Ölkənin sosial-iqtisadi inkişafı insanların
rifahını gündən-günə yaxşılaşdırır
Oktyabrın 24-də
dövlət başçısı kimi yenidən and içən
Prezident İlham Əliyev tədbir iştirakçıları
qarşısında nitq söyləyərkən bir çox məqamlardan
əhatəli şəkildə söz açdı. Mən əhalinin
sosial müdafiəsi sahəsini təmsil etdiyimə görə
cənab Prezidentin bilavasitə bu istiqamətdə həyata
keçirilmiş tədbirlər və perspektivdə nəzərdə
tutulan layihələr barədə söylədiyi fikirləri
daha maraqla izlədim. Həmin nitqi dinlədikdən sonra bir
daha əmin oldum ki, “Azərbaycan dövləti Azərbaycan
xalqının sosial-rifahının
yaxşılaşdırılması üçün
mümkün olan bütün tədbirləri həyata
keçirir” — deyən ekspertlər tamamilə haqlıdırlar.
Çox şadam ki, dövlətin bu sahədəki siyasətinin
həyata keçirilməsində bizim nazirliyin və bizim mərkəzin
də xidməti kifayət qədər olmuşdur.
Əlbəttə, ən
mühüm məsələlərdən biri əhalinin aztəminatlı
təbəqəsinin sosial müdafiəsini təmin etməkdir.
2008-ci ilin 9 ayı ərzində Şəki rayonu üzrə
ünvanlı dövlət sosial yardımı almaq
üçün rayon əhalinin sosial müdafiəsi mərkəzinə
2894 ailə müraciət etmişdir. Qanunvericilikdə nəzərdə
tutulmuş sənədləri düzgün hazırlayan və
mərkəzə təqdim edən 2894 ailənin sənədləri
ünvanlı sosial yardım və sosial müavinətlər
sektorunun məsləhətçiləri tərəfindən
qəbul edilmişdir.
Sənədləri qəbul
edilən 2894 ailənin sənədlərinə ünvanlı
dövlət sosial yardımı təyin edən komissiya tərəfindən
baxılmış, 2893 ailəyə sosial yardım təyin
edilmişdir. Hal-hazırda 1874 ailənin 8470 ailə
üzvünə 171422.67 manat məbləğində
ünvanlı dövlət sosial yardımı təyin edilərək
ödənilir. Hər bir nəfər ailə üzvünə
təyin edilən ünvanlı dövlət sosial
yardımının orta aylıq məbləği Şəki
rayonu üzrə 20.24 manat, hər bir ailəyə düşən
ünvanlı dövlət sosial yardımının orta
aylıq məbləği 91.47 manat təşkil etmişdir.
Müqayisə üçün bildiririk ki, 2007-ci ilin yanvar
ayında hər bir ailəyə düşən
ünvanlı dövlət sosial yardımının orta
aylıq məbləği 38,63 manat, hər bir ailə
üzvünə düşən ünvanlı dövlət
sosial yardımının orta aylıq məbləği isə
9,45 manat olmuşdur. Müddət ərzində 1 ailəyə
ailənin orta aylıq gəliri hər bir ailə üzvü
üçün ehtiyac meyarı məcmusundan yuxarı
olduğu üçün ünvanlı dövlət sosial
yardımı təyin edilməsindən imtina edilmişdir.
Ünvanlı dövlət
sosial yardımı təyin edilən ailələrdən 16
ailə müharibə əlillərinin, 418 ailə digər səbəbdən
əlil olanların ailələri, 39 ailə isə məcburi
köçkün ailələridir. 158 ailə isə 1
yaşadək uşağı olan aztəminatlı ailələrdir.
Məlumat
üçün bildiririk ki, Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
“Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən
çıxarılması məqsədilə uyğun vasitələrin
müəyyən edilməsi üçün sorğu anketi”
hazırlanmış və 2007-ci ilin yanvar ayından həmin
anketin tətbiqinə başlanılmışdır. Artıq
980 ailəyə qeyd edilən sorğu anketləri
doldurulmuşdur.
Hesabat dövründə
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların 25 nəfər qəyyumunun hər
birinə ayda 25 manat olmaqla müavinət təyin olunmuş və
9 ay ərzində həmin məqsəd üçün 2620
manat vəsait xərclənmişdir. Yeni uşağın
doğulması ilə əlaqədar birdəfəlik
müavinət almaq üçün mərkəzə 1489 nəfər
müraciət etmiş, onların hər birinə 35 manat məbləğində
müavinət təyin olunaraq ödənilmişdir. Bu məqsəd
üçün 52562 manat vəsait xərclənmişdir.
2008-ci il sentyabrın 1-dən hər uşaq üçün
50 manat birdəfəlik müavinət ödənilir.
Şəki rayonu ərazisində
yaşamış, Azərbaycanın Milli Qəhrəmanı
adı verilmiş 1 nəfərin ailəsinə hər ay 600
manat, əməkdar fəxri adlarına layiq
görülmüş 7 nəfərin hər birinə hər
ay 30 manat, “Şəhid ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdü”nün təsis
olunması ilə əlaqədar 268 şəhidin 394 ailə
üzvünə hər şəhid üçün hər
ay 100 manat məbləğində hesablanaraq müddət ərzində
ödənilmişdir. Bu məqsədlə 9 ay ərzində
249987.21 manat vəsait xərclənmişdir.
Kommunal, nəqliyyat və
digər güzəştlərə görə Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarında iştirak edib
müharibə veteranı adı almış 500 nəfərin
hər birinə müavinət təyin olunaraq hər ayda 25
manat məbləğində ödənilmişdir. Başqa
ölkələrin ərazisində gedən məhəlli
müharibələrdə və hərbi münaqişələrdə
hərbi birləşmələrin tərkibində iştirak
etmiş 130 nəfərin hər birinə ayda 25 manat məbləğində
müavinət təyin olunaraq ödənilmişdir. 51 nəfər
əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi
üzvlərinin hər birinə 12 manat məbləğində
müavinət təyin olunaraq müddət ərzində
ödənilmişdir. Bu məqsədlə 9 ay ərzində
98447.68 manat vəsait xərclənmişdir.
Şəki Bələdiyyəsinin
20 aprel 2007-ci il tarixli iclasının qərarına əsasən
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
inzibati binanın tikilməsi məqsədi ilə şəhərin
M.Rəsulzadə prospekti ilə A.Məmmədov küçəsinin
kəsişdiyi ərazinin şimal-qərbində 780 kvadratmetr
torpaq sahəsi ayrılmışdır. Ayrılmış
torpaq sahəsində 2 mərtəbəli inzibati idarə
binasının tikintisinə başlanılmış və
may ayında həmin bina Şəki Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin istifadəsinə
verilmişdir.
2006-cı ildə II qrup
Qarabağ müharibəsi əlili, Baş Göynük kənd
sakini Nağıyev Nüsrət Samit oğlu
üçün, 2007-ci ildə II qrup Qarabağ müharibəsi
əlili, Daşüz kənd sakini Əliyev Əhməd Məmməd
oğlu üçün və II qrup Qarabağ müharibəsi
əlili, Baş Layısqı kənd sakini Ağammədov
Elşən Əlheydər oğlu üçün fərdi mənzillər
tikilərək onların istifadəsinə verilmişdir.
2008-ci ildə isə I
qrup Qarabağ müharibəsi əlili Aslanov Eyvaz Məmməd
oğluna və II qrup Qarabağ müharibəsi əlili Məmmədov
Araz Rafiq oğluna Oka markalı minik avtomobilləri
verilmişdir.
Bu il, eyni zamanda, I qrup
Böyük Vətən müharibəsi əlili, 103
yaşlı Məmmədov Mənəf Məmmədbağır
oğluna möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
adından Oka markalı minik avtomobili, 1 ədəd soyuducu və
1 ədəd televizor hədiyyə verilmişdir.
Sonda bir faktı təkrarlamaq
istəyirəm. Belə ki, 2007-ci ildə Şəkidə hər
şəxsə düşən ünvanlı sosial yardım
9,45 manat idisə, bu il həmin göstərici 20,24 manat
olmuşdur. Fərq iki dəfədən də çoxdur. Gələn
il bu fərqin daha da böyüyəcəyi şəksizdir.
Ölkə rəhbərliyi
tərəfindən sosial sahədə aparılan uğurlu
islahatların həyata keçirilməsi, sosial-iqtisadi
inkişafın sürətlənməsi, insanların həyat
səviyyəsinin yüksəldilməsi istiqamətlərində
üzərimizə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışacağıq.
Məhəmməd NƏSİBOV,
Şəki Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru
Xalq qəzeti.-2008.-26
noyabr.-S.2.