Əziz Əliyevin yaratdığı qəzet

 

1932-1938-ci illərdə Tibb İnstitutuna rəhbərlik etmiş böyük ictimai-siyasi xadim, dövlət xadimi Əziz Əliyev bu təhsil ocağının inkişaf etməsinə böyük əmək sərf etmişdir. O dövrdə 3 fakültənin, 10-dan artıq kafedranın açılması, Azərbaycan dilində dərsliklərin nəşri, milli dildə dərslərin təşkili bu gün hamımızın qürur duyduğumuz Tibb Universiteti şəhərciyinin əsası Əziz Əliyev tərəfindən qoyulmuşdur. Sevindirici haldır ki, bu gün yubileyini qeyd etdiyimizTəbibqəzeti görkəmli alimin şəxsi təşəbbüsü, böyük qayğısı ilə həyata vəsiqə almışdır.

1933-cü ilin 16 dekabrında ilk sayı işıq üzü görənTibbi kadro uğrundaqəzeti Tibbi İnstitutunun həyatında eləcə respublikanın ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı. Həmin dövrdə belə bir mətbu orqana böyük ehtiyac hiss olunurdu. Xüsusilə, mövcud problemlərin aradan qaldırılması, milli kadrların yetişdirilməsi, tələbələrin təlim-tərbiyəsi sahəsində mühüm işlər görülməliydi. Qarşıda duran qlobal problemləri Əziz Əliyev kimi böyük şəxsiyyət görməyə bilməzdi. Bir sıra çətinliklərə baxmayaraq, o, istəyinə nail oldu. Bundan sonra institut əməkdaşları, professor müəllimlər, tələbələr, eləcə həkimlər elmi-pedaqoji fəaliyyətlərini işıqlandıran yeni tribuna əldə etdilər.

Tibbi kadro uğrundaadı altında fəaliyyətə başlayan qəzet milli kadr uğrunda mübarizəyə qoşuldu. Həmin günlərdə institut rəhbərliyi sadə zəhmət adamlarının övladlarını, xüsusilə, qızları tibb institutuna cəlb etmək üçün qəzetin imkanlarından istifadə edirdi.

1937-ci ilin 20 noyabrından etibarənMedisina kadrları uğrundaadı ilə çıxmağa başlayan qəzet artıq geniş redaksiya funksiyasına fəal müxbirlərə malik idi. Bu dövrdə fəallığı daha da yüksələn qəzet nailiyyətləri göstərməklə yanaşı, mövcud qüsurları da cəsarətlə tənqid edirdi. Xüsusilə, institutda nizam-intizamın möhkəmlənməsi, təlim-tərbiyənin yüksək səviyyədə aparılması işi qəzetin daimi mövzularından biri idi.

Tibb İnstitutu ictimaiyyətin sevimli qəzeti kimi fəaliyyət göstərənMedisina kadrları uğrundaqəzet 1940-cı ilin mart ayından kiril əlifbası ilə nəşr edildi. Cəmi bir ildən sonra 1941-ci ilin may ayında 12-ci sayı çıxdı, iyun ayında İkinci Dünya müharibəsi başlanması ilə əlaqədar qəzetin nəşri müvəqqəti olaraq dayandırıldı.
Qəzet 1969-cu ilin əvvəllərindənTibb kadrları uğrundaadı ilə fəaliyyətini davam etdirir. Bu dövrdə fakültələrin, kafedraların, qabaqcıl professor müəllimlərin həyat fəaliyyəti daha geniş işıqlandırılır. Professor İbrahim Topçubaşovun haqqında yazılan məqalə, K.Balakişiyevin rəhbərliyi altında 1938-ci ildə anatomiya muzeyinin SSRİ məkanında ən yaxşı muzeyə çevrildiyindən bəhs edən Azərbaycanın orta əsr tibb alimləribaşlıqlı yazılar istər elmi, istərsə tarixi baxımdan olduqca maraqlı səciyyəvidir.

Azərbaycan Tibb İnstitutununTibb kadrları uğrundaqəzeti 1990-cı ilin sentyabr ayındanTəbibadı ilə fəaliyyətini davam etdirir. Lakin 1995-1996-cı illərdə qəzetin fəaliyyəti zəiflədi müvəqqəti olaraq nəşri dayandırıldı.

Təbii ki, böyük tarixi ənənəsi olan bu qəzetin nəşri universitet rəhbərliyini düşündürməyə bilməzdi. Bu məsləyə böyük əhəmiyyət verən Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov qəzetin fəaliyyətini bərpa etmək üçün xüsusi qayğı təşəbbüs göstərdi. Təbibqəzeti 1997-ci ilin iyun ayından yeni redaksiyada nəşrə başladı.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, xüsusilə, ümummilli liderimiz, möhtərəm Heydər Əliyevin prezidentliyi dövründə azad fikrə, azad sözə geniş meydan açıldı. Bu gün demokratik yolla inkişaf edən Azərbaycanımızın çoxşaxəli mətbuat sistemindəTəbibqəzeti uğurla fəaliyyət göstərir.

Ayda iki dəfə işıq üzü görənTəbibqəzeti, sözün əsl mənasında, Tibb Universitetinin güzgüsü rolunu oynayır. Universitetin ictimai həyatını, elmi yenilikləri, görkəmli alimlərin yubileylərini, dünya tibb elmində baş verən son məlumatları öz oxucularına çatdırmaqda qəzet geniş aparır. Qəzetin səhifələrində özünə ardıcıl yer qazanmış həkim məsləhətləri, xalq təbabətindən nümunələr, tanınmış alimlərin ayrı-ayrı xəstəliklərlə bağlı çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanır, “Təbibqəzeti təkcə Tibb Universitetinin həyatı ilə məhdudlaşan bir çərçivədə deyil, Azərbaycan səhiyyəsi ilə bağlı aktual yazılara da mütəmadi yer ayırır.

Təbibmüstəqil ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə ardıcıl olaraq öz münasibətini bildirmişdir. Onun hər sayında birinci səhifədə Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin daxili xarici siyasəti ilə bağlı sonuncu xəbərləri əks etdirən daimi guşə fəaliyyətdədir.

Sentyabrın 18-də ATU-nun tədris-terapevtik klinikasının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin universitetə gəlişi bu ali məktəbin həyatında bayram şənliyinə çevrildi. Günün aktual məsələlərinə həssas yanaşanTəbibqəzeti öz səhifələrində bu mühüm hadisəyə geniş yer ayırdı.

Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin ictimaiyyəti öz əhatə dairəsində tarixi salnamə rolunu oynayanTəbibqəzetinin 75 illik yubileyini qeyd edir. Universitet rəhbərliyinin daimi qayğısı diqqəti ilə əhatə olunmuşTəbibötən illər ərzində olduğu kimi, yenə Tibb Universitetinin elmi-pedaqoji, ictimai-siyasi həyatında təlim-tərbiyə sahəsindəki müvəffəqiyyətlərdə mühüm rol oynayacaqdır.

 

Eldar İSMAYIL,

Təbibqəzetinin

baş redaktoru

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.6.