On ayda əmtəə dövriyyəsinin həcmi 8,7 milyard manat olmuşdur

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə 2008-ci ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,6 faiz üstələyərək, 8,7 milyard manat olmuşdur. Dövriyyənin 16 faizi hüquqi şəxslərin, 44,4 faizi mütəşəkkil təşkil olunmuş yarmarka bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,6 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır. Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 5,6 milyard manatlıq ərzaq, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılmış 2007-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,1 30,1 faiz artmışdır.

On ay ərzində əhaliyə 2,7 milyard manatlıq ya 29,7 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 79,7 faizi hüquqi, 20,3 faizi fiziki şəxslərin payına düşmüş onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,9 7,4 faiz çox pullu xidmət göstərilmişdir.

On ayda ticarət xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1343,2 manatlıq ya əvvəlki ilin eyni dövründəkindən 399,6 manatlıq çox müxtəlif istehlak malları almış pullu xidmətlərdən istifadə etmişdir.

 

 

T.ƏLİYEV.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.6.