ABŞ-ın xarici siyasət kursunda varislik prinsipləri daim prioritet yer tutur

 

ABŞ-ın yeni seçilmiş 44-cü prezidenti Barak Obama öz komandasının formalaşdırılmasını artıq başa çatdırmaq üzrədir. Gələcək adminstrasiyada mühüm əhəmiyyət kəsb edən xarici siyasət idarəsinin rəhbərinin adı da bəllidir. ABŞ-ın dövlət katibi postunu Nyu-York ştatından olan senator, seçkiqabağı kampaniya zamanıpraymerizlərdəDemokratlar Partiyası daxilində B.Obamanın əsas keçmiş rəqibi xanım Hillari Klinton (eks-prezident Bill Klintonun həyat yoldaşı) tutacaqdır. Bu faktın özü onu göstərir ki, Amerika hökumətində belə əhəmiyyətli vəzifəyə qadın siyasətçilərin təyin edilməsi artıq ənənə şəklini almaqdadır. Belə ki, xanım H.Klinton M.Olbrayt, K.Rays kimi tannımış qadın siyasətçilərindən sonra üçüncü qadın siyasətçi olacaqdır.

Prezident Barak Obama ölkənin gələcək xarici siyasət kursu ilə bağlı mətbuat qarşısında çıxışlarında, açıqlamalarında bir sıra vacib problemlərə toxunmuşdur. Siyasi müşahidəçilərin fikrincə, bu çıxışların dərin təhlili onu deməyə əsas verir ki, B.Obama seçkiqabağı kampaniya dövründən fərqli olaraq indiki açıqlamalarında daha ehtiyatlı mövqe tutmağa çalışır.

Məsələn, son mətbuat konfranslarında B.Obama tərəfindən İran digər bu kimi ölkələrin, siyasi dairələrin ünvanına söylənən sərt fikirlər onu göstərir ki, ölkənin xarici siyasətində strateji önəm daşıyan bəzi problemlərə münasibət (o cümlədən, beynəlxalq terrorçuluğa, radikal ekstremizmə, müxtəlifşər qüvvələrəqarşı mübarizə, bəzi siyasi dairələrin nüvə ambisiyalarının qarşısının alınması, dünyada demokratiya, sülh insan haqlarının qorunması s.) əvvəllər olduğu kimi mühüm əhəmiyyət kəsb edəcək əsasən, dəyişməz qalacaq. Bu strateji problemlərə əvvəlki dövrlərdəkinə nisbətən fərqli münasibət özünü yalnız ayrı-ayrı taktiki gedişlərdə göstərə bilər.

Amerika tarixində ilk dəfə olaraq qara dərili siyasi xadim B.Obamanın prezident seçilməsi keçmiş marksist liderlərin təbirincə desək, əsasənüçüncü dünya ölkələrində”, ilk növbədə Yaxın Orta Şərq, Afrika, Latın Amerikasındakı bir çox dövlətlərin geniş ictimaiyyəti, siyasi dairələri tərəfindən böyük ajiotaj xüsusi rəğbətlə qarşılandı. Dövlət Departamentinin xüsusiqara siyahısındaadları daim ön cərgədə duran İran, Suriya, Sudan, Venesuela, Kuba, Zimbabve digər ölkələrin siyasi dairələrində bu mühüm hadisə ilə əlaqədar əsileyforiya dönəmiyaşandı.

ABŞ-ın xarici siyasət kursu ilə əlaqədar uzun bir dövr ərzində formalaşmış artıq ənənə şəklini almış müəyyən varislik prinsipləri mövcuddur. Bu varislik prinsipləri isə ABŞ-ın ilk növbədə milli-həyatı maraqları ilə bağlı əsas müddəaları özündə əks etdirir. Eyni zamanda, bu varislik prinsipləri müəyyən tarixi, fəlsəfi, etik dəyərlərə, yazılmamış qanunlara əsaslanır. Yəni, bu o deməkdir ki, evə hansı siyasi xadimin ya partiyanın sahib olmasından asılı olmayaraq, beynəlxalq aləmdə ABŞ-ın milli-həyatı maraqları hər şeydən üstün tutulmalı yeridilən strateji xarici siyasət kursu yuxarıda qeyd edilən dəyərlərə, prinsiplərə, ənənələrə söykənməlidir. Heç şübhəsiz, bu baxımnan B.Obama da öz vəzifəsinin icrasına başladıqdan sonra bu ənənəyə daim sadiq qalacaq Amerikanın milli maraqlarını hər şeydən üstün tutacaqdır.

Ola bilsin ki, B.Obama beynəlxalq aləmdə cərəyan edən müxtəlif hadisələrə öz əvvəlki sələflərindən bir qədər fərqli münasibət göstərsin, ancaq ABŞ üçün strateji, prioritet xarakter daşıyan problemlərlə bağlı o, yalnız taktiki fərqli gedişlərə yol verə bilər. Məhz bu səbəbdən , adlarıqara siyahıyadüşmüş ölkələrin hakim siyasi dairələrində B.Obamanın qələbəsi ilə bağlı hökm sürənsiyasi ajiotaj eyforiyabir qədər yersiz, primitiv absurd görünür. Bu məsələ ilə bağlı daha bir mühüm cəhətə diqqət yetirmək yerinə düşərdi. Bu da ilk növbədə seçkilər ərəfəsində B.Obamanın erməni diasporunun dəstəyini qazanmaq üçün söylədiyi fikirlərlə əlaqədardır. Belə ki, seçkiqabağı kampaniya zamanı uğursuzluğa düçar olan senator H.Klintonla yanaşı, B.Obama da prezident seçiləcəyi halda, “qondarma erməni soyqrımınıntanınması probleminə müsbət yanaşacağı barədə bir sıra bəyanatlar verilmişdi. Əgər təxminən son 40 il ərzində ABŞ-da keçirilən prezident seçkiləri tarixinə nəzər salsaq görərik ki, erməni diasporunun dəstəyinə nail olmaq üçün bu problemdən manipulyasiya vasitəsi kimi istifadə etmə faktları demokrat namizədlər üçün artıq bir ənənə halını almaqdadır. Məsələn, eks -prezident B.Klinton da 1992-ci il seçki kampaniyası zamanı belə vədlər vermişdir. Lakin eks-prezident B.Klintonun timsalında biz onun da şahidi olduq ki, heç hər bir demokrat namizəd seçki finişindən sonra erməni diasporuna verdiyi vədi həyata keçirmək istəmir. Məhz bu səbədən B.Obamanın erməni diasporunun ünvanına söylədiyi reveranslar heç onun erməni lobbisi ilə bağlı olduğunu əsaslandırmır. B.Obama üçün erməni mənafeyi yoxdur, ABŞ-ın mənafeyi var.

 

Elxan RZAYEV .

 

Xalq qəzeti.-2008.-28 noyabr.-S.6.