Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığına malikdir

 

90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən anarxiya, özbaşnalıq və siyasi hərc-mərclik dövlətimizin gələcəyini ciddi sual altında qoymuşdu. Mövcud vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər vəziyyəti daha da gərginləşdirməyə, bununla da öz maraqlarını həyata keçirməyə çalışırdılar. Dilemma qarşısında qalan xalq öz nicatını ümummilli liderimiz Heydər Əliyevdə tapdı.

Ümummilli liderimizin vaxtında hakimiyyət sükanı arxasına keçməsi həyatımızın bütün sahələrində, xüsusilə ordu quruculuğunda yeni bir mərhələnin əsasını qoydu. Onun 1993-cü il noyabrın 1- xalqa tarixi müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı hərbi vətənpərvərlik hissini ikiqat artırdı. Bu müraciətdə deyilirdi: “ Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir.” Təəssüf hissi ilə qeyd olunmalıdır ki, hələ Ali Sovet 1991-ci il oktyabrın 9-da “Azərbaycan Silahlı Qüvvələri haqqındaQanun qəbul etsə , bu sahədə heç bir əməli görülməmişdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan konkret işlərin davamı kimi Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə təhlükəsizlik məsələləri müzakirə edildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması üçün xüsusi diqqət qayğı göstərildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi Silahlı Qüvvələrin vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi təmin edildi. Ən əsası isə, ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindənSilahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında s. qanunlar qəbul edildi.

Məhz bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan ordusu öz döyüş hazırlığı səviyyəsini artırmış beynəlxalq aləmdə yüksək imic qazanmışdır. Azərbaycan Respublikası hələ işğalçı Ermənistan dövləti ilə müharibənin gedişində, daha konkret desək, 4 may 1994-cü il tarixdə NATO-nunSülh Naminə TərəfdaşlıqProqramına qoşulmuş, 23 aprel 1996- il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti Prezentasiya sənədini NATO-nun Baş katibinə təqdim etmişdir.

Azərbaycanın bu proqram çərçivəsindəki fəaliyyəti respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda NATO dövlətləri tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə hərbi-siyasi hərbi-texniki sahədə beynəlxalq əlaqələri əməkdaşlığın genişləndirilməsinə imkan yaratmışdır. Hələ 1997-ci ildə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə dövlət komissiyası yaradılmışdır. O vaxtdan Silahlı Qüvvələrimizdə onun təhsil sistemində NATO standartlarına uyğun olaraq islahatlara başlanılmış, mövcud sistem müasir tələblərə uyğunlaşdırılmış, Silahlı Qüvvələr üçün kadr zabitlərinin hazırlanması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Yeri gəlmişkən, 2004-cü ildə Silahlı Qüvvələr üçün kiçik mütəxəssislər hazırlayan Mərkəz yaradılmışdır. Ali hərbi məktəblərimizdə bir sıra xarici ölkə vətəndaşlarının təhsil alması bu tədris ocaqlarında tədrisin yüksək keyfiyyətindən xəbər verən əsas faktlardandır.

2004-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planı üzrə bütün təlimlər NATO-nun döyüş hazırlığı sənədlərinə uyğun keçirilir. Yeri gəlmişkən, 1997-ci ildə Azərbaycan NATO-nun Planlaşdırma Analiz Prosesi Proqramına ( PARP) qoşularaq öz üzərinə götürdüyü 24 qarşılıqlı uyarlıq məqsədini 27 tərəfdaşlıq məqsədini yerinə yetirmişdir. Azərbaycan 2004- ildə PARP Proqramı üzrə 33 tərəfdaşlıq məqsədini müvəffəqiyyətlə həyata keçirmişdir.

Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin əsas inkişaf istiqamətlərindəndir. Bu məsələdə xüsusi yer tutan NATO ilə əməkdaşlıq əsasən sülhməramlı humanitar xarakterli vəzifələrin işlənib-hazırlanması üzrə çoxmillətli təlimlərdə iştirak etmək təcrübə mübadiləsi aparmaq, çoxmillətli təlimlərin planlaşdırılması keçirilməsi üçün təlim bazaları hazırlamaq, o cümlədən sülhməramlı, humanitar s. əməliyyatlarda iştirak etmək üçün sülhməramlı xüsusi bölmələr hazırlamaq məqsədi daşıyır.

Bu vəzifələri həyata keçirmək məqsədilə Müdafiə Nazirliyi hər il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramını hazırlayır bu proqrama uyğun olaraq NATO-nun 250-dək təlim, konfrans, seminar, kurs digər tədbirlərində iştirak edir. Silahlı Qüvvələrimizin bölmələri Norveç, Türkiyə, Makedoniya, Kanada, Avstriya, Bolqarıstan, ABŞ digər ölkələrdə beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizi layiqincə təmsil etmişdir. Azərbaycanda da hər il müxtəlif NATO tədbirləri uğurla keçirilir. 1997-ci ildə PARP Proqramı çərçivəsində Silahlı Qüvvələrimizin sülhməramlı bölüyü yaradılmış, sonradan bu bölük tabor statusunadək böyüdülmüşdür.

Sülhməramlılarımız 1999-cu ildə Kosovoda, 2002-ci ildə Əfqanıstanda, 2003-cu il tarixdən isə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində sülhməramlı əməliyyatlarda yüksək döyüş hazırlığı nümayiş etdirmişlər. Bu gün Silahlı Qüvvələrimizin quruculuğu planlı surətdə davam etdirilir. Qoşunların döyüşə səfərbərliyə hazırlığı, döyüş mənəvi psixoloji hazırlığı, idarəetmə orqanlarının hazırlanması s. maddi-texniki təminat hazırlıq planı digər direktiv sənədlər əsasında gerçəkləşdirilir. Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə birləşmələrdə komanda-qərargah təlimləri, o cümlədən real döyüş şəraitinə yaxınlaşdırılmış səhra təlimləri planlı surətdə həyata keçirilir, qoşunların döyüşə səfərbərliyə hazırlığı yüksək səviyyədə saxlanılır. Əsas komanda-qərargah vəzifələrinə mənəvi, psixoloji fiziki cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik peşəkar kadrların təyin olunması diqqət mərkəzində saxlanılır.

Şəxsi heyətin maddi mənəvi rifahı da ölkə rəhbərliyinin daim nəzarəti altında olan məsələlərdəndir. Son bir neçə ildə hərbi qulluqçulara geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderləri paylanmış, onların aylıq vəzifə maaşları dəfələrlə artırılmışdır. 2006- ilin iyul ayında Mərkəzi Hərbi Klinik Hospitalın MDB məkanında analoqu olmayan 300 çarpayılıq cərrahiyyə korpusu hərbçilərin ixtiyarına verilmişdir. Bundan əlavə, Goradildə yenidən inşa olunmuş zabitlərin istirahət evi onların mədəni istirahətinin daha yüksək təşkili üçün geniş imkanlar yaratmışdır.

Ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali baş komandanı İlham Əliyevin ordu quruculuğu məsələsini prioritet elan etməsi, hərbi qulluqçularla birbaşa səngərdə görüşməsi, mövcud vəziyyətlə şəxsən yerindəcə maraqlanması nəhayət, bir sıra hərbi hissələrimizə Döyüş Bayrağı təqdim etməsi ordu mənsublarının üzərinə ciddi məsuliyyət qoyur. Bu məsuliyyət ilk növbədə, xalqın dövlətin etimadını doğrultmaq, başqa sözlə desək, yüksək döyüş hazırlığına yiyələnmək xarakteri daşıyır. Ordu rəhbərliyi bu vəzifənin öhdəsindən gəlmək üçün mövcud imkanlardan yetərincə bəhrələnir, hərbi hissə birləşmələrimizdə nizamnamələrdən irəli gələn tələb tövsiyələrin yüksək səviyyədə yerinə yetirilməsini daim ciddi nəzarət altında saxlayır.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2009.- 17 noyabr.- S. 6.