Yurd həsrətindən qaynaqlanan vüsal ümidli poeziya

 

...Qocalı-cavanlı gündə,həftədə-bir doluşardıq Əvəz müəllimin köhnə “Volqa”sına–haydı, düşərdik yola. Səfərimiz Sumqayıtın fəhlə yataqxanalarına, məktəblərinə, klublarına, fabrik-zavodlarına idi. Əvəz müəllim sükan arxasında şəstlə oturub sanki yolun kələfini dolağa yığa-yığa axırına çıxar, bizi aparıb oxucularla ğörüşə çatdırardı. Özü yolboyu əzbərdən o qədər şeir deyərdi ki, yaddaşına heyrət edərdik. Elə ğörüşlərdə bu keyfiyyətinə görə seçilər daha çox alqış qazanardı.

 

Sinədəftərlikdə təkdi Əvəz müəllim. Elə indi, yaşının 70-i ötən çağında da elədir. Bu günlərdə o, mənə “Kövsər” nəşriyyatında yenicə çapdan çıxmış “Sənə sözüm var” adlı kitabını təqdim edəndə 25-30 il əvvəlki o qaynar ədəbi mühiti bir daha xatırladım. Və gördüm ki,uca boylu, dağ vüqarlı müəllim-şairin saçlarına qar düşsə də, yenə həmin şax görkəmində, həmin şux ovqatındadır.

Əvəz Mahmud Lələdağın şeirləri klassik poeziyamızın kökü üzərində pöhrələnib. Ona ğörə də nəfəsində Aşıq Alının, Dədə Ələsğərin ruhunu yaşadır. Zəngəzur qubarlı şair erməni işğalına məruz qalmış qədim yurd yerlərimizdən bir dağın adını özünə təxəllüs seçib və beləliklə də özünü Zəngəzurun canlı bir parçasına çevirib.

Əsasən qoşma və gəraylılar ötən Lələdağın yaradıcılıgına doğma, unudulmaz yerlərin bədii lövhələrini həsrətini çəkdiyi dağ, çay və yaylaqların adları ilə birlikdə yaratması xarakterikdir. O, sanki bununla vətən toponimikasından bir adın belə unudulmamasına çalışır:

 

İşıqlıdağ, qurban olum daşına,

Qayalıqda bircə salın olaydım.

Şux gözəllər dolananda başına,

Gül-çiçəkli, yastı yalın olaydım.

 

Şeirlərində ənənəsinə sadiq qalan Əvəz müəllim vətən həsrətini sızıltılarla deyil, yurdun yaralarına məlhəm olmaq istəyi ilə ifadə etməyə çalışır.Məmməd Araza yazdığı şeirdəki kimi:

 

Vətən mənə oğul deməz,

Ona candan pay verməsəm.

Torpaq məndən üz döndərər,

Harayına hay verməsəm.

Qarğa-quzğun meydan acar,

Qartal kimi qıy verməsəm.

 

Əvəz müəllim uzun illərdən bəri yaşadığı, alman dili müəllimi, məktəb direktoru olduğu Sumqayıt kimi modern infrastrukturlu, kimya şəhərininxarüqələrini tərənnüm etməklə bərabər, bütün ruhu, varlığı ilə elə əvvəlki dağlılığında qalıb, bulaq suyu kimi saf, orman havası kimi sərin, kövşən kimi ətirli həsrət nəğmələri pıçıldayır.Yaxşı mənada, bax, belə bir ikili dünyası var ağsaqqal qələm dostumuzun. Kitabın redaktoru Hafiz Rüstəm yazdığı ön sözündə bu barədə dəqiq müşahidəsini ortaya qoyub: “Ə.M.Lələdağ həm müasir, müstəqil, çiçəklənən Azərbaycanın, həm bir hissəsi tarixi xəyanətkar, kəmfürsət ermənilər tərəfindən qəsb edilmiş Azərbaycanın sevinc iztirablarının,ümid həsrətlərinin, fərəh və duyğularının əxlaqi-estetik tərcümanıdır”. – Bu,onun kökə bağlılığına dəlalət edən bir cəhətidir:

 

Əvəz Lələdağ da tək yazır dərdi,

Kim arayır dərdi,kim yozur dərdi,

İçimdə ğöynəyən Zənğəzur dərdi

Dilimdə alovlu söz ğətirmişəm...

 

Bəzi şeirlərində taleyin ağrı-acılarından bəhs edən şair:

 

İynəyə sap edib zəmanə məni,

aparıb tuşlayıb yamana məni”,

Yolumun düyünü hələ açılmır”,

Bu çağımda qəm sursatı daşıdım”,

 

deyərək kövrəlsə , anındaca özünü toparlayıb döyüş ruhunu ğöstərə bilir:

 

Hanı mənim yel qanadlı yel atım?

Qırğı kimi yalmanına əl atım.

Gəl-gəl deyir hay-haraylı elatım,

Çəkir dərgahına o dağlar məni.

 

Şair inanır ki, ğün ğələcək, doğma yerlərə qovuşacaq:

 

Ağdü mənim günümün ağası,

Köhnə arxla ğəlib bir axa su.

Bir açıla Salvartının yaxası,

Gedəm çıxam Lalayurdun qaşına...

 

İnamım var, gələcəkdir el sənə”, “Yanğımı söndürər qarı Göyçəninkimi şeirləri el ruhundan qidalanan, əriş-arğac ilmələrdən hörülən gözəl poetik nümunələrdir:

 

Doğma anasıdır mavi ğöy çənin,

Yanğımı söndürər qarı Göyçənin,

Yarı Zəngəzurun, yarı Göyçənin

Sədəfli sazının sorağındayam...

 

Kitabda müəllifin şeirləri ilə bərabər, beş poeması da yer alıb. Onların arasında siyasi lirika da, xatirə-nəğmələr , ibrətamiz əxlaqi-psixoloji ruhda yazılan diqqətəlayiq nümunələr var.

...Ürək çırpıntılarının şəkilləri olan şeirlərindən ibarət yeni kitabı ilə hərbi hissələrdən birinə, əsğər balaların ğörüşünə gedən Əvəz Mahmud Lələdağ onlara həm ... dərs dediyi qızların saf duyğulu, ovqat yaradan,ümid artıran, inam ğücləndirən ətirli məktublarını aparmıışdı.Belə bir addımı yalnız şair qəlbli, gənclik həvəsli incəruh sahibi ata bilərdi. Əsğərlər ətirli məktubları alıb oxuduqca şair baxıb duyğulanırdı.

Heç şübhəsiz, həmin ğecə onun işığı bir xeyli sönməyib çırağından vərəqlərə işıq zolağı kimi parlaq misralar düşüb.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 14 noyabr.- S. 7.