Meliorasiya suvarma sistemlərinin inkişafı dövlətimizin diqqət mərkəzindədir

 

Azərbaycan Respublikası inkişaf etdikcə, müstəqilliyimiz möhkəmləndikcə əhalinin sosial problemləri həll edilir, bütün sahələrdə tərəqqi aydın hiss olunur. Çox sevindirici haldır ki, Azərbaycan Qafqazda lider ölkəyə çevrilmişdir. Bu o deməkdir ki, son illər ölkəmizdə iqtisadiyyat sürətlə irəliləməkdədir ən başlıcası insanlar rahat firavan həyat sürürlər.

Son illər ölkənin kənd təsərrüfatına xüsusi qayğı göstərilir ki, bu da məhsuldarlığın əsaslı şəkildə artmasına, kənd təsərrüfatı məhsulları bolluğuna gətirib çıxarmışdır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təsərrüfat islahatları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanda digər təsərrüfat sahələri kimi kənd təsərrüfatının da davamlı inkişafını təmin etmişdir. Söz yox ki, meliorasiya suvarma sistemlərinin dövlətin daim diqqət mərkəzində olması bu sahədə əsaslı nailiyyətlərin qazanılmasına şərait yaratmışdır.

Ölkədə meliorasiya su təsərrüfatı sahələrinin inkişafına, əsasən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ildən sonra diqqət yetirilməyə başlanmışdır. Ulu öndərin göstərişinə əsasən “2003-2010-cu illər üzrə meliorasiya su təsərrüfatının inkişaf Konsepsiyası İnvestisiya Proqramıhazırlanmış hazırda bu proqramın həyata keçirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu proqram sahənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir, islahatların sürətləndirilməsi, mövcud istehsal fondlarının qorunub saxlanması, meliorasiya irriqasiya obyektlərinin inşasına xarici investisiyaların cəlb edilməsi digər tədbirləri əhatə edirdi.

Artıq bu istiqamətdə ciddi layihələr həyata keçirilmişdir. Ümummilli liderin göstərişlərini əsas tutaraq Konsepsiya İnvestisiya Proqramı əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə meliorasiya su təsərrüfatı sahəsinə yönəldildi. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi digər investorlar tərəfindən kredit xətləri açıldı.

Abşeron suvarma sistemi Samur-Abşeron kanalı vasitəsilə suyu əldə edir. Bu kanalın yenidən bərpası ilə əlaqədar yeni layihə həyata keçirilmişdir. Belə ki, həmin layihə əsasında kanalın 500 kilometrlik hissəsinin bərpası istiqamətində işlər bu gün davam edir. Onu qeyd etmək istəyirəm ki, Samur Baş Suqəbuledici qurğusunun bərpası 2002-ci ildə 187 km uzunluğunda təsərrüfatlararası kanalların qurulması, Baş sudurulducu qurğunun tikintisi (2006-cı il) başa çatdırılmışdır. Kanalda tikinti işlərinin sona çatmasından sonra Abşeron yarımadasında əhalinin, sənayenin kənd təsərrüfatının içməli, texniki suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində mühüm irəliləyişlər olmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi iləSamur-Abşeron suvarma sisteminin yenidənqurulmasılayihəsinin maliyyələşdirilməsinə 2006-cı ildə 37 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına bir neçə yeni obyekt inşa olunmuşdur.

Abşeron suvarma sisteminin inkişafı dövlətimizin daim diqqət mərkəzindədir. Meliorasiya su təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadə Abşeronda suvarma sisteminin fəaliyyətinə xüsusi nəzarət edir. Bizə problemlərimizin həllində yaxından köməklik göstərir.

Onu da bildirmək istəyirəm ki, respublika Prezidenti möhtərəm İlham Əliyevin tapşırığı ilə onun gələcək inkişafının təmin edilməsi sahəyə investisiya qoyuluşunun gücləndirilməsi məqsədi iləMeliorasiya su təsərrüfatının inkişafı üzrə Milli Proqram (2007-2015-ci illər)” qəbul olunmuşdur.

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2007-2015-ci illərdə ümumi tutumu 772 milyon kubmetr olan 16 su anbarı, 825 km uzunluğunda suvarma kanalları tikiləcək, 43,4 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək, 21,5 min hektara yaxın suvarılan torpaqlarda kompleks yenidənqurma işləri aparılacaq, 385 min hektardan artıq suvarılan sahənin su təminatı 256 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Eyni zamanda, 362 min hektar sahədə suvarma kollektor-drenaj şəbəkələri yenidən qurulacaq, 118 min paqonometr qoruyucu bənd, o cümlədən, 68 min paqonometr beton bənd tikiləcək, yaşayış məntəqələri minlərlə hektar kənd təsərrüfatı əkinləri sel daşqın sularından mühafizə ediləcəkdir.

Abşeron Suvarma Sistemləri İdarəsi suvarma mənbəyi Ceyranbatan su anbarı olan Abşeron magistral kanalı vasitəsilə Abşeron rayonunun əkin sahələrini suvarma suyu ilə təmin edir.

Abşeron suvarma sistemi 73,2 km Abşeron magistral kanalı, 33,6 km qol kanaldan, 1500 km qapalı şəbəkə, 213 ədəd hidrotexniki qurğudan 31 nasos stansiyadan ibarətdir. Bizim idarə 2008-ci il suvarma mövsümünü mütəşəkkil surətdə başa vurmaqdadır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir.

rdalan-1 nasos stansiyasına 1,6 km, yemçilik institutunun əkin sahələrinin suminatını yaxşılaşqdırmaqqsədiylə 2,5 km, Zəfəran-Bilgəhdə 600 metr uzunluğunda boru kəməri çəkilmişdir.

Bir ədəd 320 kva güc transformatoru, 8 ədəd müxtəlif gücdə olan elektrik mühərriki, 29 ədəd nasos aqreqatı əsaslı təmir olunmuşdur.

Abşeron magistral kanalında mexanizmlərin gücü ilə 141 min kubmetr lildən təmizləmə işləri aparılmışdır.

Pirşağı, Məhəmmədi, Məmmədyarov, Bilgəh, Binə, Hövsan, Zirə nasos stansiya binaları və onların gözətçi binaları əsaslı təmir edilmişdir.
Hazırda qışa hazırlıqla əlaqədar idarəyə məxsus olan maşın mexanizmlərinin təmir olunması və saxlanması üçün bağlı bokslar, nasos elektrik mühərriklərinin və elektrik avadanlıqlarının saxlanması üçün anbar tikilir, işçilər üçün isti geyimlər alınmışdır.

Bundan başqa keçmişSubtropiksovxozunun torpaqlarını münbitləşdirmək üçün tikilmiş 13 km uzunluğunda kollektor-drenaj sistemi yenidən təmizlənib tam təmir olunmuş, nasos stansiyası yeni standartlara uyğun rekonstruksiya edilmişdir. Burada yeni tip nasos aqreqatları quraşdırılmışdır ki, bunun da nəticəsindəSubtropik” KİTM-nin əkin sahələri Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sahələrində olan qurunt suları tam çəkilmişdir.

Cari ildəAnburankurortunun 40 hektar yaşıllıq sahəsini suvarma məqsədiylə bir ədəd yeni standartlara uyğun 12 km təzyiqli boru xətti ilə birlikdə nasos stansiyası tikilmişdir.

Qeyd edilənlərlə yanaşı, Abşeron SSİ-nin təşəbbüsü ilə “İFAT” təşkilatının xətti ilə Yuxarı Pirşağı kanaldında təmizləmə, təmir işləri aparılır. Bundan başqa Mehdiabad, Saray kəndlərinin ərazilərini suvarma suyu ilə təmin etmək üçün Binəqədi, Saray-1, Novxanı nasos stansiyaları təmir olunaraq, onların təzyiqli boru xətləri qeyd edilən təşkilatın gücü ilə yeniləşdirilir.

Abşeron magistral kanalı 73,02 km uzunluğunda yaşayış məntəqələrindən keçir. Bu ərazilərdə yaşayanlar məişət tullantılarını kanala yaxud da kanalın ətrafına tökürlər ki, bunun da nəticəsində kanalın ətrafında xoşagəlməz mənzərə yaranır. Tərəfimizdən kanalın əhatə daiərsində yerləşən bələdiyyələrə məktubla müraciət etməyimizə baxmayaraq, heç bir nəticə yoxdur. Bu problemin həlli üçün biz yeni yollar axtarırıq.

Bir daha demək istəyirəm ki, bütün nailiyyətlərimizin əsasında dövlətimizin, möhtərəm Prezidentimizin bu sahəyə qayğısı durur. Bu qayğı, bu diqqət bizi daha məsuliyyətli olmağa, eyni zamanda qarşıya qoyulan vəzifələri əzmlə yerinə yetirməyə səfərbər edir.

 

Yusif ƏLƏSGƏROV.

Abşeron Suvarma Sistemləri

İdarəsinin rəisi

 

Xalq qəzeti.-2008.-28 noyabr.-S.5.