DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

 

DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, ölkəmizdə məcburi dövlət sektoru sığortası sahəsində fərdi uçotun tətbiq olunması Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının mənbələrindən əmək ödənişi məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb olunması zərurətini ortaya qoymuşdur. Bu zərurət beynəlxalq təcrübədən irəli gəlmişdir.

Xatırladaq ki, hələ 2005-ci ilin 7-9 sentyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya Sosial Fondları Assosiasiyasının digər beynəlxalq təşkilatların təşkilatçılığı ilə Bakı şəhərindəQloballaşma əmək miqrantlarının sosial müdafiəsimövzusunda keçirilən beynəlxalq konfransda bütün bunlar əsas müzakirə obyekti kimi seçilmişdi. Konfransın yekun sənədi kimi qəbul olunmuş (iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır) Bakı bəyannaməsində əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı birmənalı tövsiyələr öz əksini tapmışdı. Bütün bunlar nəzərə alınaraq, “Sosial sığorta haqqındaAzərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər edilmiş 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına başlanmışdır.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı fondda aparılan bu cür məqsədyönlü işlərin nəticəsində getdikcə artır. Belə ki, hazırda fərdi uçot sistemində 79 ölkədən 6238 nəfər xarici vətəndaş qeydiyyatdadır.

Göstərilən ölkələr arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Onların sayı hələlik 3647 nəfərdir. İkinci yerdə isə Gürcüstan vətəndaşları gəlir fərdi uçot sistemində qeydiyyata alınan qonşu dövlətin vətəndaşlarının sayı 988 nəfərdən ibarətdir. Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan xarici ölkə vətəndaşlarının sayına görə üçüncü yerdə Rusiya Federasiyası qərarlaşıb — 444 nəfər. Sonrakı yerlərdə İran İslam Respublikası (181 nəfər), Hindistan (138 nəfər), Çin Xalq Respublikası (75 nəfər) s. ölkələr gəlir.

 

Z. BƏŞİRQIZI.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.8.