən, F.Ruzvelt İ.Stalinin Avropada ikinci cəbhənin 1944-cü ilin iyununa qədər açılması fikri ilə razılaşdı. İ.Stalin U.Çörçillin bu məsələ ilə bağlı bir şıltaqlığını da dəf edə bildi.Belə ki, U.Çörçill ikinci cəbhənin İngiltərə üçün daha əlverişli olan Balkanlarda açılmasını təklif edirdi. Lakin U.Çörçillin bu cəhdi də baş tutmadı. F.Ruzvelt ilə İ.Stalinin birgə səyi nəticəsində belə razılıq əldə olundu ki, ikinci cəbhə Normandiya əyalətində açılsın. Bu qərar, əlbəttə ki, sovet diplomatiyasının, İ.Stalin siyasətinin qələbəsi idi.

Elxan RZAYEV

 

Xalqzeti.-2008.-26 noyabr.-S.6.