Nəsimi rayonunda “Uşaq ili” ilə bağlı növbəti
tədbir
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elin edilib. Nəsimi
rayonunda bununla bağlı ilin əvvəlindən mütəmadi
olaraq müxtəlif tədbirlər keçirilir.
Bu qəbildən
növbəti tədbir “Koala” uşaq - ailəvi istirahət mərkəzində
baş tutmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən bu xeyriyyə tədbirində 50-dən
çox valideyn himayəsindən məhrum olmuş uşaq dəvət
edilmişdi.
Tədbiri Nəsimi Rayon
İcra Hakimiyyəti başçısının müavini
Zahid Xəlilov açaraq uşaqları salamlamış,
onlara ürək sözlərini demişdir. O bildirmişdir
ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə elan edilmiş “Uşaq ili” çərçivəsində
Nəsimi rayonunda çoxsaylı müxtəlif tədbirlər
keçirilmiş, istedadlı uşaqların üzə
çıxarılması, qayğıya ehtiyacı olan və
valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi və
mənəvi yardım göstərilməsi istiqamətində
bir sıra işlər görülmüşdür. Rayonun təhsil
müəssisələrində uşaq folklor - musiqi
müsabiqələri, “Mahir nişançı” güllə
atıcılığı oyunları keçirilmiş və
onların qalibləri diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılmış, müxtəlif tamaşalar
nümayiş etdirilmiş və başqa tədbirlər həyata
keçirilmişdir.
Sonra uşaqlara süfrə
açılmışdır. Tədbirin sonunda rayon icra
hakimiyyəti tərəfindən onlara məktəbli geyimi və
dərs ləvazimatları verilmişdir. Uşaqlar “Koala”
uşaq - ailəvi istirahət mərkəzində
vaxtlarını şən keçirmişlər.
Nəsimi rayonunda
“Uşaq ili” çərçivəsində tədbirlər
ilin sonuna kimi davam etdirilicəkdir.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2009.- 14 noyabr.-
S. 7.