Ağsu üfüqlərdə yenidən doğur

 

İnsan əli hər addımda min uğura imza atır

 

Mən bu gün Ağsunu tanımadım... dörd il bundan əvvəl rayona gəlmişdim o vaxtkı vəziyyətlə indiki vəziyyət arasında çox böyük fərq vardır... Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait çox işgüzardır nəticələr göz qabağındadır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışından

 

29 oktyabr, 2009-cu il

 

Dövlət başçımızın Ağsuya səfəri zamanı biz jurnalistlər həyata keçirilən böyük layihələrin, zamanın reallıqlarının şahidi olduq. Ölkə başdan-başa tikinti-quruculuq meydançasına çevrilib. Ağsu bu prosesdə öndə gedən rayonlardan biridir. Şirvan zonasının əhalisi dövlətin istənilən proqramını uğurla icra edir, insanların sosial-rifah halının yaxşılaşdırılması rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir bu kimi bir çox həqiqətlər hamının gözü qarşısında idi. Ancaq iki mühüm məsələ var idi ki, onları xüsusilə vurğulamaq lazımdır.

 

Birinci məsələ odur ki, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinə ehtiram, siyasi kursuna məhəbbət və dəstək Azərbaycanın hər yerində eyni şəkildədir. Yəni bu gün ölkənin istənilən rayonunda Heydər Əliyev Mərkəzi, ulu öndərin adını daşıyan park və böyük liderin möhtəşəm abidəsi vardır. Ağsulular cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bu tarixi həqiqətlərin qiymətləndirilməsi baxımından da heç bir rayondan geridə qalmaq istəmirlər.

Xüsusilə qeyd etmək istədiyimiz ikinci məqam isə ölkəyə, şəhərə, rayona, yaxud da kiçik bir kollektivə rəhbərlik edən adamın şəxsi keyfiyyətlərinin yaratdığı möcüzə – əslində isə möcüzə deyil, həqiqətlərdir. Bu gün Azərbaycan başdan-başa inkişaf edən, tərəqqidə olan, region ölkələrinə nümunə göstərilən bir respublikadırsa, bu, ölkəyə rəhbərlik edən dövlət başçısının uğurlarıdır. Bu gün Ağsu Dağlıq Şirvan iqtisadi rayonunun ən öndə gedən bir rayonuna çevrilibsə, bu, rayonun son illərdəki inkişafını təmin etmiş Ənvər Seyidəliyevin uğurlarıdır. Göründüyü kimi, xüsusilə qeyd etmək istədiyimiz məqamlar bir-birini tamamlayaraq günün reallıqları kimi səsləndi. Heydər Əliyev şəxsiyyətinə ehtiram, Heydər Əliyev siyasi kursunun dəstəklənməsi, bu siyasi kursun bölgələrdə yaratdığı cah-cəlal, tikib-qurmaqdan yorulmayan insanların Vətən sevgisi və sair. Böyük məmnuniyyətlə və qətiyyətlə yazıram ki, bütün bunların hamısı bugünkü Ağsu həqiqətləridir. O həqiqətlər ki, dövlət başçısının səfəri zamanı hamı kimi biz də tanış olduq.

Səfər çərçivəsində dövlət başçısı Heydər Əliyev Mərkəzinin, Qəhrəmanlar parkının rayon icra hakimiyyətinin yeni inzibati binasının açılış mərasimində iştirak etdi. Bu üç tədbir rayonda son illərdə həyata keçirilmiş çoxsaylı tikinti-quruculuq işlərinin ümumiləşdirilmiş üç nümunəsi idi. Ağsuda hər il ən azı on obyektin açılış mərasimi olur onların hamısında dövlət başçısının iştirakı mümkün deyil. Səfər zamanı Prezident Ağsuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin Ağsu şəhər stadionunun təməlqoyma mərasimlərində iştirak etdi. Bu iki tədbir isə Ağsu ictimaiyyətinə dövlət başçısı ilə növbəti görüşü vəd edirdi. Uşaq-Cənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində yerli sakinlərdən biri bizim yuxarıda qələmə aldığımız fikri özünəməxsus şəkildə ifadə etdi: Bu məktəbin təməlinin Prezident tərəfindən qoyulması o deməkdir ki, məktəb həm tez keyfiyyətli inşa olunacaq, həm dövlət başçısı yenidən Ağsuya gələcəkdir. Çünki o, təməlini qoyduğu binaların əksəriyyətinin açılışında şəxsən iştirak edir”.

Ağsuda şahidi olduğumuz beş tədbirüç açılış mərasimi, iki təməlqoyma tədbiri barədə qısa da olsa söz açdıq. Ancaq sonrakıkeçirilmə xronologiyasına görə isə əvvəlki iki tədbir barədə bir qədər müfəssəl şəkildə söz açmağa çalışaq.

Prezident Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gəldi ulu öndərin tunc abidəsini ziyarət etdi. Bu tədbirdə dövlət rəhbərinə park haqqında məlumat verilərkən çox maraqlı faktlar rəqəmlər səsləndirildi: Heykəltəraş Rəşid Hüseynovun qranit postament üzərində yaratdığı bu abidənin ümumi hündürlüyü 7 metrdir. Abidənin yerləşdiyi parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb, ümumi sahəsi min kvadratmetr olan 100 yerlik yay konsert meydançası tikilib, Hollandiya, İtaliya İrandan gətirilmiş minlərlə dekorativ ağac gül kolları əkilib.

Biz jurnalistlər məqamdan istifadə edib Ağsu barədə daha bir neçə konkret rəqəmi faktı da öyrəndik. Məsələn, 2004-2008-ci illər ərzində Ağsuda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində beş, Heydər Əliyev FondununYeniləşən Azərbaycana yeni məktəblayihəsi çərçivəsində isə səkkiz məktəb binası inşa olunub, yeni inventar avadanlıqla təchiz edilib. Ötən il rayonda ümumi məhsul istehsalında artım 50,1 faiz olub. Bu ilin 9 ayında isə bütün kənd təsərrüfatı məhsullarının istehsalı ötən illə müqayisədə artıb, taxıl istehsalında isə rekord göstərici – 92,6 min ton məhsul istehsal edilib. Bütün dünyanı maliyyə-iqtisadi böhranının bürüdüyü bir ildə Ağsuda əldə edilmiş bu göstəricilər təqdiredici ürəkaçandır.

Prezidentin iştirak etdiyi ikinci böyük tədbir isə Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüş idi. Bu tədbir bir neçə cəhətdən maraqlı oldu. Əvvəla ona görə ki, Heydər Əliyev siyasi kursunun ən incə məqamlarını belə uğurla davam etdirən Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə sözün həqiqi mənasında səmimi, mehriban şəkildə söhbət elədi. Sanki o da Ağsu rayonunun bir sakini idi rayonun əldə etdiyi uğurlardan böyük fərəhlə söz açırdı: “Çox şadam ki, Ağsu rayonu sürətlə inkişaf edir. Abadlıq-quruculuq işləri aparılır, gözəl parklar salınır. Yollar necə gözəldir. İstehsalat sahələri yaradılır. Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam sizi bütün bu gözəl nailiyyətlər münasibətilə ürəkdən təbrik etmək istəyirəm”. Dövlət başçısı bu səmimi fikirləri söyləyəndə yaşı bəlkə 80-ni haqlamış bir ağsaqqal müdrikcəsinə gülümsünürdü: “Mən 60 ilə yaxındır ki, Bakıdan Ağsuya gələn onlarla rəsmi qonağın çıxışını eşitmişəm. Rayon adamlarının zəhmətini olduğu kimi qiymətləndirən qonaq bir Heydər Əliyev olub, bir onun oğludur. Qalan qonaqların hamısı elə ciddi şəkildə, rəsmi qaydada gəlib-gediblər ki, onlar uzaqlaşan kimi adamlar rahat nəfəs alıblar. Heydər Əliyev gələndə isə elə söhbət edirdi ki, camaat onun qayıdıb getməsini istəmirdi. İndi İlham Əliyev elədir. Bu xoş rəftar onun hakimiyyətdə olduğu dövrü , ömrünü atasının hakimiyyəti ömrü kimi uzun edəcəkdir”.

Prezidentin səfərlərinin bir ənənəsi var. Adətən, o hansısa rayonda həyata keçirilən tədbirlərin başa çatdırılması üçün vəsaitin bəs olmadığını hiss edəndə həmin rayonun inkişafını təmin etmək üçün əlavə tədbirlər barədə sərəncam imzalayır. Ağsu ictimaiyyəti ilə görüşdə Prezident belə bir addımın atılacağına işarə ilə dedi: “Ağsu rayonunun problemlərinə gəldikdə, biz əlavə tədbirlərin görülməsi üçün addımlar atacağıq mövcud problemlər, xüsusilə içməli su problemi, əminəm ki, tezliklə öz həllini tapacaqdır”.

...Biz dövlət başçısının İsmayıllıya səfəri barədə qələmə aldığımız yazını bilavasitə Prezidentin özünün ifadəsi ilə yekunlaşdırmışdıq. Ağsu səfəri barədə yazını isə dövlət başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə çıxış edən məktəb direktoru Şəfəq Balıyevanın cümlələri ilə yekunlaşdırmaq istəyirik: “Biz çox gözəl başa düşürük ki, əldə olunan bu nailiyyətlər asanlıqla başa gəlməyib. Bu nailiyyətlər müəllifi ulu öndər Heydər Əliyev olan milli dövlətçilik inkişaf strategiyasının bəhrələridir... Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu strategiya, bu kurs məhz Sizin tərəfinizdən çox böyük məharətlə bacarıqla həyata keçirilir”. Yazını ağsulu ziyalının sözləri ilə tamamlamağımız tamamilə təbiidir. Çünki söhbət xalqın gördüyü işlərin uğurlu nəticələrindən gedirsə, bu söhbətin elə xalqın səsi ilə tamamlanması gərəkdir.

 

 

İlqar HƏSƏNOV,

Xalq qəzetinin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 13 noyabr.- S. 4.