Yığmamızın ikinci qələbə
sevinci
Azərbaycanın qadınlardan
ibarət milli həndbol komandası Çernoqoriyada keçirilən
2009-cu il dünya çempionatının
seçmə mərhələsində
ardıcıl ikinci qələbə sevinci yaşamışdır. Startda bolqarıstanlı
rəqiblərini məğlubiyyətə
uğradan həmyerlilərimiz
ertəsi gün İtaliya komandası ilə oyundan sonra da meydandan
qalib ayrılmışlar
— 28:25.
İkinci turun digər iki görüşündə
turnir sahibləri Çernoqoriya həndbolçuları
Finlandiya kollektivi üzərində qələbə
qazanmış — 37:24, Sloveniya
idmançıları isə
bolqarlardan güclü
olmuşlar — 31:20.
Bu komandalar dünya çempionatının pley-off
mərhələsinə yeganə
vəsiqə uğrunda
2-ci qrupda mübarizə
aparırlar. İki turdan sonra turnir cədvəlinə Çernoqoriya və Azərbaycan yığmaları
başçılıq edirlər.
Liderlərin hərəyə 4 xalı var, lakin meydan sahiblərinin
komandasında vurulan və buraxılan topların fərqi daha yaxşıdır.
Dünən turnirdə istirahət günü idi. Bu axşam keçiriləcək
üçüncü turda
həndbolçularımız Finlandiya komandası ilə görüşəcəklər.
Xalq qəzeti.- 2008.- 28 noyabr.- S. 8.