“Qarabağ – irsimizin əbədi yaddaşı”
adlı kitab işıq üzü gördü
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə “Qarabağ – irsimizin əbədi yaddaşı” adlı nəfis tərtibatlı kitab işıq üzü gördü.
Kitab yüksək poliqrafiya səviyyəsində hazırlanmışdır.
Burada
300-ə yaxın rəngli
illüstrasiya, cizgi və abidələrin fotoları vardır.
Kitabda verilən abidələrin
hamısı işğal
altında olan ərazilərdə yerləşirlər.
Nəşrdə memarlıq abidələri
ilə yanaşı, həmin ərazilərdəki
arxeoloji obyektlər və daş plastikası nümunələri
də öz əksini tapmışdır. Bütün materiallar
işğal olunmuş
hər bir rayon üzrə təqdim olunmuşdur. Ən möhtəşəm
abidələr haqqında
yetərli sayda illüstrativ materiallar ilə təmin olunmuş məqalələr
verilmişdir. Nəşrin axırında əsərdə
rast gəlinən tarixi şəxslər barəsində izahlı lüğət və işğal altında olan tarixi-mədəniyyət
abidələrinin ətraflı
siyahısı yerləşdirilmişdir.
Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Əsər
xarici ölkə ictimayyətinin mədəni
irsimizin xüsusi diqqət tələb edən bu önəmli
sahəsi ilə
M. MÜKƏRRƏMOĞLU.
Xalq qəzeti.-2008.-28 noyabr.-S.5.